Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1744/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Abdurəhmanlı Pınar Zakir qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* saylı qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EP № ******* saylı İnzibati tənbeh verilməsi haqqında qərarında göstərmişdir ki, o, 115.000 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2001-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 115.000 ABŞ dolan məbləğində vəsait hesabına alman malları ölkəyə idxal etməmişdir. Valtyuta vəsaitini geri qaytarmamışdır. Qeyd edilir ki, xəta xx.xx.2023-cü il tarixdə törədilmişdir. Xaricə köçürülmüş 115.000 ABŞ dolları müqabilində ehtiyat hissələri alınmış və AR idxal edilmişdir. Beləliklə, heç bir hüquqi əsas olmadan onun barəsində inzibati tənbeh vermə haqqında Qərar tərtib olunmmuş, ona əsassız olaraq 11.500 ABŞ dolları məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, şikayət vermiş şəxs və inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, EP saylı ******* tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 115000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 115000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2023-cü il tarixdə törədilmişdir. **********2944, **********8122, **********5442, **********7791, **********2518, **********5111 və **********0388 sorğu nömrəli gömrük bəyannamələrindən görünür ki, X2 tərəfindən mallar ölkəyə idxal olunmuşdur. Gömrük bəyənnamələrinə əsasən müqaviləyə uyğun olaraq “Qenahat Shipping CO.LLC” şirkəti tərəfindən mallar göndərilmişdir. X2 tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, müəyyən vaxtlarda onun adına yazılan gömrük bəyannamələrndə (**********0388, **********8889 və **********5442) müqavilə nömrə və tarixi qeyd olunmamışdır. Yuxarıda qeyd oluna gömrük bəyannamələrə 4011 kod altında (2********) müqavilənin əlavə olunmasına icazə verilməsini xahiş etmişdir. İş materialarındanda göründüyü kimi gömrük bəyənnamələrində tərtib edilmiş protokol üzrə məbləğləri əhatə edildiyi malları ölkəyə gətirilmişdir. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələblərinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yaxud hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və inzibati qaydada tənbeh edilir. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxs barəsində tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən və hüquqazidd olan, təqsirli sayılan (qəsdən vəya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. Qeyd olunan Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onun və ya başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həllinə əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin və ya səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar sübutlar sayılır. Bunlar maddi sübutlar, barəsində icraat aparılan və zərərçəkmiş şəxslərin, şahidlərin izahatları və digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertizanın rəyi ilə, inzibati protokolla və bu Məcəllə ilə müəyyən olunmuş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir İXM-nin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X1 əməlində inzibati xəta mövcud olmadığından inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İnzibati Xətalar Məcəlləsinin müəyyən edilmiş tələbləri üzrə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan qərar qəbul edilmişdir. Göstərilənlər nəzərə alınaraq Azərbaycan Respublikası Mərkəzi Bankıyinin xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* saylı qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankıyinin xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* saylı qərarından verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Mərkəzi Bankıyinin xx.xx.2023-cü il tarixli, EP seriyalı ******* saylıqərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1744/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1744/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver