Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1745/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı vətəndaş X2 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK-1-N 432/102-5133/ nömrəli raportdan görünür ki, 27 aprel 2023-cü il tarixdə, saat 12:16-da vətəndaş X2 Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə məlumat verilmişdir ki, Z.Bünyadov prospektində idarə etdiyi “Toyota” markalı **-UK-*** dövlət nömrə nişanlı avtomaşınla, “Mercedes” markalı **-VC-*** dövlət nömrə nişanlı avtomaşın toqquşması nəticəsində xəsarət alanın olmasını bildirmişdir. MK-2-N 6423 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:43-də, 3 ŞKX-dan tibb-bacısı Musayeva məlumat verərək bildirmişdir ki, Z.Bünyadov prospektində baş vermiş YNH-si zamanı, xx.xx.1997-ci il təvəllüdlü X2 döş qəfəsinin əziyi xəsarəti almışdır. xx.xx.2023-cü il tarixli, 2/10551 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur ayıqdır. Araşdırma zamanı X2 izahat verərək bildirmişdir ki, 27 aprel 2023-cü il tarixdə, təxminən saat 12:15 radələrində özünə məxsus, texniki cəhətdən saz olan “TOYOTA PRİUS” minik markalı, ** UK *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 60 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə, Ə.Əliyev küçəsi istiqamətindən H.Əliyev prospekti istiqamətinə 6 zolaqdan ibarət avtomobil yolunun sağdan 6-cı zolağı ilə hərəkət edərkən Z.Bünyadov prospekti 2096-cı məhəlləyə çatanda ondan qarşıda, eyni zolaqda hərəkətdə olan markasına və dövlət qeydiyyat nişanına baxmadığı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin əyləcini basıb sürətini azaltdığını görüb o da avtomobilin əyləcini basıb sürətini azaltmışdır. Bu zaman arxada, eyni zolaqda hərəkətdə olan “MERSEDES BENZ C 180” minik markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin ön hissəsi ilə avtomobilinin arxa hissəsindən güclü zərbə ilə vurmuşdur. Zərbənin təsirindən idarə etməni itirmiş və bu səbəbdən avtomobili qarşıya sıçrayıb ön hissəsi ilə hərəkət istiqamətlərini ayıran səddin üzərində bərkidilmiş yerüstü keçidin beton dayağına çırpılmışdır. Hadisə zamanı bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. Toqquşmadan sonra kimsə bədən xəsarəti aldığını görüb TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etmişdir. Qısa zamanda hadisə yerinə TTYS-nin həkim briqadası gəlib onu X3 aparmışlar. Xəstəxanada həkimlər bədənini müayinə edib tibbi yardım göstərib evə göndərmişlər. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, 27 aprel 2023-cü il tarixdə, təxminən saat 12:15 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “MERSEDES BENZ C 180” minik markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 60 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə, Ə.Əliyev küçəsi istiqamətindən H.Əliyev prospekti istiqamətinə 6 zolaqdan ibarət avtomobil yolunun sağdan 6-cı zolağı ilə hərəkət edərkən, Z.Bünyadov prospekti 2096-cı məhəlləyə çatanda ondan qarşıda, eyni zolaqda hərəkətdə olan “TOYOTA PRİUS” minik markalı, ** UK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin əyləcini basıb sürətini azaltdığını görüb o da əyləcini basıb avtomobilin sürətini azaltmışdır. Lakin ondan sağ zolaqda avtomobillər olduğuna görə sağ zolağa keçə bilməmişdir. Nəticədə idarə etdiyi avtomobilin ön hissəsi “TOYOTA PRİUS” minik markalı, ** UK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin arxa hissəsinə zərbə ilə çırpılmış və zərbənin təsirindən sonuncu avtomobil qarşıya gedib ön hissəsi ilə hərəkət istiqamətlərini ayıran beton səddin üzərində bərkidilmiş yerüstü keçidin beton dayağına çırpıldı. Hadisə zamanı qarşı avtomobilin sürücüsü bədən xəsarəti almışdır. Ona görə də toqquşmadan sonra kimsə TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etmişdir. Qısa zamanda hadisə yerinə TTYS-nin həkim briqadası gəlib sürücünü xəstəxanaya aparmışlar. Daha sonra hadisə yerinə Nərimanov RPİ-nin polis əməkdaşları gəlib araşdırmaya başlamışlar. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2023-cü il tarixli, 482 nömrəli rəyindən görünür ki, vət. X1 məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin əzilməsi, sağ dirsək oynağının, sağ budun, sağ diz oynağının qançırları, sağ saidin sıyrılmış yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinin tələbinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1745/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1745/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver