Məhkəmə qərarları › İş №3(005)-1749/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1749/2020

29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1749/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, (FİN-xxxxxxx) Azərbaycan Respublikasının vətəndaşı, evli, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Hüseynov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 xx xxxxxx 2020-ci il tarixli qərarından və xx.xx.2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Hüseynov Şəxs xx xxxx 2020-ci il tarixdə, təxminən saat 10:25 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 21074” minik markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda təqribi 60 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə Ə.Əliyev küçəsi istiqamətindən A.Neymətulla küçəsi istiqamətinə hərəkət edərkən, F.Yusifov küçəsi ilə F.X.Xoyski küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbinə əməl etmədiyindən avtomobilinin ön hissəsi F.Yusifov küçəsi ilə, Y.V.Çəmənzəminli küçəsi istiqamətindən Təbriz küçəsi istiqamətinə hərəkət edən “Mercedes Benz E 220” minik markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf ön qapı və qanad hissəsinə çırpılmışdır. Hadisə zamanı avtomobillərə maddi zərər dəymiş, X9 və X2 dərəcəsi təyin edilməyən, Şirinov Abbas Şəxs oğlu yüngül dərəcəli, Hüseynov Şəxs isə az ağır dərəcəli bədən xəsarəti almışlar. Bununla da, Hüseynov Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseynov Şəxs məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 61.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə zərərçəkmiş şəxs Şirinov Abbas Şəxs oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixdə saat 10:40 radələrində Nərimanov RPİ-nin PPXB-nin 6964 çağırışlı avtopatrulda xidmət aparan əməkdaşı tərəfindən Nərimanov RPİ-nin növbətçi hissəsinə, F.Yusifov küçəsi ilə F.X.Xoyski küçəsinin kəsişməsində baş vermiş YNH-si zamanı xəsarət alan şəxsin olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında tərtib olunmuş raport xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ-nin “Cinayətlər barədə ərizə və məlumatların qeydiyyatı kitabı”nda HK-1-də 432 sıra sayı ilə qeydə alınaraq araşdırma aparılması üçün təhqiqatçı X5 həvalə edilmişdir; Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AD 031543 nömrəli, xx xxxxxx 2014-cü il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Hüseynov Şəxs B kateqoriyalı sürücüdür; xx xxxxxx 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X8 mülkiyyətində olan “VAZ 21074” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə etmək səlahiyyətini xx xxxxxx 2021-ci il tarixədək Hüseynov Şəxs etibar etmişdir; Təhqiqat araşdırması zamanı X9 izahat verərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 10:25 radələrində özünə məxsus, texniki cəhətdən saz olan “Mercedes Benz E 220” minik markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 30 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ilə, Y.V.Çəmənzəminli küçəsi istiqamətindən Təbriz küçəsi istiqamətinə hərəkət edərkən F.Yusifov küçəsi ilə F.X.Xoyski küçəsinin kəsişməsində quraşdırılmış işıqfora yaxınlaşanda işıqforun yaşıl işığının yanılı olduğunu görüb sürətini bir qədər azaldaraq dayanmadan hərəkətini düzünə davam etdirib yol kəsişməsinin orta hissəsinə çatanda ondan sol tərəfdən gələn, yəni F.X.Xoyski küçəsi ilə Ə.Əliyev küçəsi istiqamətindən A.Nemətulla küçəsi istiqamətinə hərəkət edən “VAZ 21074” minik markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək işıqforun hərəkətə icazə verməyən qırmızı işığında hərəkətini davam etdirməsi səbəbindən avtomobilinin ön hissəsi ilə onun avtomobilinin sol tərəf ön təkər və qanad hissəsindən vurmuşdur. Toqquşmadan qısa müddət keçmiş hadisə yerinə polis əməkdaşları gəlmişlər. Onlar qarşı avtomobilin sürücüsünün və sərnişini olan 10-12 yaşlı oğlanın bədən xəsarəti aldıqlarını görüb TTYS-na zəng edib hadisə yerinə həkim briqadası dəvət etmişlər. Qısa zamanda hadisə yerinə TTYS-nin həkimləri və Nərimanov RPİ-nin əməkdaşı gəlmişlər. Həkimlər xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərib xəstəxanaya aparmışlar. Polis əməkdaşları araşdırmaya başlamışdır; Təhqiqat araşdırması zamanı izahat vermiş Hüseynov Şəxs göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 10:25 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “VAZ 21074” minik markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobillə saat 60 km sürətlə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə Ə.Əliyev küçəsi istiqamətindən A.Neymətulla küçəsi istiqamətinə hərəkət hərəkət edərkən F.Yusifov küçəsi ilə F.X.Xoyski küçəsinin kəsişməsində quraşdırılmış işıqfora yaxınlaşanda qarşısında işıqforun hansı rəngli işığının yanmasına baxmadan hərəkətini davam etdirib yolun orta hissəsinə çatanda avtomobilinin ön hissəsi F.Yusifov küçəsi ilə, Y.V.Çəmənzəminli küçəsi istiqamətindən Təbriz küçəsi istiqamətinə hərəkət edən “Mersedes Benz E 220-minik” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf ön qapı və qanad hissəsinə çırpılmışdır. Toqquşmadan qısa müddət keçmiş hadisə yerinə polis əməkdaşları gəlmişlər. Onlardan bir müddət sonra hadisə yerinə TTYS-nın həkim briqadası gəlib onu və hadisə zamanı avtomobilində sərnişin olan oğlu Şirinov Abbas Şəxs oğlunu 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər onun və A.Şirinovun bədənini müayinə edib tibbi yardım göstərib evə göndərmişlər; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli, 455 saylı rəyindən görünür ki, X6 almış olduğu xəsarət-başın təpə nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli, 456 saylı rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər-alın nahiyəsinin və sağ saidin qançırları küt əşyanın (əşyaların) təsirindən törənib qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli, 456 saylı rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər-alın nahiyəsinin və sağ saidin qançırları küt əşyanın (əşyaların) təsirindən törənib qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 548 saylı rəyindən görünür ki, A.M.Şirinovun bədən səthində aşkar edilmiş xəsarət: sağ diz oynağınının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əzilməsi küt əşyanın təsirindən törənib qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür,dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 8/1185 saylı yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyindən görünür ki, “VAZ 21074” minik” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hüseynov Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, əməlində cinayət tərkibi olmadığına görə Hüseynov Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti və toplanmış material Hüseynov Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsi üçün Nərimanov RPİ-nin DYPŞ-yə göndərilmişdir. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Hüseynov Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin RM-702 nömrəli rədd materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Hüseynov Şəxs İXM-in 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsi hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüseynov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat dövlət hesabına aid edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar