Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1750/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.1-ci maddəsi ilə tərtib edilmiş 30 may 2024-cü il tarixli, 00100-01201/24 nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.1-ci maddəsi üzrə tərtib olunmuş 30 may 2024-cü il tarixli, 00100-01201/24 nömrəli inzibati xəta haqqında protokola əsasən, Bakı Baş Gömrük idarəsinin “İpək Yolu” gömrük postundan daxil olmuş 3-33-1100/029/011580 nömrəli materialın icrası ilə əlaqədar bildirilmişdir ki, X7 97AB951/97AB952 dövlət nömrə nişanlı avtomobillə, T4CA0364 və T4CA0365 nömrəli invoysla müşayiət olunan və BBGİ-də **********9659 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan Şəxs MMC-nin adına gələn yüklərə xx.xx.2024-cü il tarixdə “İpək Yolu" gömrük postunda 1 nömrəli gömrük anbarında gömrük anbarında gömrük yoxlaması həyata keçirilmişdir. Baxış zamanı təqdim olunan gömrük bəyannaməsi ilə yüklər eynilik təşkil etməmişdir. xx.xx.2024-cü il tarixli 3- 33-1100/1-010688/2024 nömrəli Şəxs MMC tərəfindən BBGİ-yə müraciət olunan məktubda qeyd olunan T4CA0474 nömrəli, xx.xx.2024-cü il tarixli invoys və müraciət məktubunda qeyd olunmayan, lakin müraciət mətubunu nəzərə alaraq **********01809 nömrəli barkodda göstərilən T4CA0474, S4CA0472 və T4CA0561 nömrəli xx.xx.2024-cü il tarixli invoyslarla yükün eynilik təşkil etdiyi müəyyən edilmişdir. Aparılan araşdırmanın gedişatına uyğun olarag, xx.xx.2024-cü il tarixdə 97AB951/97AB952 nömrəli nəqliyyat vasitəsinin sürücüsü X1 izahatı alınmışdır. X2 izahatında xx.xx.1985-ci ildə İran Respublikasının Ərdəbil rayonunun Aslandüz kəndində anadan olduğunu, Ərdəbil şəhəri, Arazəli məhəlləsi, 2-ci Şəhriyar küçəsi, ev 50 ünvanında yaşadığını, ailəli, 2 övladının olduğunu, 10 ildir beynəlxalq yükdaşıması ilə məşğul olduğunu, təxminən 25 aprel tarixində “Bəndər Abbas” limanında “Novin” şirkətindən Azərbaycana gətirmək üçün yükü götürdüyünü, oradan ona yükün 8 ton olduğunu bildirdiklərini, tərəziyə çıxarkən yük 15 ton olmasının müəyyən olunduğunu, xx.xx.2024-cü il tarixdə “Biləsuvar” gömrük postundan keçərək Azərbaycana daxil olduğunu, yükün çəkisinin sənədlərlə mügayisədə artığ olduğu üçün 1 gün sərhəddə gözləməli olduğunu, sabahısı günü gömrük əməkdaşlarının müşayiəti ilə BBGİ-ə gəldiyini, “Bəndər Abbas” limanında konteyner maşına yüklənərkən orda olduğunu, çəki ilə bağlı problem olduğu zaman bunu Seymur müəllimə və "xxxx" MMC-nin nümayəndəsi Həsən müəllimə bildirdiyini demişdir. Aparılan araşdırma zamanı, 25 m ay 2024-cü il tarixdə "xxxx" MMC-də baş mütəxəssisi vəzifəsində işləyən X5 izahatı alınmışdır. X11 verdiyi izahatda "xxxx" MMC-ə məxsus yüklərə görə **********3 və **********5300 sorğu nömrəli gısa idxal bəyannamələrinin tərtib olunduğunu, ******* nömrəli CMR-də yüklər sərhəddən keçdikdən sonra çəkinin 4768 kg yox, 12420 kq olmasının məlum olmasını, daxilindəki yükün qısa idxal bəyannaməsində qeyd olunan invoysların T4CA0364 və T4CA0365 nömrəli deyil, T4CA0474, S4CA0472 və T4CA0561 nömrəli invoyslar olduğunun məlum olmasını, ******* nömrəli CMR-dəki çəkinin 12287.90 kg yox, 4768 olİduğunu, ona aid qısa idxal bəyannaməsində qeyd olunan invoysların T4CA0474, S4CA0472 Г4СА0561 nömrəli deyil, T4CA0364 və T4CA0365 nömrəli invoyslar olduğunun məlum olmasını, yüklərin göndərici və ya daşıyıcı tərəfindən səhv yükləndiyini, "xxxx" MMC-nin əməkdaşının ərizəni skan variantda göndərməli olduğunu, xx.xx.2024-cü il tarixdə **********9 və **********9695 sorğu nömrəli gömrük bəyannamələrini tərtib etdiyini bildirmişdir. Aparılan araşdırma çərçivəsində 25 may 2024-cü il tarixdə "xxxx" MMC-də gömrük koordinatoru vəzifəsində işləyən X6 izahatı alınmışdır, X12 verdiyi izahatda şirkətlərinin adına X7 2 konteyner yükün gəldiyini, invoysların X10 səhv tərtib olunaraq göndərildiyini, fırlardan birinin gömrük prosesi yekunlaşdığına görə gömrük ərazisindən çıxarılaraq malların anbara boşaldıldığını, tırın hər ikisinin gömrük ərazisində qalmalı olduğunu bilmədiyini, sürücünün tez-tez zəng etdiyi üçün birinci tırı boşaltdıqlarını, prosesin tam yekunlaşdığını səhvən anlalyıb yükü çıxartdıqlarını, müraciət məktubunda bütün invoysları texniki səbəbdən geyd ədiklərini bildirmişdir. Araşdırmanın gedişatına uyğun olarag, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-ə məxsus anbarda mallara baxış keçirilmişdir. Baxış zamanı malların "xxxx" MMC tərəfindən BBGİyə müraciət olunan məktubda qeyd olunan T4CA0474 nömrəli, xx.xx.2024-cü il tarixli invoys və müraciət məktubunda geyd olunmayan, lakin müraciət məktubunu nəzərə alarag **********01809 nömrəli barkodda göstərilən T4CA0474, S4CA0472 və T4CA0561 nömrəli xx.xx.2024-cü il tarixli invoyslarla yükün eynilik təşkil etdiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı Şəxs malları gömrük orqanına bəyan edərkən invoyslarıın düzgün bəyan edilməməsi müəyyən edilmişdir. Beləliklə, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********9659 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara aid invoysların gömrük orqanına düzgün bəyan edilmədiyi "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 485.1-ci ddəsinin tərkib əlamətləri olduğu müəyyən edilmişdir. Beləliklə, "xxxx" MMC tərəfindən AR İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Mallara gömrük baxışının keçirilməsi haqqında” 29 may 2024-cü il tarixli protokoldan görünür kii, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına X7 97AB951/97AB952 dövlət nömrə nişanlı avtomobillə, T4CA0364 VƏ T4CA0365 nömrəli invoysla müşayiət olunan “yeyinti məhsullarının istehsalı sənayesində istifadə olunan ətirli dad qarışıqları” kimi bəyan olunmuş mallara 29 may 2024-cü il tarixdə ünvan 2 ünvanında baxış həyata keçirilmişdir. Baxış zamanı malların “AUTO AZƏRBAYCAN" MMC tərəfindən BBGİ-yə müraciət olunan məktubda qeyd olunan T4CA0474 nömrəli, xx.xx.2024-cü il tarixli invoys və müraciət məktubunda qeyd olunmayan, lakin müraciət məktubunu nəzərə alaraq **********01809 nömrəli barkodda göstərilən T4CA0474, S4CA0472 və T4CA0561 nömrəli xx.xx.2024-cü il tarixli invoyslarla yükün eynilik təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə müəyyən edilmişdir ki, Şəxs tərəfindən gömrük orqanına düzgün olmayan, yəni təhrif olunmuş məlumatlar Ftəqdim edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1750/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1750/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver