Məhkəmə qərarları › İş №3(005)-1750/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1750/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1750/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 X1 iştirakları ilə, X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləgv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətində bildirmişdir ki, X9 Xidmətinin Bakı şəhər İdarəsinin 16 may 2025 - ci il tarixli MN N9 ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən mən Azəbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 - ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyim üçün 3000 manat məbləğində cərimə olunmuşdur. Barəsində aparılan inzibati icraat qanunvericiliyin tələblərinə əməl edilmədən həyata keçirilmiş gəlinən nəticə işin faktiki hallarına uyğun olmamışdır. Hazırda mübahisəiəndirdiyi qərar onun nə qeydiyyatda olduğu ünvana, nə də ki, yaşayış ünvanıma göndərilməmişdir. O özü işini maraqlanmasaydı, qəbul olunmuş qərardan xəbəri olmazdı gedib DƏMX - nin Bakı şəhər İdarəsindən qərarı şəxsən özü almışdır. Qərarda qeyd edilmişdir ki, o sahibkar - vəzifəli şəxsdir, guya işverəndir. X3 ilə aralarında əmək müqaviləsi bağlanmadığına görə bu maddə barəsində tətbiq olunmuşdur. 1 - ci, mənim sahibkarlıq - vəzifəli şəxs statusu vergi orqanında xx.xx.2023 - cü ildən xx.xx.2039 - cu ilə kimi dayandırılmışdır, belə olan halda onun barəsində nə vəzifəli şəxs nə də hüquqi şəxsdən söhbət gedə bilməz. O özü işçi olaraq işləyir və hər hansı işçi ilə onun əmək müqaviləsi bağlamaq hüququ yoxdur. Onun barəsində inzibati tənbeh vermə haqqında Qərar qəbul edilərkən mühüm sənədlər araşdırılmadan qərəzli olaraq qərar qəbul olunmuşdur. Belə ki, o X5 Cəmiyyətlə xidmət müqaviləsi bağlasa da, müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədiyinə görə xidmət müqaviləsinə 24 iyul 2024 - cü il tarixli X/AV - 104-24 nömrəli xidmət müqaviləsinə xitam verilmişdir. X8 Xidmətinin Bakı şəhər İdarəsinin 16 may 2025 - ci il tarixli MN № ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam edilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X13 şikayətin tam əsassız olmasını qeyd edərək rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 16 may 2025ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, vəzifəli şəxs X10 (VÖEN :**********) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə işlərin (xidmətlərin) görülməsinə cəlb edilmişdir. X3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, X4 şikayətçi deyildir, onun işçisi olmamışdır. Anlaşılmazlıq səbəbindən onu şikayət etmişdir, şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 192.1-ci maddəsinə əsasən: Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan 2 min manatdadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək , hüquqi şəxslər 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir. 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar