Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1752/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Şikayət vermiş X9 nümayəndəsi- Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, Şikayətçi X9 Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokolun və inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayətçi X11 Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokolun və inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 2017-ci ilin dekabr ayında həmin vaxt 70 yaşı olan X1 ailəsini dolandıra bilməməsi, borclarının və ehtiyaclarının olmasısəbəbindən işlə təmin olunmasını onlardan xahiş etdi. O da rəhbəri olduğu “xxxxxxxxxxxxxxxxx” MMC-də ona aid işin olmadığını, yaşının çox olması və əmək pensiyası aldığını, dövlət qayğısından yararlandığını, bu səbəblərdən onu işlə təmin edə bilməyəcəyini bildirmişdir. X5 hər gün ünvan 1 ünvanında yerləşən ofislərinə gələrək təkidlə qısa müddət üçün də olsa işlə təmin edilməsini xahiş etmişdir. Sonda razılaşaraq səhər saat 8:00-dan 16:00-dək ofisin giriş hissəsində gözətçi kimi işləməsinə razılıq vermiş və onunla xx xxxxxx 2018-ci ildə əmək müqaviləsi bağlamışlar. Əmək müqaviləsinin bağlanmasından bir neçə ay sonradan başlayaraq Ağamalı Allahverdiyev müxtəlif vaxtlarda təzyiqinin qalxması, ailədaxili problemlərinin olması, qohumunun vəfat etməsi və başqa əsaslar gətirərək işə çıxmamışdır. X3 yaşlı olması səbəbindən bütün bunlara göz yumsalar da sonradan onun bu hərəkətləri mütəmadi xarakter almağa başlamışdır. Bu səbəbdən rəhbəri olduğu şirkətin təsərrüfat şöbəsinin müdiri Eldar Əliyev bir neçə dəfə təqdimatla ona müraciət edərək Ağamalı Allahverdiyevin səhhətinin pisləşməsi və başqa səbəblərdən qabaqcadan məlumat vermədən işə çıxmadığından onun əvəzinə istirahət günü olan başqa gözətçiləri işə çıxarmaq məcburiyyətində qaldığını, şirkətdə iş ahənginin pozulduğunu, yaşı və səhhəti səbəbindən Ağamalı Allahverdiyevin əmək vəzifələrini icra edə bilmədiyini bildirərək onun barəsində tədbir görülməsini xahiş etmişdir. Bununla bağlı dəfələrlə onun və şirkətin başqa səlahiyyətli şəxsləri tərəfindən Ağamalı Allahverdiyevlə profilaktik söhbətlər aparılaraq əmək qanunvericiliyinin və şirkətlə bağladığı əmək müqaviləsi üzrə öhdəliklərini pozmamağı ondan tələb edilmişdir. 2020-ci ilin mart ayından başlayaraq ‘‘Koronavirus” pandemiyası ilə bağlı AR Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları ilə ölkə üzrə müxtəlif məhdudiyyətlər, həmçinin 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına məhdudiyyət tətbiq edildiyindən 73 yaşlı Ağamalı Allahverdiyev də işə çıxmamışdır. Lakin xx xxx 2020-cil tarixindən etibarən 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qoyulan məhdudiyyətin götürülməsi elan edildiyindən xx xxx 2020-ci ildən etibarən işə çıxması Ağamalı Allahverdiyevdən tələb edildi. Lakin o, yaşlı olması, təzyiqinin qalxmasını, xəstəliyə tutulması ehtimalının yüksək olması səbəbindən işə çıxması üçün ona fərdi nəqliyyat vasitəsinin ayrılmasını tələb etdi. Ona bunun mümkün olmadığını, başqa əməkdaşlar kimi onun da fərdi mühafizə vasitələrindən istifadə edərək işə çıxması bir daha tələb edildi. Lakin, Ağamalı Allahverdiyev işə çıxmaqdan imtina etdi. Bu səbəbdən təsərrüfat şöbəsinin müdiri Eldar Əliyev yenidən təqdimatla müraciət etdi. Araşdırma zamanı təqdimatda göstərilənlər öz təsdiqini tapdı. Ofis binasının və ərazinin mühafizəsinin təmin edilməsi üçün gözətçiyə ciddi ehtiyac duyulduğundan, Ağamalı Allahverdiyev işə çıxmaqdan imtina etdiyindən 73 yaşında olması, qan təzyiqinin yüksək olması səbəbindən əmək vəzifələrini icra edə bilməməsi, əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq işə səhlənkar yanaşması və s. hallar nəzərə alınaraq məcburiyyət qarşısında onunla bağlanmış əmək müqaviləsinə xx xxxx 2020-ci ildə 096İR nömrəli əmrlə xitam verildi. Ağamalı Allahverdiyev işdən qanunsuz olaraq azad edilməsi, işdən azad edilərkən onu son haqq-hesabın düzgün ödənilməməsi və başqa əsassız, şərböhtan xarakterli şikayətlə AR Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə elektron müraciət etdi. Şikayətin araşdırılması zamanı yuxarıda qeyd edilən əsasları qeyd etsək də Dövlət Əmək Müfəttişliyi əvvəlcə barəmdə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokolu, sonra isə onun əsasında inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı qəbul edərək onu “xxxxxxxxxxxxxxxxx’' MMC-nin vəzifəli şəxsi kimi 1900 (bir min doqquz yüz) manat cərimələdi. Hesab edir ki, barəsində tərtib edilən protokol və onun əsasında qəbul edilən inzibati xəta haqqında qərar qüvvədə olan qanunvericiliyin tələblərinin pozuntusu ilə qəbul edildiyindən ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Şikayət vermiş X9 nümayəndəsi X10 məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş protokola və qəbul edilmiş qərara etiraz etdiyini bildirərək qeyd etmişdir ki, şirkət tərəfindən xx xxx 2020-ci ildən etibarən 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qoyulan məhdudiyyətin götürülməsi elan edildiyindən xx xxx 2020-ci ildən etibarən işə çıxması Ağamalı Allahverdiyevdən tələb edilmiş, lakin o, yaşlı olması, təzyiqinin qalxmasını, xəstəliyə tutulması ehtimalının yüksək olması səbəbindən işə çıxması üçün ona fərdi nəqliyyat vasitəsinin ayrılmasını tələb etmişdir. Ona başqa əməkdaşlar kimi onun da fərdi mühafizə vasitələrindən istifadə edərək işə çıxması bir daha tələb etsələr də o yenidən müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəblə də məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə şikayət vermiş şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X11 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, “xxxxxxxxxxxxxxxxx” MMC-də X2 əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilmiş, sonuncu iş günü son-haqq hesab ödənilməmiş bununla da əmək qanunvericiliyinin tələbləri pozulması faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1900 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X9 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokolun və inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X9Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokolun və inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1752/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1752/2020
23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver