Məhkəmə qərarları › İş №3(005)-1753/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1753/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1753/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, X2 Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27084221 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27084221 saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci tarixdə mərkəzləştirilmiş elektron kabinetinə idarə etdiyi «**-GU-***» dövlət qeydiyyat nişanlı «OPEL ASTRA» markalı avtomobilinin ünvan 1 ünvanında İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, dayanma və ya qaydalarını pozmağa görə 20 (iyirmi) manat məbləğində cərimə göndərilmişdir. Qeyd etmək istəyir ki, o, avtomobilini xx.xx.2025-ci il tarixdə. X4 yaxınlığına dayanma və ya durma qadağan olunmamış ərazidə park edib, daha sonra müəyyən səbəblərdən rayona getmişdir. Avtomobilini park etdiyi gün mobil nömrədən bir şəxs ona zəng edib özünü X7 əməkdaşı kimi təqdim edərək avtomobilini park etdiyi ərazidən götürməli olduğunu, əks təqdirdə dayanacağa aparılacağını bildirmişdir. Ona zəng edən şəxsə rayonda olduğunu və bu səbəbdən də. avtomobilini həmin gün park etdiyi ərazidən götürə bilməyəcəyini bildirmişdir və ən yaxın mühafizə edilən duracağa aparılmasına etiraz etməmişdir. xx.xx.2025-ci il tarixdə ona cərimə göndərildikdə məlumatı olmuşdur ki, avtomobilimmühafizə edilən duracağa deyil, dayanma və ya durma qadağan olan ərazidə saxlanılmışdır. Hesab edir ki, sözü gedən qərarlar (protokollar) əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 idarəsinin xx.xx.2025-ci il tarixli. EQ 27084221 saylı inzibati xəta haqqında qərarın (protokolun) və bu qərar (protokol) əsasında cəmi 20 (iyirmi) manat məbləğində cərimələrin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayət vermiş şəxs və inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27084221 saylı qərarından görünür ki, xx.xx.2025-ci il tarixində, saat 10:12 saat radələrində X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan «**-GU-***» dövlət qeydiyyat nişanlı «OPEL ASTRA» markalı avtomobilin ünvan 1 ünvanında dayanma və ya durma qadağan olunmamış ərazidə və ya ərazidən kənarda saxlanıldığını müəyyən etmək mümkün olmur. Məhkəmə, şikayət verən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X2 İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27084221 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı X2 İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədib törətməməsini müəyyən etmək mümkün deyil. Belə ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəmə iclasında avtomobilin kim tərəfindən idarə edilməsi ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim edə bilməmişdir. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X1 İXM-nin nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə dayanma və ya durma qaydalarının pozulmasına yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X2 barəsində Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27084221 saylı tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin nin 346.1 maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 27084221 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar