Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1762/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi və vəkili Vəkil, X1 iştirakları ilə, Şəxs ASC-nin sədri X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X9 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1898/2022 tarixli icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs ASC-nin sədri X8 barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 02 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, İcra sənədinin icrası cavabdeh hüquqi şəxsin sədri Elnur Abbasov tərəfindən üzrsüz səbəbdən icra olunmamışdır. Cavabdeh göndəriş bildirişi və xəbərdarlıqlara münasibət bildirməmişdir. Protokolun veriləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq İHQ Qanunun 3.2, 84.1-ci maddələrinin tələblərinə biganə yanaşılmışdır. Nəticədə MUĞANBANK” ASC-nin sədri X8 tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10 bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1898/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən Şəxs ASC barəsində görülmüş bütün icra tədbirlərinə baxmayaraq öhdəliklərini icra etmir. Bu səbəbdən MMC-nin rəhbəri barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, qeyd edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1898/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində, məhkəmə aktının nəticəvi hissəsində iddiaçı X7 əri – X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha həyətyanı torpaq sahəsi ipoteka ilə yüklülükdən azad edilməyi ilə bağlı və Şəxs ASC-nin üzərinə belə bir öhdəlik qoyulmayıb. Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda Şəxs ASC-nin rəhbər strukturunda dəyişiklik edildiyi üçün, icraatda olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-1898/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə dair MUĞANBANK” ASC-yə 2 aylıq möhlət verilməsini xahiş edilməsinə baxmayaraq, xahiş nəzərə alınmamışdır. Şəxs ASC icra sənədinin icrasından boyun qaçırmamışdır. Hesab edir ki, icra sənədi üzrə Şəxs ASC barəsində inzibati protokol tərtib edilməsi qanunsuzdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında protokola ******* №-li inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1898/2022 tarixli icra sənədinə əsasən X1 əri – X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha həyətyanı torpaq sahəsi ipoteka ilə yüklülükdən azad edilməlidir. İcra sənədinin icrası ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən şöbəyə ünvanlandığı xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha həyətyanı torpaq sahəsi ipoteka ilə yüklülükdən azad edilməsi məhz iş üzrə cavabdeh Şəxs ASC tərəfindən icra edilməlidir. Bundan sonra dəfələrlə həm şifahi formada Sevinc Qurbanova və icra şöbəsinin rəisi tərəfindən bu məsələni icra istiqamətində danışıqlar aparılsa da, icra sənədinin icrası cavabdeh hüquqi şəxsin sədri Elnur Abbasov tərəfindən təmin olunmamışdır. Nəticədə vətəndaşın məhkəmə qərarının icrasını həyata keçirən icra məmurundan haqlı narazılığı yaranmış və nəticədə vətəndaş şikayətinin artmasına səbəb olmuşdur. İcra sənədinin icrasının təmini məqsədilə borclu Şəxs ASC-nin sədri Elnur Abbasov icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində inzibati protokolun veriləcəyi barədə xəbərdarlıq edilmiş və xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində məhkəməyə inzibati protokol tərtib olunacağı barədə məlumat verilmiş, şöbəyə dəvət olunmuş və AR İXM-nin müvafiq maddəsinə əsasən barəsində icraat aparılan şəxsin inzibati xəta haqqında materiallarla tanış olmaq və digər hüquqlarının olduğu bildirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli icra məmuru Sevinc Qurbanova tərəfindən tərtib olunmuş arayışa əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-1898/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı olaraq qeyd olunan tarixlə Şəxs ASC-nin inzibati protokol təxirə salındığı gün- xx.xx.2023-cü il tarixində şöbəyə zəng olunmuşdu. Bildirildi ki, həmin nümayəndənin X7 iddiaçı olduğu mülki işdən kənarlaşdırılmışdır. Bununla da müəyyən olunur ki, Şəxs ASC-nin sədri Elnur Abbasov icra sənədini icra etmək istəmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin Bakı Şəhər Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı məktubunda bildirilir ki, məhkəmənin sözügedən qərarında ərazi idarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır və ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha həyətyanı torpaq sahəsi ipoteka ilə yüklülükdən azad edilməsi məhz iş üzrə cavabdeh Şəxs ASC tərəfindən icra edilməlidir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1898/2022 tarixli icra sənədinə əsasən X1 əri – X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha həyətyanı torpaq sahəsi ipoteka ilə yüklülükdən azad edilməlidir. Eyni zamanda Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Şəxs ASC-nin sədri Elnur Abbasova ünvanlanan məktublarda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1898/2022 tarixli icra sənədinə əsasən X1 əri – X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha həyətyanı torpaq sahəsi ipoteka ilə yüklülükdən azad edilməli göstərilmişdir. X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ərizədə o, hüquqlarının pozulduğunu bildirib və Şəxs ASC-nin inzibati məsuliyyətə cəlb olunmasını xahiş edib. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs ASC-nin sədri X5 icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1898/2022 nömrəli, xx.xx.2022-ci il tarixli tarixli icra icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs ASC-nin sədri X4 əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.2. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə araşdırması zamanı, Şəxs ASC-nin üzərinə əsasən X1 əri – X3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0.06 ha həyətyanı torpaq sahəsinin ipoteka ilə yüklülükdən azad edilməyi öhdəliyi qoyulmayıb. Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda Şəxs ASC-nin rəhbər strukturunda dəyişiklik edildiyi üçün, icraatda olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-1898/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə dair MUĞANBANK” ASC-yə 2 aylıq möhlət verilməsini xahiş edilməsinə baxmayaraq, xahiş nəzərə alınmamışdır. Məhkəmə qətnaməsinin icrasında çətinlik yaranmışdır. Bu halda məhkəmə hesab edir ki, hüquqi şəxsin rəhbəri barəsində inzibati protokolun tərtib edilməsi yol verilməzdir, qətnamənin icrasından qərəzli yayınma halları yoxdur. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu , Şəxs ASC -nin sədri X4 əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru oğlunun icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs ASC -nin sədri X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC-nin sədri X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1762/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1762/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver