Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1765/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X4 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şəxs MMC tərəfindən İXM-in 602.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 15:30-da ünvan 1 ünvanında yerləşən obyektdə vergi orqanının vəzifəli şəxsləri tərəfindən vergi nəzarətinin keçirilməsinə maneələr yaradılmış və yoxlama aparılması üçün tələb olunan müvafiq sənədlər, eləcə də elektron daşıyıcılardakı məlumatlar təqdim olunmamışdır. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X7 izahatında göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən obyektdə vergi orqanının vəzifəli şəxsləri tərəfindən vergi nəzarəti həyata keçirilmişdir. Sənədlərin elektron daşıyıcılarını əldə etmək üçün yoxlama aparan şəxslərə kompyuter təqdim edilmiş və lakin onlar kompyuterin kodunu istəməyərək öz mütəxəssisləri vasitəsi ilə sənədləri əldə edəcəklərini bildirmişlər. Tələb olunan digər sənədlər də tərəflərindən onlara tərəddüd edilmədən təqdim edilmiş və yoxlamanın aparılmasına hər hansı maneə yaradılmamışdır. Şəxs MMC barəsində əsassız olaraq İXM-in 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs MMC-nin heç bir əməkdaşı tərəfindən yoxlayıcıları maneçilik törədilməmiş, lazım olan sənədlər təqdim edilmiş və verilən suallar cavablandırılmışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri LGD-nin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin 3-cü şöbəsinin baş dövlət vergi müfəttişi X8 izahatında göstərdi ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli, **********5909 nömrəli qərara əsasən ünvan 2 ünvanda yerləşən Şəxs MMC-yə məxsus “Funda” tibb mərkəzində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yoxlanılma keçirilməsi qərara alınmışdır. Yoxlamaya cəlb olunan şəxs kimi o da göstərilən obyektdə olmuşdur. Həmin obyektin işçiləri yoxlamanın aparılması üçün tələb olunan sənədlərin elektron daşıyıcıda götürülməsi üçün koda qoyulmuş kompyuteri təqdim etsələr də, kompyuterin kodunu verməmişlər. Sonradan mütəxəssisinin köməyi ilə kompyuterin kodunu əldə etmiş və elektron daşıyıcıda olan sənədləri götürmüşlər. Həmçinin digər sənədlər də yoxlanılan obyektin işçiləri tərəfindən təqdim edilmişdir. Lakin o, və yoxlamanı aparan digər əməkdaşlar ehtimal edir ki, kompyuterin kodunu vermədən təqdim etmələri Şəxs MMC-nin əməkdaşları tərəfindən həmin arada, yəni kompyuterin kodunu açana qədər hər hansı məlumatın gizlədilməsi ilə bağlı ola bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 iş üzrə digər şahid X5 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri X1 hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin çıxarışından görünür ki, Şəxs MMC xx.xx.1994-cü ildə qeydiyyata alınmışdır, hüquqi ünvanı ünvan 2 olmaqla təsisçisi X6r; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli, **********5909 nömrəli qərardan görünür ki, ünvan 3 ünvanda yerləşən Şəxs MMC-yə məxsus “Funda” tibb mərkəzində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələlərinin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (xx.xx.2020 tarixi daxil olmaqla) yoxlanılması qərara alınmışdır; Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx xxxxxxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, yoxlayıcı orqan - Azərbaycan Respublikasının Vergilər Nazirliyi, yoxlanılan sahibkarlıq fəaliyyəti subyekti - Şəxs MMC, yoxlama müddəti -xx.xx.2020-xx.xx.2020, yoxlamanın tipi plandankənardır; Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış operativ vergi nəzarətinin həyata keçirilməsi zəruri olan sənədlərin təqdim olunması haqqında **********5911 nömrəli tələbnamədən görünür ki, ********** operativ vergi nəzarətinin aparılması üçün əmək müqavilələri, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergi ödəyicəsinin fəaliyyəti ilə bağlı elektron fayllar, əmək haqqı cədvəlləri kimi zəruri sənədlərin təqdim edilməsi tələb olunur. Sənədlər 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti həyata keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi AZ,1029, ünvan 4 ünvanında təqdim olunmalıdır. Operativ vergi nəzarətinin keçirilməsi zamanı sənədlərin təqdim edilməsindən imtina edilməsi və ya bu tələbnamədə müəyyən edilmiş müddətdə təqdim edilməməsi İXM-ə uyğun olaraq məsuliyyətə səbəb olur və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri təqdim olunmalıdır; “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli, **********5912 nömrəli qərardan görünür ki, Şəxsndən (VÖEN:**********) əmək müqavilələri, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, bank və kassa sənədləri, gəlir və xərcləri təsdiq edən sənədlər, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, xüsusi razılıq (lisenziya) və vergilərin hesablanması üçün zəruri olan digər mühasibat-maliyyə sənədlərinin təsdiq edilmiş surətləri və vergi ödəyicəsinin fəaliyyəti ilə bağlı elektron fayllar və elektron informasiya daşıyıcılarının götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İXM-in 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispoziyasından göründüyü kimi, sahibkar tərəfindən yoxlama prosesində yoxlamanı aparan şəxslərə mane olma, yəni yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan yerlərə baxış keçirilməsinə mane olma İXM-in 602.4-cü maddəsi ilə inzibati məsuliyyət yaradır. Hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin əməkdaşları tərəfindən göstərilən hərəkətlərə yol verilməsi öz təsdiqini tapmır. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs MMC tərəfindən yoxlama aparılması üçün tələb olunan müvafiq sənədlərin, eləcə də elektron daşıyıcılardakı məlumatların təqdim olunmaması göstərilsə də, məhkəmə iclasında araşdırılan sübutlarla, o cümlədən şahid qismində dindirilmiş və yoxlama prosesində iştirak edən vergi orqanının əməkdaşlarının izahatlarından Şəxs MMC-nin əməkdaşları tərəfindən belə bir hərəkətlərə yol verilməsi müəyyən olunmur. Şahidlərin izahatlarından göründüyü kimi, Şəxs MMC-nin əməkdaşları tərəfindən sənədlərin elektron qaydada olduğu kompyuter kodu verilmədən yoxlayıcılara təqdim edilmişdir. Lakin Şəxs MMC-nin direktorunun izahatına əsasən müəyyən olunur ki, həmin kompyuterin kodu yoxlayıcılar tərəfindən istənilməmiş və bu hal yoxlama aparan şəxslərin öz mütəxəssisləri vasitəsi ilə kompyuteri açmaq istəkləri ilə izah olunmuşdur. Göründüyü kimi, məhkəmə iclasında dindirilmiş şəxslərin izahatları ziddiyyətli olmaqla, inzibati xəta haqqında protokolda göstərilən hərəkətlərin Şəxs MMC-nin əməkdaşları tərəfindən edilməsini şübhə altına qoyur. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs MMC tərəfindən İXMin 602.4-cü maddəsinin dispozisiyasında göstərilən hərəkətləri etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs MMC qeyd edilən maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə qeyd edir ki, yoxlayıcılar tərəfindən tələb olunan sənədlər elektron daşıyıcıda əldə olunmuş, kompyuterin kodu yoxlayıcıların dəvət etdiyi mütəxəssislər tərəfindən müəyyən edilmiş və Şəxs MMC-yə məxsus kompyuterlərdən istifadə edilməklə müvafiq məlumatlar əldə olunmuşdur. Şəxs MMC-nin əməkdaşları tərəfindən hər hansı məlumatın gizlədilməsinin yoxlayıcılar tərəfindən ehtimal edilməsi göstərilən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Belə ki, məhkəmə inzibati xəta törətməkdə şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən edərkən konkret sübutlara istinad edir və ehtimal əsasında irəli sürülən mülahizələrin sübut kimi qiymətləndirilməsini yolverilməz hesab edir. İXM-in: 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından Şəxs MMC-nin barəsində başlanmış İXM-in 602.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib MN seriyalı ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1765/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1765/2020
30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver