Məhkəmə qərarları › İş №3(005)-1768/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1768/2021

16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1768/2021 16.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru X5 iştirakları ilə, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş 06 avqust 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3369/2013 saylı, 21.08.2013-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4628/2017 saylı, 25.10.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 3(005)-779/2019 saylı, 02.04.2019-cu il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-3867/2018 saylı, 27.06.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1265/2019 saylı, 09.01.2019-cu il tarixli, Nərimanov Rayon Məhkəməsinin 3(005)-2015/2019 saylı, 09.09.2019-cu il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3165/2019 saylı, 15.10.2019-cu il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-1399/2018 saylı, 19.04.2018-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)- 527/2018 saylı, 14.06.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2383/2019 saylı, 08.07.2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11430/2019 saylı, 30.10.2019-cu il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-1363/2018 saylı, 20.04.2018-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, 18.02.2020-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-170/2020 saylı, 12.06.2020-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-140/2020 saylı, 18.03.2020-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsini 2(103)-268/2020 saylı, 18.03.2020-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 3(011)-3869/2020 saylı, 16.11.2020-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1609/2021 saylı, 09.03.2021-ci il tarixli və Xətai Rayon Məhkəməsinin 3(011)-1119/2021 saylı, 12.03.2021-ci il tarixli icra sənədlərinə əsasən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Bununla da borclu "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru X19 tərtib etmiş olduğu inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, borclu "xxxx" MMC-nin direktoru Şəxs qərar və bildirişi alsa da, heç bir icra sənədi üzrə borcu icra etməmiş, icra sənədlərinin icrasından qərəzli yayınmış, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd edilənlərlə borclu "xxxx" MMCnin direktoru Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib etmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq "xxxx" MMC-nin direktoru Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat aparılan şəxsə və zərər çəkmiş şəxslərə lazımi qaydada məlumat veilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3369/2013 saylı, 21,08.2013-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində ümumi sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı yaşayış sahəsi üçün X39 ilə "xxxx" MMC arasında 04.10.2010-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi ləğv olunmalıdır. Müqaviləyə əsasən ödənilmiş 385.220 manat pul "xxxx" MMC-dən alınaraq X29 verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4628/2017 saylı, 25.10.2017-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC ilə X33 arasında ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının, 21-ci mərtəbəsində, ümümi sahəsi 191,4 kv. metrdən ibarət olan 4 otaqlı, 94 nömrəli mənzilə dair bağlanmış 06.12.2010-cu il tarixli müqavilə etibarsız hesab edilməlidir. "xxxx" MMC-dən X20 xeyrinə 107200 manat məbləğində pul tutulmalıdır. Nərimanov Rayon Məhkəməsinin 3(005)-779/2019 saylı, 02.04.2019-cu il tarixli icra sənədinə əsasən borclu borclu "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Xətai rayon Məhkəməsinin 2(011 )-3867/2018 saylı, 27.06.2018-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 62000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X13 xeyrinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1265/2019 saylı, 09.01.2019-cu il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən ekspertiza xərci olan 70 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-2015/2019 saylı, 09.09.2019-cu il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə nəzərdə tutulan inzibatı xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3165/2019 saylı, 15.10.2019-cu il tarixli icra sənədinə əsasən borclu Sahil-D” Kompani MMC-dən 93360 (doxsan üç min üş yüz altmış) manat mənzilə görə ödənilmiş pul və 10 il ərzində illik 5%-lə hesablanmış 46.680 (qırx altı min altı yüz səksən) manat zərər X9 xeyrinə tutulmalıdır. Xətai Rayon Məhkəməsinin 2(011 )-1399/2018 saylı, 19.04.2018-ci il tarixli icra sənədinə əsasən ünvan 2 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı 46 saylı mənzilinə dair "xxxx" MMC ilə X14 arasında 04 yanvar 2010-cıı il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməli və 48000 (qırx səkkiz min) manat məbləğində pul vəsaiti “Sahil-D kompani" MMC-dən alınaraq X6 ödənilməlidir. Xətai Rayon Məhkəməsinin 2(011)-527/2018 saylı, 14.06.2018-ci il tarixli icra sənədinə əsasən Sahil-D Kompani MMC ilə X40. X34 arasında bağlanmış 14.09.2007-ci il tarixli 07/A saylı müqavilə etibarsız hesab edilməlidir. Sahil-D Kompani MMC ilə X40 arasında bağlanmış 14.09.2007-ci il tarixli 116 saylı müqavilə etibarsız hesab edilməlidir. Sahil-D Kompani MMC-dən X26 xeyrinə 226600 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. Sahil-D Kompani MMC ilə X40 arasında bağlanmış 14.09.2007-ci ıl tarixli 111 saylı müqavilə etibarsız hesab edilməlidir. Sahil-D Kompani MMC-dən X26 xeyrinə 155600 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. Sahil-D Kompani MMC ilə X40 arasında bağlanmış 14.09.2007-ci il tarixli 109 saylı müqavilə etibarsız hesab edilməlidir. Sahil-D Kompani MMC-dən X26 xeyrinə 226600 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. Sahil- D Kompani MMC ilə X40 arasında bağlanmış 14.09.2007-ci il tarixli 107 saylı müqavilə etibarsız hesab edilməlidir. Sahil-D Kompani MMC-dən X26 xeyrinə 155600 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. Sahil-D Kompani MMC ilə X41 arasında bağlanmış 14.09.2007-ci il tarixli 108 saylı müqavilə etibarsız hesab edilməlidir. Sahil-D Kompani MMC-dən X26 xeyrinə 191400 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. Sahil- D Kompani MMC ilə X40 arasında bağlanmış 14.09.2007-ci il tarixli 112 saylı müqavilə etibarsız hesab edilməlidir. Sahil-D Kompani MMC-dən X26 xeyrinə 191400 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. Sahil-D Kompani MMC ilə X21 arasında bağlanmış 03.12.2008-ci il tarixli 118/A saylı müqavilə etibarsız hesab edilməlidir. Sahil-D Kompanı MMC-dən X7 xeyrinə 155600 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır Sahil-D Kompani MMC ilə X2 arasında bağlanmış 22.01.2008-ci ıl tarixli 110 saylı müqavilə etibarsız hesab edilməlidir. Sahil-D Kompani MMC-dən X2nın xeyrinə 101500 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. Sahil-D Kompani MMC ilə X15 arasında bağlanmış 14.09.2007-ci il tarixli 114 saylı müqavilə etibarsız hesab edilməlidir. Sahil-D Kompani MMC-dən X3 xeyrinə 155 600 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulmalıdır. Sahil- D Kompani MMC-dən iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2383/2019 saylı, 08.07.2019-cu il tarixli icra sənədinə əsasən tələbkar X16 Bakı şəhəri, F.Bayramov Aüçəsi 1156 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 226,6 kvadrat metr olan 5 otaqlı 105 saylı mənzilinə sahiblik və istifadə hüquqları tanınmalı və bu barədə "xxxx" MMC-də müvafiq qeydiyyat aparılmalı, "xxxx" MMC ilə X10 həmin mənzilə dair bağlanmış 16.01.2008-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11430/2019 saylı, 30.10.2019-cu il tarixli r icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 562.51 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Xətai Rayon Məhkəməsinin 2(011)-1363/2018 saylı, 20.04.2018-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 118200 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X11 xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-400/2020 saylı, 18.02.2020-ci il tarixli icra sənədinə əsasən X30 ilə borclu X17 arasında bağlanmış 11 Avqust 2018-ci il tarixli mənzilin ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, borclu X1 100200 manat mənzilə görə ödənilmiş pul tələbkar X18 xeyrinə tutulmalı və 31000 manat təmir xərci "xxxx" MMC-dən X18 xeyrinə tutulmalıdır. Xətai Rayon Məhkəməsinin 2(011)-170/2020 saylı, 12.06.2020-ci il tarixli icra sənədinə əsasən ekspertiza tədqiqatlarının dəyəri olan 301,52 (üç yüz bir manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-140/2020 saylı, 18.03.2020-ci il tarixli icra sənədinə əsasən X31 ilə "xxxx" MMC arasında ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasında ümumi sahəsi 435 kv.metr olan qeyri-yaşayış sahəsinə dair 10 oktyabr 2007-ci il tarixdə bağlanmış 135 saylı müqavilə X8 məxsus 125 m2 və X22 məxsus 87 m2 sahələrlə (cəmi 212 m2 ) üst-üstə düşən hissədə.etibarsız hesab olunmalı, həmin müqavilə qismən etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 805 000 (səkkiz yüz beş min) ABŞ dolları (qətnamə icra olunan vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) "xxxx" MMC-dən alınaraq X23 qaytarılmalıdır. iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün Həsən İsmayılovun ödədiyi dövlət rüsumunun əvəzi qismində 45,80 manat (qırx beş manat 80 qəpik) “Sahil-D Kompani" MMC-dən alınaraq ona; 10,40 (on manat 40 qəpik) Fərqanə Xudiyevaya; 10,40 (on manat 40 qəpik) Aygün Zeynalovaya verilməlidir. Ekspertiza tədqiqatlarının dəyəri olan 640 (altı yüz qırx) manat “Sahil-D Kompani" MMCdən tutularaq dövlət büdcəsinə (Az.MEM VÖEN ********** X12, Kod 210005, VÖEN **********, M/hAZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-268/2020 saylı, 18.03.2020-ci il tarixli icra sənədinə əsasən ekspertiza tədqiqatının dəyəri 227 (100+127) manat təşkil etdiyindən həmin məbləğ üçüncü şəxs X27 və borclu "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Xətai Rayon Məhkəməsinin 3(011 )-3869/2020 saylı, 16.11 2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-1609/2021 saylı, 09.03.2021-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 23-cü mərtəbəsində tikinti sahəsi 101,5 kv.m-dən ibarət olan 2 otaqlı 101 nömrəli mənzilin özgəninkiləşdirilmə ilə bağlı hərəkətlər edilməsi borclulara qadağan edilməlidir. Xətai Rayon Məhkəməsinin 3(011)-1119/2021 saylı, 12 03.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibatı xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” 06.08.2021-ci il tarixli qərardam görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3369/2013 saylı, 21.08.2013-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4628/2017 saylı, 25.10.2017-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 3(005)-779/2019 saylı, 02.04.2019-cu il tarixli, Xətai rayon Məhkəməsinin 2(011)-3867/2018 saylı, 27.06.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1265/2019 saylı, 09.01,2019-cu il tarixli, Nərimanov Rayon Məhkəməsinin 3(005)- 2015/2019 saylı, 09.09.2019-cu il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3165/2019 saylı, 15.10.2019-cu il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011 )-1399/2018 saylı, 19.04.2018- ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011 )-527/2018 saylı, 14.06.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2383/2019 saylı, 08.07.2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11430/2019 saylı, 30.10.2019-cu il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011 )-1363/2018 saylı, 20.04.2018-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 400/2020 saylı, 18.02.2020-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011 )-170/2020 saylı, 12.06.2020-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 140/2020 saylı, 18.03.2020-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-268/2020 saylı, 18.03.2020-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 3(011)-3869/2020 saylı, 16.11,2020-ci il tarixli, Nərimanov rayon Məhkəməsinin 2(005)-1609/2021 saylı, 09.03.2021-ci il tarixli və Xətai Rayon Məhkəməsinin 3(011)-1119/2021 saylı, 12.03.2021ci il tarixli icra sənədlərində borclu "xxxx" MMC olduğundan icra sənədləri bir icraatda birləşdirilmişdir. 14.03.2014, 25.04.2019, 03.09.2019, 20.09.2019, 27.11.2019, 03.02.2020, 05.02.2020, 14.05.2020, 04.09.2020, 10.02.2021, 02.03.2021, 18.03.2021, 05.05.2021, 20.05.2019, 27.07.2020, 12.02.2021-ci il tarixli bildirişlərdən görünür ki, borcludan icra sənədlərinin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. 19.08.2015-ci il tarixli Nərimanov rayon İcra Şöbəsinin icra məmurları E.A.Qəmbərov, Z.Kazımov, hal şahidləri X28 və X24 iştirakları ilə tərtib olunan aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu təşkilatın icra sənədində qeyd olunan ünvan 5 ünvanda olan zaman borclu təşkilatın orada fəaliyyət göstərmədiyi aşkar olunmuşdur. 18.07.2019, 30.06.2020, 02.08.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, borcluya icra sənədinin icrasının təmin edilməsi məqsədilə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Bununla da, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədləri icra edilməmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, "xxxx" MMC-nin direktoru Şəxs həqiqətən də məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar