Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1770/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi ilə, X3 Bakı şəhəri Nərimanov DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsinə dair şikayətinə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Nərimanov DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, şikayətçi X2 rayonu, Xıdırlı kəndndə qeydiyyatdadır. Bu səbəbdən hazırki şikayətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1, 129.1.3-cü maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayətçi X1 şəhərində yaşadığından, onun səlahiyyətli orqanın qərarından verdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Bakı şəhəri Nərimanov DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsinə dair şikayəti aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilsin. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1770/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1770/2020
18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver