Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1772/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də direktor vəzifəsində işləyəb, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Toğrul Məmmədovun 27 may 2024-cü il tarixli qərarından və 01 iyun 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:06 radələrində özünə məxsus idarə etdiyi "Kia Optima minik" markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, N.B.Yusifbəyli küçəsi ilə C.Hacıbəyli küçəsinin kəsişməsinə çatıb həmin kəsişmədə quraşdırılmış məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş nişanın tələbinə riayət etməyərək sola dönmə əməliyyatı etdikdə bu zaman həmin kəsişməyə doğru əks istiqamətli hərəkət zolağında hərəkətdə olan X3nun idarə etdiyi «Khan» markalı moped ilə toqquşmuş, toqquşma nəticəsində X5 yüngül bədən xəsarətinin yetirilməsi və Şəxs maddi zərər vurulması ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında bildirdi ki, xx.xx.2024- cü il tarixdə saat təxminən 19:06 radələrində o özünə məxsus idarə etdiyi "Kia Optima minik" markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, N.B.Yusifbəyli küçəsi ilə F.X.Xoyski küçəsi istiqamətindən üzü Azadlıq prospekti istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 35 km sürətlə düzünə hərəkət etmişdir.O idarə etdiyi avtomobil ilə N.B.Yusifbəyli küçəsi ilə C,Hacıbəyli küçəsinin kəsişməsinə çatdıqdan sonra yol nişanı görməmiş və avtomobilinin sükanını sola doğru döndərərək H.Ələsgərov küçəsi istiqamətində dönmək istəmişdir.Bu zaman N.B.Yusifbəyli küçəsi ilə Azadlıq prospekti istiqamətində hərəkət edən mopedin sürücüsü əks zolağa çıxmış və onun avtomobilinin sol ön qapı hissəsi ilə həmin mopedin ön hissəsi toqquşmuşdur.Bundan sonra o dərhal həmin moped sürücüsünü avtomobilinə əyləşdirərək xəstəxanaya aparmışdır.Daha sonra isə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir.Hadisə zamanı avtomobildə tək olmuşdur. O, zərərçəkmiş şəxs X6 ilə barışmış və X4 ona qarşı şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alıb barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində o özünə məxsus idarə etdiyi «Khan» markalı moped ilə Bakı şəhəri Nərimanov rayonu N.B.Yusifbəyli küçəsi ilə F.X.Xoyski küçəsi istiqamətindən üzü Azadlıq prospekti istiqamətində 2 zolaqda ibarət ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saatda 40 km sürətlə hərəkət etmişdir.İdarə etdiyi moped ilə N.B.Yusifbəyli küçəsi ilə C.Hacıbəyli küçəsinin kəsişməsinə çatan zaman Opel markalı dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobilin N.B.Yusifbəyli küçəsindən C.Hacıbəyli küçəsi istiqamətində döndüyünü görüb əks zolağa keçərək hərəkətini davam etdirmişdir.Bu zaman mopedin sol hissəsi ilə N.B.Yusifbəyli küçəsi istiqamətində dönən Kia Optima markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin soly an hissəsi ilə toqquşmuşdur. Bundan sonra sürücü onu avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. X2 Eldəniz Etibar oğlu ilə barışmışdır. X4 Şəxs qarşı şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis baş leytenantı Vüsal Həsənov tərəfindən tərtib edilmiş HK 1№ 500 nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:11-də DİN-nin 102 XZM-dən məlumat daxil oldu ki, Şəxs zəng edərək, C.Hacıbəyli küçəsi ilə ilə N.B.Yusifbəyli küçəsində “Kia” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil mopedlə toqquşub mopedin sürücüsü xəsarət alıb. TTY-a məlumat verildiyini bildirmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən verilmiş AE 025738 nömrəli, xx.xx.2016-cı il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B kateqoriyalı sürücüdür; Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/23569 saylı xx.xx.2004-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. İş materiallarında olan ərizədən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsi fərdi nömrəsiz evdə yaşayan X1 RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi ilə N.B.Yusifbəyli küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdı. Hadisədən sonra Şəxsla barışdığı üçün onun barəsində heç bir şikayət və tələbi yoxdur.Araşdırmanın dayandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X11 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 503 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü X4 almış olduğu xəsarətlər- sağ qaşüstü nahiyənin sıyrığı, sağ gözaltı nahiyənin qançırı sağ əlin arxa səthinin 2 ədəd əzilmiş yaraları küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27 may 2024-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin 1-ci hissəsinin (Məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir.) tələblərini pozmuşdur. X3 həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 1-ci hissəsinin (Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.) tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 65-ci maddəsinin 1-ci hissəsinə əsasən məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 46-cı maddəsinin 1-ci hissəsinə əsasən velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1772/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1772/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver