Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1784/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, DSMF aparıcı mütəxəssis vəzifəsində işləyən, Göygöl şəhəri, Heydər Əliyev prospekti, ev 122A-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 195.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair materiala və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Gəncə Şəhər Prokurorluğu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 195.1-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanmasına dair qərarı toplanmış materiallarla birgə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsidə göndərmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda qeyd edilir ki, vəzifəli şəxs X3 Bakı şəhəri, Nərimanov rayonu, X17 küçəsi 1 ünvanında yerləşən DSMF PHŞ-nin X1 üzrə Mərkəzi Filalında mütəxəssis vəzifəsinin icrası zamanı X7 ünvanlı dövlət sosial yardımı barədə xx.xx.2024-cü il tarixdə sistemə daxil olmuş müraciəti üzrə VEMTAS tərəfindən ailənin X1nin aparılması barədə xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuş tapşırığın icrasını gecikdirməklə, ailənin X1ni xx.xx.2024-cü il tarixdə etmiş, müayinə nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək VEMTAS tərəfindən aparılan araşdırma üçün müəyyən edilmiş 15 iş günü müddətində VEMTAS-a vaxtında ötürmədiyindən sistem tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların "Ərizə-bəyannamə"də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması gecikmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları"nın 3.1-ci maddəsində müəyyən edilmiş 15 (on beş) iş günü müddətində müraciətin araşdırılması və sosial yardımın təyin olunması barədə qərar çıxarılması müddəası pozulmuş bununla da, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 195.1 -ci maddəsi ilə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmaması inzibati xətasını törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında icraatın başlanmasına dair qərarı qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X3 izahatında bildirmişdir ki, 2022-ci ilin sentyabr ayından DSMF MMŞM X13-Qazax və Daşkəsən-Tovuz İqtisadi Rayonları üzrə X1 Departamentində müətəxəssis vəzifəsində işləyir. Vəzifəsi VEMTAS sistemi vasitəsilə daxil olmuş müraciətlərin növbəli yoxlanışı və iş üzrə qərar qəbul etməkdən ibarətdir. X7 müraciəti xx.xx.2024-cü il tarixdə VEMTAS-a daxil olmuşdur. İlkin yoxlama VEMTAS tərəfindən edildikdən sonra müraciət xx.xx.2024-cü il tarixdə yoxlanış üçün onun icraatına X11 izahatında bildirmişdir ki, ünvanlı dövlət sosial yardımı ilə bağlı 01.04 2024-cü il tarixdə müraciət etmişdir. Həmin müraciətindən 1 həftə sonra AR ƏƏSMN-nin 142 qaynar xətt mərkəzinə zəng edib müraciətinin cavabını maraqlanmış, ona müraciətinin təsdiq edildiyini, yaxın tarixdə əməkdaşların baxış üçün yaşayış ünvanına gələcəyi deyilmişdir. Həmin telefon əlaqəsindən 15 iş günü keçməsinə baxmayaraq yaşayış ünvanına baxış üçün yaxınlaşan olmamış, o da AR ƏƏSMNnin 142 qaynar xətt mərkəzinə yığıb maraqlanmış, ona hazırda fevral ayında daxil olan müraciət müəlliflərinin evlərinə baxış keçirildiyi, adının növbədə olduğu, əməkdaşların yaxınlaşacağı deyilmişdir. Müraciətinin təsdiq edildiyini öyrəndiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixdə yaşayış ünvanına baxış keçirilmişdir. X14 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən DSMF MMŞM üzrə X5 Departamentinin Səyyar Monitorinq Şöbəsinin müətəxəssisi vəzifəsində işləyir. Vəzifəsi ünvanlı dövlər sosial yardım almaq üçün müraciət edən ailələrin maddi X8 üçün səyyar monitorinqlər (təkrar yoxlamalar) keçirməkdən ibarətdir. X11 xx.xx.2024-cü il tarixdə təkrar ünvanlı dövlət sosial yardımı üçün elektron qaydada müraciət etmiş, həmin gün müraciət VEMTAS sistemində qeydiyyata alınmışdır. Həmin müraciətin sistem tərəfindən yoxlanışı xx.xx.2024-cü il tarixdə başa çatmış və müraciət müəllifi təyinatı namizəd statusu əldə etmişdir. xx.xx.2024-cü il tarixdə avtomatik olaraq əməkdaşa sistem tərəfindən müayinə üzrə tapşırıq göndərilmiş, xx.xx.2024-cü il tarixdə həmin əməkdaş tərəfindən ailənin maddi-məişət şəraitinə baxış keçirilmiş, xx.xx.2024-cü il tarixdə təyinat verilmişdir. xx.xx.2024-cü il tarixli "Ailənin X1 barədə məlumat” aktından görünür ki, sosial işçi tərəfindən X7 yaş VEMTAS alt sistemindən əldə edilmiş çıxarışdan görünür ki, X7 ünvanlı dövlət sosial yardımı barədə müraciəti xx.xx.2024-cü il tarixdə doldurulmağa başlanmış və həmin tarixdə müraciət sistem tərəfindən qəbul edilib təsdiqlənmişdir. xx.xx.2024-cü il tarixdə isə əməliyyatçı Şəxs tərəfindən ‘‘Təyinat" qərarı qəbul edilmişdir. X2 sistemindən əldə edilmiş əmək müqaviləsi məlumatlarına dair çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdən əmək müqaviləsi əsasında "Dövlət Sosial Müdafiə Fondu” PHŞ-də mütəxəssis vəzifəsini icra edir. Gəncə şəhər prokurorunun 30 may 2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 195.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və baxılması üçün Baki Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-nin 99.1.3-cü maddəsinə uyğun olaraq X7 şəhər prokurorluğuna ərizə ilə müraciət edərək ünvanlı dövlət sosial yardımının verilməsi üzrə müraciətinə DSMF PHŞ torəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılmadığını bildirməsi olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXMnin 195.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati xəta haqında iş üzrə icraatı rədd edən halların olmaması olmuşdur. Azərbaycan Respublikası İXM-nin 99.3-cü maddəsinə əsasən həmin Məcəllənin 99.1 -ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalarının 2.6-cı maddəsinə əsasən ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır. Fləmin qaydaların 3-cü maddəsinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. VEMTAS tərəfindən "Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların X6 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya "DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin X1nin aparılması barədə tapşırıq göndərilir sosial yardım üzrə işçi "Ailənin X1” (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizəbəyannamə” də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə qərar çıxarılır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər vəzifəli şəxs hesab edilirlər 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 195.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inz Şəxs, X7 və X9 izahatları, xx.xx.2024-cü il tarixli “Ailənin maddi- X8 barədə məlumat" aktı, VEMTAS alt sistemindən və X2 sistemindən əldə edilmiş çıxarışlarla sübuta yetirilmişdir ki, Şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətin təyin edilməsi barədə qərarı qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamışdır. Bununla da, Şəxs İXM-in 195.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətin təyin edilməsi barədə qərarı qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmadığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, vəzifəli şəxs Şəxs İXM-in 195.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə barəsində inzibati xətanı törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə Şəxs barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 195.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1784/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1784/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver