Məhkəmə qərarları › İş №3(005)-1788/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1788/2020

29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1788/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, inzibati xəta haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Abşeron DYP-nin polis mayoru X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Abşeron DYP-nin polis mayoru X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx xxxx 2020ci il tarixli qərarının ləğv edilməsi və barəsindəki inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2-ci maddəsinə əsasən əks istiqamətdə hərəkət zolağına çıxmadan manevr etmə qaydalarına qanuni vəziyyətdə əməl etmədiyinə görə xx xxxx 2020-ci il tarixdə günorta radələrində 90TK543 dövlət qeydyyat nömrəli “Lexus Cip” markalı minik avtomobili Novxanı yaşayış məntəqəsində “Araz” marketdən çıxarkən hərəkəti zamanı yolun sağ sırasından sol sırasına çıxaraq geri dönmə manevri etmək istəyərkən həmin anda o, 90OX922 dövlət qeydiyyat nömrəli “Mercedes” markalı minik avtomobilində yolun sol sırası ilə Novxanı bağları istiqamətində hərəkət edirdi. Daha ciddi qəzanın qarşısının alınması məqsədilə sağ tərəfdən ötmə mümkün olmadığı üçün (səbəb “Lexus Cip” markalı minik avtomobilinin arxa tərəfi sağ sırada idi) o, məcbur olaraq əks istiqamətli hərəkət yoluna nəzarət etməklə yolun sol kənarına keçərək avtomobili dayandırmışdır. “Lexus Cip” markalı minik avtomobilinin yol hərəkəti qaydalarını pozmasına görə baş vermiş yol hərəkəti hadisəsi nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir (təkərin zərbəsindən avtomobilin sağ tərəf qabaq və arxa qapıları əzilmiş, qapıların kantları yararsız vəziyyətə düşmüş, ön və arxa qanadları zədələnmişdir). Yol nəqliyyat hadisəsi barədə hər iki sığorta şirkətlərinə məlumat verilmiş, hadisə yerinə baxış keçirilmiş, **-YP-*** qeydiyyat nömrəli yol patrul xidməti əməkdaşı hadisə yerinə gəlmiş və hadisə haqqında fikir bildirməyib sənədləri götürüb getmişdir. Abşeron rayon Polis İdarəsində o, izahat yazarkən idarənin əməkdaşı manevr etmə qaydalarına düzgün əməl etmədiyinə görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununu qarşı tərəfin pozduğu barədə öz fikrini bildirmişdir. Hadisə baş verən yerdə müşahidə kamerası olmadığına baxmayaraq xanımın özünün günahsız olub ona böhtan ataraq yazılı izahatına əsasən cənab E.Usubov onun xeyrinə qərar vermişdir. xx.xx.2020-ci il tarixdə Eynəddin Usubov telefon danışığı zamanı ona bildirmişdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən avtomobil onun qarşısında gedirdi, əks istiqamətli hərəkət zolağına çıxması nəticəsində xanımın maşınının təkəri onun maşınının sağ tərəfini sürtmüşdür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51ci maddəsində yuxarıda qeyd etdiyi kimi yolun sağ sırasından sol sırasına keçib manevr etmə haqqında heç bir məlumat yoxdur. xx.xx.2020-ci il tarixdə onun telefonuna AsanPaydan İXP3392853 nömrəli elektron protokol daxil olmuşdur. X8 böhtan atdığı, haqsız verdiyi qərardan sonra onun Abşeron rayon Prokurorluğuna müraciətinə cavab olaraq prokurorun köməkçisi Üzeyir Həmidov bildirmişdir ki, ona Abşeron rayon Polis idarəsinin Avtomobil qəzaları üzrə müfəttişi tərəfindən təqdim olunan materiallarda olan yol nəqliyyat hadisəsi sxeminə əsasən günah ondadır. Yuxarıda qeyd olunanları nəzərə alaraq yol hərəkəti hadisəsinin təkrar qanuni araşdırılması və onun avtomobilinə dəymiş maddi ziyanın təyin olunmuş qaydada ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 şikayətini müdafiə edərək, şikayətə uyğun izahat verib tərəfindən heç bir qayda pozuntusuna yol verilmədiyini qeyd edərək məhkəmədən vermiş olduğu şikayətin təmin olunmasını xahiş etdi. Abşeron Rayon Polis İdarəsinin DYPŞ-si məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən X2 İXM-in 327.2-ci maddəsi ilə inzibati cərimə olunmasına dair xx xxxx 2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron DYP-nin polis mayoru X7 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində İXM-in 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsası ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Abşeron DYP-nin polis mayoru X7 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə, saat 14:30-da Novxanı kəndi, H.Əliyev küçəsində “Mercedes Benz 320” minik markalı, 90OX922 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Nəticədə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 DYP-nin polis mayoru X7 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilmişdir. Halbuki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. Buna baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmaqla İXM-in 124-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, İXM-in: 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi, hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən İXM-in 124-cü maddəsinin tələbləri pozulmuşdur ki, bu isə öz növbəsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətmişdir. İXM-in: 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Bununla da məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla qərar qəbul edərək, X2 hüquqlarını pozmuşdur. X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində Abşeron DYP-nin polis mayoru X7 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması Abşeron DYP-yə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Abşeron DYP-nin polis mayoru X4 inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və işə yenidən baxılması Abşeron DYP-yə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar