Məhkəmə qərarları › İş №3(005)-179/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-179/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-179/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, “AG MELCO X14.” MMC-nin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhəri İdarəsinin 13 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “AG MELCO X14.” MMC-nin direktoru X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 13 fevral 2021-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X11 Xidmətinin "inzibati tənbeh vermə haqqında" MN ******* saylı, 13 oktyabr 2021-ci il tarixli qərarı ilə "AG MELCO X14." MMCnin direktoru kimi o, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın qəbul edilməsinə səbəb ondan ibarət olmuşdur ki, 09 iyul 2021-ci il tarixdə X8 əmək müqaviləsinə guya qanunvericiliyin tələbləri (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71 və 84-cü maddələri) pozularaq xitam verilmişdir. Aşağıdakı səbəblərə görə hesab edir ki, X11 Xidmətinin "inzibati tənbeh vermə haqqında" MN ******* saylı, 13 oktyabr 2021-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir: 1. İlk növbədə qeyd edir ki, sözügedən qərarda "AG MELCO X14." MMC (bundan sonra "Cəmiyyət") tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra "Əmək Məcəlləsi") 71 və 84-cü maddələrinin pozuntusu qeyd olunsa da, pozuntunun konkret olaraq nədən ibarət olması, habelə həmin maddələrin hansı hissələrinin pozuntusu öz əksini tapmamışdır (nəzərə alaq ki, hər bir maddə müvafiq olaraq 3 hissədən ibarədir). 2. Həmçinin bildirir ki, X12 25 oktyabr 2016-cı il tarixdə Cəmiyyətə anbardar vəzifəsində işə qəbul edilmişdir. Cəmiyyətdə "anbardar" ştat vahidinə ehtiyac qalmadığından, 07 iyun 2021-ci il tarixli əmrlə həmin ştat vahidi ləğv edilmişdir. 08 iyun 2021-ci il tarixdə F.Nuriyevə müvafiq bildiriş verilərək, onunla bağlanmış əmək müqaviləsinə 08 iyul 2021-ci il tarixdə xitam veriləcəyi bildirilmişdir (bildiriş eyni tarixdə şəxsən ona təqdim olunub). Cəmiyyətin 08 iyul 2021-ci il tarixli İ/042 saylı əmri ilə 09 iyul 2021-ci il tarixdən X12 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ("anbardar" adlı ştatın ləğv edilməsi ilə əlaqədar) xitam verilməsi və onun tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. Beləliklə, Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbinə uyğun olaraq, ştatın ləğvi ilə əlaqədar Cəmiyyət tərəfindən azı 4 həftə əvvəl F.Nuriyevə rəsmi xəbərdarlıq edilmiş, iş axtarması üçün imkan yaradılmış, o cümlədən ona orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında işdənçıxma müavinətinin və son haqq-hesabın ödənilməsi təmin edilmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə görə, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-3-cü hissələrinə görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "a" və “b" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında. Göründüyü kimi, F.Nuriyevlə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin pozuntusuna yol verilməmişdir. 3. Bundan əlavə, Cəmiyyət tərəfindən F.Nuriyevlə bağlanmış əmək müqaviləsinin xitam verilməsi barədə əmr tərtib edilərkən Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə də tam şəkildə riayət edilmişdir. Belə ki, əmrdə müəssisənin adı, hüquqi ünvanı, əmrin sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı və və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası və s. məsələlər təfərrüatı ilə göstərilmişdir. Beləliklə, Cəmiyyət tərəfindən F.Nuriyevlə bağlanmış əmək müqaviləsinə xitam verilərkən nə Əmək Məcəlləsinin 71-ci, nə də 84-cü maddəsinin pozuntusuna yol verilməmişdir. Odur ki, tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərədə tutulmuş inzibati xəta törədilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2639/2021 nömrəli, 24.11.2021ci il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 13 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-3039/2021 nömrəli, 28.12.2021-ci il tarixli qərardan görünür ki, “AG MELCO X14.” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, “AG MELCO X14.” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 13 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətin təmin edilməməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2639/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş “AG MELCO X14.” MMC-nin direktoru X7 məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X3 izahatında göstərdi ki, vətəndaş X12 ərizəylə Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilə müraciət etmiş, həmin müracət baxılması üçün X11 Xidmətinə göndərilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, “AG MELCO X14.” MMC-nin direktoru X7 09.07.2021-ci il tarixdə X8 əmək müqaviləsinə Əmək Məcəlləsinin 71 və 84-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozmaqla xitam vermişdir. Şirkət sadəcə işin həcminin azalması, maliyyə vəziyyətini yaxılaşdırmaq əsası ilə şəxsin əmək müqaviləsinə xitam vermiş, lakin qeyd olunan halları təsdiq edən hər hansı tutarlı səbəb və bunu təsdiq edən sənəd təqdim etməmişdir. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 13 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, 09.07.2021-ci il tarixdə X8 əmək müqaviləsinə qanunvericiliyin tələbləri (əmək Məcəlləsinin 71 və 84-cü maddələri) pozularaq xitam verilmişdir. X2 Rao tərəffindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, X5 barəsində 1.500 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Kommersiya Qurumlarının dövlət reyestri məlumatları haqqında İnternet Vergi İdarəsinin portalından çıxarışdan görünür ki, nizamnamə kapitalı 92960.00 manat olan «“AG MELCO X14.” Məhdud Məsuliyyətli Cəmiyyəti 03 dekabr 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. “AG MELCO X14.” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 tərəfindən qəbul edilmiş 07 iyun 2021-ci il tarixli, İ/034 nömrəli əmrdən görünür ki, “AG MELCO X14.” Məhdud Məsuliyyətli Cəmiyyətində işlərin həcminin azalması ilə əlaqədar olaraq, Cəmiyyətin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, ştat strukturunun və işçi sayının optimallaşdırılmasının vacibliyini nəzərə alaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci bəndini rəhbər tutaraq 09 iyul 2021-ci il tarixdən “AG MELCO X14.” Məhdud Məsuliyyətli Cəmiyyətinin ştat cədvəlindən anbardar vəzifəsinin çıxarılması, anbardar vəzifəsini tutan işçinin qanunvericiliklə müəyyən olunmuş qaydada ştatın ixtisarı səbəbindən işdən azad olunması barədə məlumatlandırılması əmr edilmişdir. “AG MELCO X14.” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 tərəfindən X10 ünvanlanmış 08.06.2021-ci il tarixli məktubdan görünür ki, həmin Məhdud Məsuliyyətli Cəmiyyətində anbardar vəzifəsində işləyən X12 əmək müqaviləsinə xitam verilməsi barədə qabaqcadan xəbərdar edilmişdir. “AG MELCO X14.” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 tərəfindən qəbul edilmiş 08 iyul 2021-ci il tarixli, İ / 042 saylı əmrdən görünür ki, X12 Azərbaycan Respublikasının 70-ci maddəsinin “b” bəndinə əsasən azad olunmuş və onunla bağlanmış 25 oktyabr 2016-cı il tarixli əmək müqaviləsinə xitam verilmişdir. “AG MELCO X14.” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 08.07.2021-ci il tarixli haqq-hesab vərəqindən görünür ki, X10 2,795.05 manat məbləğində pul hesablanmışdır. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, «AG MELCO X14.» MMC-nin direktoru X7 ilə “İşçi” X12 arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verilmişdir. X4 Əmək Müfəttişliyinə ərizə ilə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işdən qanunsuz olaraq azad edilməsinə yol verilməməsini və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. X8 ərizəsi X11 tərəfindən araşdırılmış və həqiqətən də X12 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verilməsi müəyyən olunmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədildiyi faktına görə X11 Xidməti tərəfindən 13 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və X5 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda daxil olmuş məlumat əsasında səlahiyyətli vəzifəli şəxs tərəfindən araşdırma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, işəgötürən «AG MELCO X14.» MMC-nin vəzifəli şəxsi əmək qanunvericiliyinin tələblərini pozaraq işçi X12 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərini pozmaqla xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, «AG MELCO X14.» MMC-nin direktoru X7 tərəfindən qəbul edilmiş 08 iyul 2021-ci il tarixli, İ / 042 saylı əmrlə işçi X12 ilə əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi anbardar vəzifəsinin (ştatının) ləğv olunması göstərilsə də, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, həmçinin əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti «AG MELCO X14.» MMC-nin direktoru X5 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş “«AG MELCO X14.» MMC-nin direktoru X7 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, «AG MELCO X14.» MMC-nin direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 13 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 13 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar