Məhkəmə qərarları › İş №3(005)-1792/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1792/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1792/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixdə İXP ******* saylı protokol tərtib olunmuş material baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola görə Şəxs barəsində olan inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, iş materiallarına yalnız inzibati xəta haqqında protokol və DİN-in DYP Web portalından çıxarış inzibati tənbeh vermə haqqında qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çatdırılması barədə qəbz əlavə edilsə də, inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə edilməmişdir. Həmçinin inzibati xəta haqqında protokolda EQ seriyalı, 24223109 nömrəli qərarın tarixi xx.xx.2025-ci il tarixi qeyd edilsədə, DİN-in DYP Web portalından çıxarışda inzibati tənbeh vermə haqqında EQ seriyalı, 24223109 nömrəli qəraın tarixi xx.xx.2024-ci il tarixli olduğu müəyyən edilir. Bu isə öz növbəsində xx.xx.2025-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokolun tərtibi üçün əsas olan xx.xx.2024-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın nə vaxt qanuni qüvvəsini almasını və ya onun ümumiyyətlə qanuni qüvvəyə minməsini müəyyən etməyə imkan vermir. Beləliklə inzibati xəta haqqında protokol İXM-in 100-cü maddəsinin tələblərinə (inzibati xəta haqqında protokolda göstərilməli olan məlumatlar) riayət edilmədən tərtib olunmuşdur. İXM-in 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolla bağlı təqdim edilmiş materiallar natamam olduğundan və bu səbəbdən işə baxmaq mümkün olmadığından həmin protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar