Məhkəmə qərarları › İş №3(005)-1795/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1795/2020

21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1795/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs- X3, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Ermənistan Respublikasının Qafan rayonunun Gığı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əczaçı işləyən, ali təhsilli, Bakı şəhəri, Nərimanov rayonu, N. Yusifbəyli küçəsi, ev 59, mənzil 7 yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən üzrə borclu Şəxs 54.000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar X4 ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş, qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraya yönəldilmiş və tələbin könüllü icrası ilə bağlı borclu Şəxs ünvanına bildiriş və qərar göndərilmiş, lakin icra sənədi qanunla müəyyən edilmiş vaxtda icra edilməmişdir. Məhkəmə qərarı üzrə borc tələbkara ödənilmədiyindən borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması ilə bağlı müvafiq orqanlara, hesablaşma hesablarının olub-olmaması ilə bağlı banklara sorğular edilmiş, lakin heç bir daşınar və daşınmaz əşyanın və bank hesabının olmadığı müəyyən edilmişdir. Borclu müxtəlif vaxtlarda şöbəyə dəvət olunmuş, borcun ödənilməsi tələb edilmiş, lakin hər dəfə müxtəlif əsassız bəhanələr gətirərək, borcu ödəmək üçün kifayət qədər imkanı olduğu halda tələbkara olan borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Göstərilənlərə əsasən Şəxs Nərimanov rayon məhkəməsinin inzibati xəta haqqında qərarına əsasən inzibati məsuliyyətə, daha sonra məhkəmənin hökmü ilə CMnin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. “Elektron icra” İnformasiya sisteminə yerləşdirilmiş məlumata əsasən borclu Şəxs “xxxxxx” MMC-də direktor işlədiyi, eyni zamanda hüquqi şəxsin təsisçisi olduğu müəyyən edilmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs etibarnamə əsasında lakin mülkiyyət hüququ üzrə qızı X8 məxsus “Mercedes Benz E220 CDİ” minik markalı, ** LF *** dövlət nömrə nişanlı avtomobili idarə etdiyi müəyyən edilmişdir. Həmin avtomobilin əvvəllər və hal-hazırda kimin mülkiyyətində olması, həmin avtomobilə dair etibarnamələrin kim tərəfindən kimə verilməsi və hansı müqavilə əsasında Ləman Piriyevanın həmin avtomobilə mülkiyyət hüququnun yaranmasını müəyyən etmək üçün DİN BDYPİ-nə xx.xx.2020-ci il tarixdə sorğu edilmişdir. Sorğuya cavab məktubunda həmin nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən vətəndaş X6 mülkiyyətində olduğu və onun tərəfindən X7 və X10 adlı şəxslərə etibarnamə verildiyi müəyyən edilmişdir. Ramal Əsgərovla ona məxsus 050 *** ** ** mobil nömrəsi vasitəsilə əlaqə saxlanılan zaman o, Toğrul Əlizadəyə həmin avtomobilə dair baş etibarnamə verdiyini təsdiq etmiş, eyni zamanda Toğrul Əlizadənin ölkə ərazisində olmadığı, Almaniyada yaşadığını bildirmişdir. Bundan başqa sözügedən avtomobilə dair verilmiş etibarnamələrin siyahısından görünür ki, X10 xx.xx.2018-ci il tarixdə heç bir sürücülük hüququ olmayan borclunun həyat yoldaşı Piriyeva Zəminə inqilab qızına baş etibarnaməsi, elə həmin tarixdə sürücülük hüququ olan Şəxs yalnız sürmə hüququ verən etibarnamə vermişdir. Həmin dövrdə borclu Şəxs barəsində müvafiq icra tədbirləri görülmüş, artıq həmin vaxt inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Borclu nəqliyyat vasitəsini ya özünün ya da yoldaşının adına rəsmiləşdiriləcəyi təqdirdə üzərinə həbs qoyulacağı və tələbin həmin əmlaka yönəldiləcəyindən məlumatlı olmuşdur. Bu hal borclunun müxtəlif üsulla bir növ imkanı olduğu halda məhkəmə qərarının icrasından yayındığının göstərcisidir. Borclu və həyat yoldaşı yarana biləcək təhlükəni hiss edərək, bunu aradan qaldırmaq, eyni zamanda əsas məqsədlərini pərdələmək məqsədilə həmin nəqliyyat vasitəsini Zəminə Piriyeva ilə qızları 18 yaşı yenicə tamam olmuş, heç yerdə işləməyən, gəlirləri olmayan, sürücülük hüququ olmayan, ailə həyatı qurmayan (daha sonra ailə həyati qurmuşdur) X8 alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə sanki sataraq məqsədli şəkildə onun adına rəsmiləşdirməklə qeydiyyat keçirmişlər. Aparılmış tədbirlər nəticəsində müəyyən edilmişdir ki, qeydiyyat şəhadətnaməsi əldə edilən gün Ləman Piriyeva, atası icra vərəqəsi üzrə borclu Şəxs həmin nəqliyyat vasitəsi barədə baş etibarnamə vermişdir. Həmin avtomobil qeyd olunan tarixdən borclu Şəxs tərəfindən idarə edilməklə istismar edildiyi müəyyən edilmişdir. Bu fakt ayrı-ayrı vaxtlarda borclunun yaşayış ünvanına gedərkən nəqliyyat vasitəsinin həmin ünvanda olması ilə təsdiq edilir. Belə ki, borcunun həyat yoldaşı və qızı hal-hazırki vaxtadək nəqliyyat vasitəsini idarə etmək hüququ əldə etməmişlər. Buradan da borclunun özünə məxsus əşyaları ailə üzvlərinin adına rəsmiləşdiməklə borcun ödənilməsindən qərəzli olaraq yayındığını müəyyən etmək və əsl niyyətini üzə çıxarmaq mümkündür. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci, 48.2-ci maddəsini rəhbər tutaraq, etibarnamə əsasında Şəxs tərəfindən idarə olunan, onun sahibliyində və istifadəsində olan, lakin qızı Ləman Piriyevanının adına qediyyatdan keçiririlmiş “Mercedes Benz E220 CDİ” minik markalı, ** LF *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması və tələbin həmin avtomobilə yönəldilməsi barədə qərardad çıxarılması məqsədilə Nərimanov məhkəməsinə təqdimat verilmiş, lakin məhkəmənin 8(005)-494/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu Şəxs tərəfindən idarə olunan, onun sahibliyində və istifadəsində olan, lakin qızı Ləman Piriyevanın mülkiyyətində olan sözügedən əmlakın üzərinə həbsin qoyulmasına dair təqdimat təmin edilməmişdir. Borclunun yeri xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunda Biləcəri qəsəbəsində işlədiyi və direktoru olduğu “xxxxxx” MMC-dən yəni aptekdən çıxarkən sahibliyində, istifadəsində olan “Mercedes Benz E220 CDİ” minik markalı, ** LF *** dövlət nömrə nişanlı avtomobilə əyləşərkən saxlanılmış, ona tələbkara olan borcun ödənilməsi barədə yenidən xəbərdarlıq edilmiş, bu barədə izahat vermək üçün Nərimanov RİPŞ-nə dəvət edilmişdir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, borcun ödənilməsi tələb edilsə də, o müxtəlif bəhanələr gətirir. Başqa şəxsə məxsus sənədsiz torpaq sahəsinin olduğunu, sənədləşdirmə işləri ilə məşğul olduğunu bildirib ona 2 ay vaxt verilməsini yenidən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, maddi imkansızlığı səbəbindən icra vərəqəsi üzrə öhdəliklərini tam icra edə bilmir. Bu günədək icra vərəqəsi üzrə zərərçəkmiş şəxsə 9000 manat məbləğində pul ödənilmişdir. Maddi imkanı zəif olduğundan icra vərəqəsini tam icra etmək iqtidarında deyil. Lakin hissə-hissə 50-100 manat məbləğində ödəniş edə bilər. Qeyd etmişdir ki, istifadəsində olan “Mercedes Benz E220 CDİ” minik markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobil qızına məxsusdur. Həmin avtomobildən ehtiyacı olduqda istifadə edir. Aylıq 300 manat məbləğində əmək haqqı alır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, həftəlik 50 manat ödəyir. Sonuncu dəfə 2020-ci ilin avqust ayında 200 manat məbləğində ödəniş etmişdir. Bir ay ümumiyyətlə ödəniş edə bilməmişdir. Bunun səbəbi isə zərərçəkmiş şəxsin bank hesabını bağlaması olmuşdur. Belə olan halda o özü icra məmuruna bildirmişdir ki, ödəniş etmək istəyir, lakin müvafiq hesab yoxdur. Bu zaman ona demişlər ki, zərər çəkmiş şəxs icra sənədini tam icrasını tələb edir. Cəza çəkdiyi dövrdə 8000 manat məbləğində ödəniş etmişdir. İşi ilə bağlı olaraq yalnız 50 manat ödəniş edə bilir. İcra sənədinin qərəzli olaraq icra edilməməsinə tərəfindən bu günədək yol verilməyib. Göstərilənləri nəzərə alaraq barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs X9 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədi üzrə öz öhdəliklərini icra etmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi şöbənin icraatına daxil olduğu gündən etibarən ona ümumilikdə 9000 manata yaxın pul ödəniş edilmişdir. Barəsində məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra ona 8000 manat məbləğində ödəniş edilmişdir. 2019-cu ilin noyabr ayında cəzaçəkmə müəssisəsindən çıxmışdır. Həmin tarixdən etibarən ona əsaslı heç bir ödəniş olunmmamışdır. 50-100 manat olmaqla borcun hissə-hissə ödənilməsinə qəti olaraq razı deyildir. İcra vərəqəsinin tam şəkildə icrasını tələb edir. Son olaraq Şəxs şikayətçi olduğunu və barəsində ən sərt tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 nömrəli, xx.xx.2017ci il tarixli icra sənədinə əsasən üzrə borclu Şəxs 54.000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar X4 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 8(005)- 596/2018 nömrəli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu Şəxs ölkədən getmək hüququ icra sənədi icra olunanadək məhdudlaşdırılmışdır. xx.xx.2019-cu il tarixli TT**********383200 nömrəli, xx.xx.2020-ci il tarixli TT**********175150 nömrəli, xx.xx.2020-ci il tarixli BPM**********04 nömrəli, xx.xx.2020-ci il tarixli BPM**********85 nömrəli, xx.xx.2019-cu il tarixli TT**********936300 nömrəli, xx.xx.2020-ci il tarixli BPM **********19 nömrəli, xx.xx.2020-ci il tarixli BPM **********41 nömrəli, xx.xx.2020-ci il tarixli BPM **********24 nömrəli, xx.xx.2020-ci il tarixli BPM **********02 nömrəli, xx.xx.2020-ci il tarixli BPM **********08 nömrəli, xx.xx.2020-ci il tarixli BPM**********14 nömrəli, xx.xx.2019-cu il tarixli TT**********9391000 nömrəli, xx.xx.2019cu il tarixli TT**********899700 nömrəli, xx.xx.2019-cu il tarixli TT**********6071000 nömrəli, xx.xx.2019-cu il tarixli TT**********8761500 nömrəli, xx.xx.2019-cu il tarixli TT**********079700 nömrəli, 5.08.2019-cu il tarixli TT**********913300 nömrəli, xx.xx.2019cu il tarixli TT**********4041000 nömrəli, xx.xx.2019-cu il tarixli TT**********070300 nömrəli, xx.xx.2019-cu il tarixli TT**********1231500 nömrəli ödəniş qəbzlərindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icraya yönəldiyi xx.xx.2017-ci il tarixdən etibarən ümumilikdə borclu Şəxs tərəfindən zərər çəkmiş şəxsin hesabına 9200 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildirişlər, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru, tələbkar, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq,məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən, saat 16:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar