Məhkəmə qərarları › İş №3(005)-1797/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1797/2022

21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1797/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 31 may 2022-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərardan görünür ki, Şəxs Bakı şəhəri Nərimanov rayonu, Baksol yolunda yerləşən tikinti materialları bazarında “Sum metal” adı ilə dəmir materialları satışı dükanında Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»ün 2.1, 2.5, 2.9, 5.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin tələblərini pozaraq 06.01,2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində işçisi X3 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 2016-cı ildən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda yerləşən tikinti materialları bazarında “Sum metal” adı ilə dəmir materialları satışı dükanını açıb işlədir. İş rejimi hər gün səhər saat 08:30-dan saat 17:00-dək fəaliyyət göstərir. X3 da qeyd olunan dükanda onun işçisi olmuşdur. Belə ki, 2021-ci ilin avqust ayında dükanda satılan və anbara gələn dəmir metalları yük maşınlarına yükləmək və boşaltmaq üçün fəhləyə ehtiyacı var idi. Ənvər Verdiyev də həmin vaxt iş üçün müraciət etdi və onu dükanda fəhlə kimi işə götürmüşdür. Onun işi qeyd etdiyi kimi mağazaya gələn və satılan malları yük avtomobillərinə yığıb boşaltmaqdan ibarət olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 10:30 dəmir profil satışı oldu. O, həmin profillərin yük avtomaşınına yüklənməsini Ənvərə tapşırdı. Profillər dükanda səliqəli şəkildə qutularla üst-üstə yığılmış vəziyyətdə idi. Ənvər də yan tərəfdən bir-bir çəkib maşına yükləyirdi. Təxminən 5-10 profili maşına yüklədikdən sonra növbəti profili götürəndə anidən bir qutu profil aşmış və onun bud nahiyəsinə düşmüşdür. Həmin vaxt səs-küyə dərhal Ənvərin yanına getmişdir. Köməkləşib profilləri onun üzərindən götürmüşlər. Bundan sonra təcili yol maşını ilə onu 3 saylı şəhər xəstəxanasına aparmışdır. Həmin xəstəxənada ona tibbi yardım göstərildi və 18 gün profilaktiki olaraq həmin xəstəxanada yatdıqdan sonra evə buraxıldı. Onun bütün xəstəxana xərcləri və müalicə aldığı müddətdəki maaşı da tərəfindən ona ödənilmişdir. Sonuncu dəfə onu həkimə apardıqda tam olaraq sağalmış və səhhətində heç bir problemi qalmamışdır. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan ********** qeydiyyat nömrəli fiziki şəxsin vergi uçotu haqqında şhadətnamənin surətindən görünür ki, Şəxs xx.xx.2013-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 xx.xx.2022-ci il tarixli, 222 nömrəli rəyindən görünür ki, vət. X1 almış olduğu xəsarətlər – sağ qalça qanadı sümüyünün, hər iki qasıq və oturaq sümüklərinin qapalı, yerdəyişməyən sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağıamlığa az ağır zərər vurmaya aiddir. Vət. X1 almış olduğu xəsarətlərin xarakterinə və yerləşdiyi nahiyəyə əsaslanaraq demək olar ki, həmin xəsarətləri şəxsin özü-özünə yetirə bilməsi inandırıcı deyil. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2022-ci il tarixli, 10/2014 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqdar «Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi asəoəri 12.3.009-76 DÜST»ün 2.1, 2.5, 2.9, 5.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Metal profillərin avtomaşına yüklənməsi işləri ilə əlaqədar təhlükəsizlik tədbirləri görülmədiyinə, fəhlələr təhlükəsizlik texnikası üzrə təlimatlandırılmadığına, fəhlələrə işlərin təhlükəsiz icrası üzrə təlimlər keçirilmədiyinə, təlim keçməmiş işçilər qeyd olunan işlərə cəlb edildiyinə görə, «Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»ün 2.1, 2.5, 2.9, 5.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə»nin 5, 6 bəndlərinin tələbləri mağazada işlərə rəhbərlik edən şəxs tərəfindən pozulmuşdur. 2. Qərarın üçüncü sualı üzrə. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmişin şəxs X1 özü tərəfindən təhlükəsizlik texnikasının və əməyin mühafizəsi qaydaları tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 may 2022-ci il tarixli qərardan görünür ki, Nərimanov rayon prokurorluğunda toplanmış 114-C-22 nömrəli material üzrə Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkib əlamətləri mövcud olduğundan barələrində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vəzifəli şəxs Şəxs "xxxx" MTKnın direktoru kimi üzərinə İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxsdir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 31 may 2022-ci il tarixli qərar, məhkəmə-tibbi ekspertiza rəyləri, məhkəmətəhlükəsizlik texnikası ekspertizası rəyi və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddələrlə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar