Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1801/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Hüseynli Cavid Əli oğlunun katibliyi, Şikayət vermiş şəxs- X2 iştirakı ilə, X2 barəsində inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 məhkəmə iclasında yazılı şəkildə ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarından vermiş olduğu şikayətindən imtina edir. Bu səbəbdən şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materialını araşdırıb, barəsində inzibati icraat aparılan şəxs tərəfindən məhkəməyə verilmiş ərizənin geri qaytarılması ilə bağlı müraciətini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarından X1 verilmiş şikayət ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılsın. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1801/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1801/2020
01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver