Məhkəmə qərarları › İş №3(005)-1810/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1810/2022

16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1810/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, inzibati xəta haqqında qərardan şikayət vermiş X2 iştirakı, X2 Bakı şəhəri X8 İdarəsinin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 05 aprel 2022-ci il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri X8 İdarəsinin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 05 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin məzmunundan və şikayət vermiş X2 məhkəmə iclasında verdiyi izahatından görünür ki, Azərbaycan Respublikasının DİN BDYPİ-nin İXP4552755 saylı, xx.xx.2022- ci il tarixli inzibati xəta haqqında protokolu ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə 50 manat miqdarında inzibati cərimə tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2022-ci il tarixdə Bakı şəh. Gülayə Qədirbəyova küç, 1 ünvanında hərəkətdə olarkən tətəfindən telefon əldə saxlanılmaqla ondan istifadə edilməsi halı aşkar edilərək cərimə tədbiri həyata keçirilmişdir. Tərəfindən dərhal DİN BDYPİ-nə yaxınlaşaraq yazılı şikayət edilmişdir. Bundan sonra ona məxsus mobil nömrəyə xx.xx.2022-ci il tarixdə məlumat mesajı gəlmiş və müraciətinə iştirakı ilə baxılması üçün BPİ DYPİnin 211-ci otağına dəvət olunmuş, lakin işləməyi səbəbindən iştirakını təmin etməyi mümkün olmamışdır. Eyni zamanda tərəfindən yazılı şikayət edilərkən ona DYPİ-nin əməkdaşları tərəfindən görüntülər təqdim edilmiş və həmin görüntülərdə telefonu əlində saxlamağı aydın olmasa da göstərilmişdir. Buna baxmayaraq tərəfindən təkrar olaraq buna etiraz edilmiş və qeyd edilən maddədə telefonu əldə saxlamaqla ondan istifadə edilməsinə görə cərimə oluna biləcəyini, telefonu sadəcə əldə saxladıqda cərimənin tətbiq edilə bilməyəcəyi vurğulanmışdır. Protokol barədə şikayətlərin edilməsi və işin araşdırılması prosesinə baxmayaraq tərtib edilmiş inzibati xəta haqqında protokola dəbbə pulları hesablanmağa başlanılmış və mənim müraciətimə rəsmi olaraq nə mənfi nədə müsbət cavab verilməmişdir. Aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının DİN BDYPİ-nin İXP4552755 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş TP4944086 saylı elektron qərar ləğv edilməlidir. Azərbaycan Respublikası DİN-in Bakı şəhəri X8 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən X2 İXM-in 342.6-cı maddəsi ilə inzibati cərimə olunmasına dair TP ******* nömrəli, 05 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər X8 İdarəsinin müşayət eskort Bölüyü YPX İnspektoru Polis Baş X1 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 05 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2022-ci il tarixində saat 13:56-da Bakı şəhəri, Gülarə Qədirbəyova, 1 ünvanında “Hyundai Accent” minik markalı, ** OC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, X3 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün səlahiyyətli şəxs onun barəsində inzibati xəta haqqında protokol tərtib etməli olduğu halda,inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. İXM-in: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri X8 İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, qanunsuz olaraq onun barəsində inzibati tənbeh vermə haqqında 28 oktyabr 2020-ci il tarixli qərar qəbul etmiş və onu İXM-in 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək barəsində 50 manat məbləğdə cərimə tətbiq etmişdir. İXM-in: 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Bununla da məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla qərar qəbul edərək, X2 hüquqlarını pozmuşdur. Binyamin Cumayev inzibati xətanın mövcudluğu ilə razı olmadığından onun barəsində inzibati xəta haqqına protokol tərtib olunmalı və həmin protokolun baxılması vaxtı və yeri barədə ona məlumat verilməklə müvafiq qərar qəbul edilməli idi. Ona görə də, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 05 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması Bakı şəhər X7 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 05 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhəri X7 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar