Məhkəmə qərarları › İş №3(005)-1810/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1810/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1810/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs "xxxx" MMMC-nin sədri X8, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X13 iştirakları ilə, "xxxx" MMMC-nin sədri X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə dair verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ "xxxx" MMMC-nin sədri X11, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X18 Xidmətinin Bakı şəhər idarəsinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən o, "xxxx" MMMC-nin sədri olaraq AR İXM-nın 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyinə görə 1500 (bir min beş yüz) manat məbləğində şərti cərimə cəzasına cəlb edilmişdir. Qərara əsasən törədilmiş hüquq pozmaların aradan qaldırılması üçün isə 30 gün (otuz) müddət müəyyən olunmuşdur. Qərar "xxxx" MMMC-nin əməkdaşları X19 və X1 qərəzli şikayət ərizələri əsasında qəbul edilmişdir. Şikayətin araşdırılması zamanı dəfələrlə DƏMX-nın məsul şəxslərindən həmin nüansların nəzərə alınması xahiş olunsa da demək olar ki heç bir araşdırma aparılmadan ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, X19 xx.xx.2022-ci il tarixdə cəmiyyətə mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə isə öz razılığı ilə əmək müqaviləsinə xitam verilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq ona hesablanmış son haqq-hesab məbləği də tam şəkildə ödənilmişdir. Bu barədə X19 xx.xx.2023-cü il tarixdə DƏMX-nın Bakı şəhər idarəsinə rəsmən müraciət edərək onunla bağlı olan araşdırmanın ləğv edilməsini xahiş etmişdir. Digər əməkdaş X5 xx.xx.2022-ci il tarixdə MMMC-yə mühafizəçi vəzifəsinə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə son haqq-hesab məbləği tam ödənilməklə öz xahişi ilə işdən azad edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə X2 yenidən "xxxx" MMMC-ə mühafizəçi olaraq işə qəbul edlmişdir. Qeyd olunanlara rəğmən, DƏMX-nin Bakı şəhər İdarəsinin rəisi X14 qəbul etdiyi Qərarda işin halları, əməkdaşların vəzifədən öz xahişləri ilə azad edilmələri, qanunvericiliyin tələblərinə uyğun son haqq-hesabların ödənilməsi və hətta X1 hazırda "xxxx" MMMC-də çalışması nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs "xxxx" MMMC-nin sədri X11 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X21 izahatında göstərdi ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaş X1 və X12 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilmişdir. "xxxx" MMMC-nin sədri X11 barəsində şərti olaraq inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün nəzərdə tutulmuş müddətin başa çatmasına baxmayaraq qeyd olunan hüquqpozmalar aradan qaldırılmamışdır. Qeyd olunanları nəzərə alaraq şikayətin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında göstərmişdir ki, o "xxxx" MMMC-nin idarə heyətinin üzvüdür. X3 və X15 tanıyır. Onların "xxxx" MMMC-də işə qəbul olunmaları və işdən azad edilmələri barədə məlumatı vardır. Onu da qeyd edir ki, həmin şəxslər hər ikisi öz ərizələri əsasında işsdən azad edilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərmişdir ki, "xxxx" MMMC-də komendant vəzifəsində işləyir. Məmmədqulu İsmayıl oğlunu və X15 tanıyır. Onlar hər ikisi ayrı-ayrı vaxtlarda "xxxx" MMMC-də mühafizəçi vəzifəsini icra etmişlər. Həmçinin hər ikisi öz ərizələri əsasında işdən azad olunmuşlar. İşdən azad olunduqdan sonra onlarla əmək haqqı ilə bağlı son haqq-hesab aparılmışdır. Onu da qeyd etmək istəyir ki, Məmmədqulu İsmayıl oğlu işdən azad olunduqdan sonra yenidən həmin MMMCdə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxsin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X5 tərəfindən yazılmış və "xxxx" MMMC-nin sədri X10 ünvananmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair 09/07 nömrəli, xx.xx.2023-cü il tarixli Əmrdən görünür ki, X5 ilə bağlanmış 5Y6BM3H000100 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. X19 tərəfindən yazılmış və "xxxx" MMMC-nin sədri X10 ünvananmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair 31/10 nömrəli, xx.xx.2023-cü il tarixli Əmrdən görünür ki, X19 ilə bağlanmış 169L7SX000300 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, vətəndaş X5 xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2023-cü il tarixdə xitam verilərkən işçinin ərizəsində xitam tarixinin konkret qeyd edilməməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinin tələbləri pozularaq müddəti bitmədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. X4 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Bakı Şəhər İdarəsinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi göndərilmiş və o, X18 Xidməti Bakı Şəhər İdarəsinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən şəxs X10 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 192.6-cı maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərara əsasən X11 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində şərti olaraq 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən edilmişdir. X6 tərəfindən törədilmiş hüquqpozmalar 30 (otuz) gün müddət ərzində aradan qaldırılmamış və nəticə etibarı ilə “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar müəyyən olunmuş müddət ərzində onun tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X8 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən qəbul edilmiş “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə X8 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar