Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1812/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan 2011-ci il buraxılışlı, Hyundai Sonata minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində «Gənclik Mall» ticarət mərkəzinin qarşısında, yolun sağ kənarında saxladığı zaman qəfil olaraq avtomobili sürücü tərəfdən qabaq sol yan qapını açdığı vaxt avtomobilin yanından düzünə hərəkətdə olan sürücü X2 idarə etdiyi FRTN markalı 54 B 326 dövlət qeydiyyat nişanlı motosikletlə avtomobilin qapısına çırpılmış və nəticədə sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində o etibarnamə əsasında idarə etdiyi, .texniki cəhətdən saz vəziyyətdə olan 2011-ci il buraxılışlı, Elyundai Sonata minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə üzü K.Rəhimov küçəsi istiqamətində hərəkət edib, avtomobili Gənclik Mail Ticarət mərkəzinin qarşısında, yolun sağ kənarında saxlayaraq, ailə üzvlərinin ticarət mərkəzindən gəlməsini gözləmişdir. Bir qədər dayandıqdan sonra ailə üzvlərinin ticarət mərkəzindən çıxdıqlarını görüb, onları qarşılamaq üçün avtomobildən enmək qərarına gəlmişdir.Bunun üçün avtomobilimin ön sol qapısını açdığı zaman onun solunda, yəni F.X.Xoyski küçəsi ilə üzü K.Rəhimov küçəsi istiqamətində hərəkətdə olan markasını və nömrəsini bilmədiyi mopedin və ya motosiklin sağ hissəsi oom avtomobilinin açılmaqda olan qapısına dəymişdir.Motosiklin sürücüsü müvazinatını saxla bacardığından yerə yıxılmadan nəqliyyat vasitəsini saxlamağa nail ola bilmişdir.O, bu zaman həmin sürücünün xəsarət aldığını görüb, dərhal onun üçün TTYS-ni hadisə yerinə dəvət etmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş TTYS-nin həmin sürücünü xəstəxanaya aparmışlar. O da ailə üzvlərini götürüb yaşadığı getmişdir. xx.xx.2023-cü il tarixdə onunla əlaqə saxlamış polis əməkdaşlarının Nərimanov RPİ-nə yaxınlaşaraq aparılan araşdırmada iştirak etmişdir. Hadisə avtombildə tək olmuşdur. Hadisə zamanı o xəsarət almadığından heç bir tibb müraciət etməmiş və MTE-dən keçməkdən imtina etmişdir. Zərərçəkmiş şəxslə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK-1 №-482/102-3539/ nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:05-də TTYS-dan tibb bacısı Abbasova məlumat verərək, F.X.Xoyski küçəsi “Gənclik Mall” ticarət mərkəzinin yaxınlığında baş vermiş YNH-si zamanı, 2000-ci il təvəllüdlü X1 ayaq darağın kəsilmiş çapılmış yarası xəsarətləri almışdır. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 551 saylı xx.xx.2023-cü il tarixli nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi ekspertizasından xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nə 551 saylı xx.xx.2203-cü il tarixli rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zeynalov' oğlunun almış olduğu xəsarət- sağ ayaq darağın çapılmış kəsilmiş yarası iti əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə va şəraitdə, yəni 06J tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL aiddir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 30 may 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə məhkəməyə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 8-ci hissəsinin tələbinə əsasən, Nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1812/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1812/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver