Məhkəmə qərarları › İş №3(005)-1813/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1813/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1813/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı Toğrul Məmmədovun 23 may 2023-cü il tarixli qərarından və 24 may 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, N.Quliyev küçəsi ilə Bakıxanov küçəsi istiqamətindən üzü Təbriz küçəsi istiqamətində hərəkət edərkən Təbriz küçəsi ilə C.Hacıbəyli küçəsi istiqamətindən üzü Ə.Ağaoğlu küçəsi istiqamətində hərəkət edən mopedin sürücüsünü- X3 görməmiş və nəticədə idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə mopedin ön hissəsi toqquşmuşdur. Bununla da, Şəxs tərəfindən İXMin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” minik markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, N.Quliyev küçəsi ilə Bakıxanov küçəsi istiqamətindən üzü Təbriz küçəsi istiqamətində hərəkət etmişdir. O idarə etdiyi avtomobil ilə N.Quliyev küçəsi ilə Təbriz küçələrinin kəsişməsinə çatan zaman idarə etdiyi avtomobilin sükanım sola doğru döndərərək Təbriz küçəsi istiqamətində dönmək istəmişdir. Bu zaman Təbriz küçəsi ilə C.Hacıbəyli küçəsi istiqamətindən üzü Ə.Ağaoğlu küçəsi istiqamətində hərəkət edən mopedin sürücüsünü- X3 görməmiş və nəticədə idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə mopedin ön hissəsi toqquşmuşdur. Bundan sonra o dərhal həmin mopedin sürücüsünə yaxınlaşaraq xəsarət alıb-almadığını soruşmuşdur. Sürücü də heç bir xəsarət almadığını bildirmişdir. Lakin o moped sürücüsünü xəstəxanaya müayinə olunması üçün aparmışdır. Daha sonra isə o Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Hadisə zamanı avtomobildə tək olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkən şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı X5 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 13:30 radələrində o özünə məxsus idarə etdiyi "Yamaha" markalı moped ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə C.Hacıbəyli küçəsi istiqamətindən üzü Ə.Ağaoğlu küçəsi istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 30 km sürətlə düzünə hərəkət etmişdir. O idarə etdiyi moped ilə düzünə hərəkətdə olan zaman N.Quliyev küçəsindən "Toyota Prius-minik" markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun əsas yolla gəldiyi halda qəflətən onun zolağına daxil olmuşdur. Bu zaman mopedin ön hissəsi ilə qeyd olunan avtomobilin ön sağ yan hissasi toqquşmuşdur. Hadisə nəticəsində o bədən xəsarəti almışdır. Bundan sonra isə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. Hadisə zamanı o bədən xəsarəti almışdır Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis mayoru Elşad Cəfərov tərəfindən tərtib edilmiş HK 1N 508 nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 21:25-də Tramotologiya İnstitutdan tibb-bacısı Aslanova məlumat verərək baş vermiş yol nəqliyyat hadisəsi zamanı 2006-cı il təvəllüdlü X5 xəsarəti almışdır. 2/11822 nömrəli, 11 may 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” minik markalı, 77-BC -891 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r; Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AD 309837 nömrəli, xx.xx.2020-cı il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs ABC kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 18 may 2023-cü il tarixli, 574 nömrəli rəyindən görünür ki, vətəndaş X1 aşkar olunmuş xəsarət- ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol sıq-baldır oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi-qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər, və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 may 2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar