Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1813/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, X1 ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs qumar oyunlarında iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, X6, X4, X5, X7, X2, X8 barələrində inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin ərazi aidiyyəti üzrə polis orqanlarına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin dispozisiyasına əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə - üç min manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Həmin inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatı göstərilməli olduğu halda, bu tələblərə riayət olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İş materiallarından göründüyü kimi qeyd olunan inzibati xətanın 10 fevral 2024-cü il tarixdə baş verməsinə və “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarın 22 aprel 2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsinin tələbləri pozularaq 10 iyun 2024-cü il tarixdə tərtib olunmuşdur. Bundan başqa “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 22 aprel 2024-cü il tarixli qərarın məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən “Manhattan” adlı kafeyə polis əməkdaşları tərəfindən baxış 10 fevral 2024-cü il tarixdə saat 00:26-da keçirilmişdir və digər şəxslərlə yanaşı Şəxs da qumar oynadığını bildirmişdir. Deməli buradan belə aydın olur ki, yuxarıda qeyd olunan inzibati xəta Şəxs tərəfindən 10 fevral 2024-cü il tarixdə saat 00:26-da törədilmişdir. Həmçinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda, protokolun tərtib olunma vaxtı göstərilməmişdir. Buradan o da aydın olur ki, Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşı tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol həmin gün saat 00:26-da deyil, həmin saatdan sonra tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın törədildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən dörd aydan çox müddət keçdiyini nəzərə alaraq Şəxs barəsində İXM-nin 525-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilə bilməz, bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və İXM-in 8, 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1813/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1813/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver