Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1817/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Zeynalova Günel Bəxtiyar qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 482.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş 01400-1085/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 24.07.2021-ci il tarixdə, saat 20:30 radələrində Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Bas Gömrük idarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı X1 idarə etdiyi "DAF” markalı, 99DT344/99ZA497 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə “X-RAY” markalı stasionar rentgen aparatında keçirilmiş baxış zamanı, nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər aşkar edilmişdir. Nəqliyyat vasitəsinin yük yeri açılıb yoxlanan zaman isə Rusiya Federasiyası, Sankt Peterburq səhəri 16-cı xətt, korpus 1, ev 85 ünvanında qeydiyyatda olan "xxxx" MMC-dən Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-yə idxal olunmuş inşaat mallarının arasında olan 3 (üç) ədəd karton qutudan mal müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük orqanına bəyan olunmayan, üzərində “Grace" yazısı əks olunmuş, PVX panellərə aid 10 ədəd təlimat kitabçası, 30 ədəd kitab şəkilli kataloq və düzbucaqlı formasında 1058 (bir min əlli səkkiz) ədəd PVX panel nümunələri aşkar edilmişdir. “Azərekspertiza" Birliyinin verdiyi 02.08.2021-ci il tarixli, 16-X saylı ekspertiza aktına əsasən, PVX (plastik material) panel nümunələrinin 1 ədədinin 24.07.2021-ci il tarixə mövcud olan bazar qiyməti 0,40 (qırx qəpik) manat, 1058 (bir min əlli səkkiz) ədədinin isə ümumilikdə dəyəri 423.20 (dörd yüz iyirmi üç manat iyirmi qəpik) manat olduğu müəyyən edilmiş, təlimat kitabçaları və kataloqlar satışda olmadığı üçün qiymətlərinin müəyyən edilməsi mümkün olmamışdır. Bununla da Şəxs MMC-nin barəsində İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26.07.2021-ci il tarixli raportdan görünür ki, 24.07.2021-ci il tarixdə, saat 20:30 radələrində Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı X1 idarə etdiyi “DAF” markalı, 99DT344/99ZA497 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə “X-RAY” markalı stasionar rentgen aparatında keçirilmiş baxış zamanı, nəqliyyat vasitəsinin yük yerində şübhəli cizgilər aşkar edilmişdir. Nəqliyyat vasitəsinin yük yeri açılıb yoxlanan zaman isə, Rusiya Federasiyası, Sankt Petersburq şəhəri 16-cı xətt, korpus 1, ev 85 ünvanında qeydiyyatda olan "xxxx" MMC-dən Azərbaycan Respublikası, ünvan 2 ünvanında qeydiyyatda olan "Caspian Endeavour” MMC-yə idxal olunmuş inşaat mallarının arasında olan 3 (üç) ədəd karton qutudan mal müşayiət sənədlərində qeyd olunmayan, yəni gömrük orqanına bəyan olunmayan, üzərində “Grace" yazısı əks olunmuş, PVX panellərə aid 10 ədəd təlimat kitabçası, 30 ədəd kitab şəkilli kataloq və düzbucaqlı formasında 1058 (bir min əlli səkkiz) ədəd PVX panel nümunələri aşkar edilmiş və faktla bağlı araşdırılma aparılması məqsədilə Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X2 bölməsinə təhvil verilməsi üçün protokol əsasında götürülmüşdür. “Azərekspertiza" Birliyinin verdiyi 16-X saylı, 02.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Malın (isin, xidmətin) bazar qiyməti tələb təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdir. Malın (isin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malı (isin, xidmətin) bazar qiymətləri və birja kataloqları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, beynəlxalq şəbəkə internet vasitəsilə müxtəlif saytlarda aparılan axtarışların nəticəsinə və Xaçmaz səhəri tikinti materiallarının satışı dükanlarından alınan məlumatlara əsasən müəyyən edilmişdir ki, təqdim edilmiş PVX (plastik material) panel nümunələrinin 24.07.2021-ci il tarixə mövcud olan təqribi bazar qiyməti 1 (bir) ədəd - 0,40 manat (qırx qəpik) təşkil edir. Təlimat kitabçası və katoloqun satışda olmadığı üçün qiymətlərinin müəyyən edilməsi mümkün olmamışdır. Təqdim edilmiş PVX (plastik material) panel nümunələrinin ümumi dəyəri: 423,20 (dörd yüz iyirmi üç manat 20 qəpik) manat məbləğindədir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, **********1818 sorğu nömrəli 21.07.2021-ci il tarixli gömrük bəyannaməsində Şəxs MMC tərəfindən bəyan edilməyən, PVX panellərə aid 10 ədəd təlimat kitabçası, 30 ədəd kitab şəkilli kataloq və düzbucaqlı formasında 1058 (bir min əlli səkkiz) ədəd PVX panel nümunələri aşkar edilmişdir və bununla da İXM-in 482.1-ci maddəsinin tələbləri həmin hüquqi şəxs tərəfindən pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İXM-in 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (423.20 manat) 40 (qırx) faizi məbləğində, yəni 169 (yüz altmış doqquz) manat, 28 (iyirmi səkkiz) qəpik məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (423.20 manat) 40 (qırx) faizi məbləğində, yəni 169 (yüz altmış doqquz) manat, 28 (iyirmi səkkiz) qəpik məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1817/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1817/2021
30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver