Məhkəmə qərarları › İş №3(005)-1826/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1826/2020

15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1826/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, müdafiəçi - Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuş, (FİNxxxxxxx) Cəbrayıl rayonu, Horovlu ərazi dairəsi, Horovlu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 329.3, 332.1 və 334.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər DYPİ Yol Patrul xidməti inspektoru Namazov Oktay Qarisöhbət oğlu tərəfindən Şəxs barəsində İXM-in 329.3, 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə “Mercedes” markalı 99EK049 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən yol polis əməkdaşları tərəfindən saxlanılmış və ona işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozduğu bildirilmişdir. YPX əməkdaşları tərəfindən barəsində avtomobilini sərxoş vəziyyətdə idarə etməsini müəyyən edən xüsusi texniki vasitədən istifadə edilməsi haqqında protokol tərtib olunmuşdur. Halbuki onun sərxoşluq vəziyyəti yoxlanılmamışdır. Məhkəmə iclasında iştirak edən müdafiəçi X1 Aslan Nəbi oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilən sənədlərin natamam olduğu üçün məhkəmə iclasında baxılmasının qeyri-mümkünlüyünü göstərərək məhkəmədən qanunauyğun qərar çıxarılmasını xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə “Mercedes” markalı 99EK049 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs spirtli içki içməsi aşkar surətdə biruzə verdiyindən İXM-in 96-cı maddəsinə əsasən sərxoşluq vəziyyətininin müəyyən edilməsi üçün “ACE-Z” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi vasitədən istifadə edilmiş və müayinə nəticəsində onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. İXM-in : 333.1-ci maddəsinin Qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Məhkəmə qeyd edir ki, iş materiallarına Şəxs sərxoş vəziyyətində olmasını müəyyən edən xüsusi texniki vasitənin göstəricilərini təsdiq edən sənəd əlavə edilməmişdir. Yəni hansı xüsusi texniki vasitədən istifadə edilməsi, bu xüsusi texniki vasitənin Şəxs alkoqolun konsetrasiyasının hansı faizdə olması məlum deyildir. Sadalanan qanunverciliyin məzmunundan göründüyü kimi, xüsusi texniki vasitənin alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs İXM-in 334.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün onun ilk əvvəl sərxoş vəziyyətində olub-olmaması müəyyən edilməlidir. Təqdim edilən sənədlərlə isə Şəxs sərxoş vəziyyətində olub-olmadığını müəyyən etmək qeyrimümkündür. Buna görə də məhkəmə hesab edir ki, təqdim edilmiş material natamam tərtib olunmuş və bu natamamlığın işə baxılması zamanı aradan qaldırılması mümkün deyil. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolda olan natamamlığın işə baxılması zamanı aradan qaldırılması mümkün olmadığından, yəni təqdim edilmiş materiallar natamam və düzgün tərtib edilmədiyindən olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, vəkil X5 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 329.3, 332.1 və 334.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar