Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1828/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Hüquqi ünvanı ünvan 1 məhəllə olan Şəxs barəsində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 469.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi RPİtərəfindən Şəxs barəsində İXM-in 469.3-cü maddəsi ilə tərtib olunmuş AP ******* nömrəli xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən Şəxs tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol və digər sənədlər düzgün tərtib olunmamışdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(005)-1356/2020 nömrəli qərardadı Şəxs barəsində İXM-in 469.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş AP ******* nömrəli xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə geri qaytarılmışdır. Göründüyü kimi, adı çəkilən qərardadla hazırda təqdim olunmuş inzibati xəta haqqında protokola münasibət bildirilmişdir. Şəxs tərəfindən İXM-in 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı İXM-in tələblərinə uyğun olaraq yeni protokol tərtib olunmamış, bununla da İXM-in tələbləri pozulmuşdur. Həmçinin məhkəmənin qərardadında göstərilən nöqsanlar aradan qaldırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs hüquqi ünvanı Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi məhəllə 3095 göstərilmişdir. Halbuki, məhkəmənin elektron sistemindən çıxarılmış Şəxs barəsində vergi ödəyicilərinin məlumatından göründüyü kimi, həmin hüquqi şəxsin hüquqi ünvanı ünvan 1 məhəllədir. Bundan başqa inzibati xəta haqqında protokolda İXM-in 100.1.7-ci maddəsinin tələblərinə riayət olunmamış, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamışdır. İXM-in: 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir; 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və bu səbəbdən işə baxmaq mümkün olmadığından həmin protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Nəsimi RPİ tərəfindən Şəxs barəsində İXM-in 469.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1828/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1828/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver