Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-183/2021 21.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X7, tələbkarlar X6, X8, X9, X10, X5 və X3 iştirakları ilə, “xxxx” MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X16 borclu “xxxx” MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, 2(005)-1972/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, 2(005)-88/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, 2(005)-7935/2017 nömrəli, xx.xx.2017-ci il tarixli, 2(005)- 3856/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, 2(006)-1674/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, 2(005)-2488/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, 2-1(82)-2585/2018-007 nömrəli, xx.xx.2018-ci il tarixli, 2(005)-4624/2017 nömrəli, xx.xx.2017-ci il tarixli və 2(005)-453/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə borclu “xxxx” MMC tərəfindən cəmi 16172,18 manat məbləğində vəsait qərəzli olaraq tələbkarların xeyrinə ödənilməmişdir. Nəticədə “xxxx” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola ******* nömrəli əlavədən görünür ki, şöbənin icraatında “xxxx’’ MMC-nin borclu olduğu, ümümi məbləği cəmi 16172,18 manat təşkil edən tələbkarlara ödənilməli olan 9 ədəd icra işi vardır. Onlar aşağıdakılaradır: 1. Nərimanov rayon məhkəməsinin 2(005)-1972/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu “xxxx” MMC-dən 825 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. 2. Nərimanov rayon məhkəməsinin 2(005)-88/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu “xxxx” MMC-dən 1250 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. 3. Nərimanov rayon məhkəməsinin 2(005)-7935/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu “xxxx” MMC-dən 500 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar X8 xeyrinə ödənilməlidir. 4. Nərimanov rayon məhkəməsinin 2(005)-3856/2018 nömrəli, xx.xx.2018-ci il tarixli İcra sənədi üzrə borclu "xxxx" MMC-dən 1430 manat məbləğində pul vəsaiti və 31 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. 5. Nəsimi rayon məhkəməsinin 2(006)-1674/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC və Şəxs müştərək qaydada 500 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar X10 xeyrinə ödənilməlidir. 6. Nərimanov rayon məhkəməsinin 2(005)-2488/2018 nömrəli, xx.xx.2018-ci il tarixli İcra sənədi üzrə borclu "xxxx" MMC-dən 1130 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2585/2018-007 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMCdən 4056,18 manat məbləğində pul tutularaq tələbkar Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Üzrə X31 Departamentinin xeyrinə ödənilməlidir. 8. Nərimanov rayon məhkəməsinin 2(005)-4624/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-dən 300 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. 9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-453/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən «xxxx» MMC ilə X17 arasında bağlanmış 25/02-17 saylı xx xxxxxx 2017-ci il tarixli «alqısatqı (kredit)» müqaviləsi ləğv edilməlidir. «xxxx» MMC-dən 5000 manat maddi zərər, 500 manat mənəvi zərər, 490 manat hüquqi xidmətlərə görə pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu X9 xeyrinə tutulmalıdır. İcra sənədləri şöbənin icraatına müxtəlif tarixlərdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədlərinin icra olunması məqsədi ilə borclu "xxxx" MMC-nin mülkiyyətində olan əmlaklar barədə sorğu edilmiş, borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Həmçinin borclu "xxxx" MMC-nin bank hesabları olmadığından borc məbləğinin tutulması mümkün olmamışdır. Eyni zamanda borclunun icra vərəqələrində göstərilən ünvanında olarkən borclu cəmiyyətin həmin ünvanda fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron portalından əldə edilmiş məlumatda borclu “xxxx" MMC-nin rəhbərinin Şəxs olduğu göstərilmişdir. Nərimanov rayon məhkəməsinin 8(005)-264/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən “xxxx” MMC-nin rəhbəri Hüseynova X15 rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir. Nərimanov rayon məhkəməsinin 8(005)- 264/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı icra olunması üçün xx.xx.2019-cu il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Bakı şəhər Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən “xxxx” MMC-nin rəhbəri Şəxs ünvan 1 ünvanda yaşamadığı üçün Nərimanov rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinin mümkün olunmadığı qeyd olunmuşdur. İcra sənədlərinin icrası ilə bağlı borclu "xxxx" MMC-nin rəhbəri Şəxs axtarılması haqqında xx.xx.2019-cu il tarixli qərar qəbul edilərək, icra olunması üçün Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. Nəsimi rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən Şəxs barəsində Nəsimi rayon icra və probasiya şöbəsinin qərarı əsasında xx.xx.2019-cu il tarixdə 70147 saylı axtarış işi açılmışdır. İcra sənədinin icrası ilə bağlı borclu “xxxx” MMC-nin rəhbəri Şəxs etibarnamə üzrə nümayəndəsi X12 xx.xx.2020ci il tarixdə şöbədə olmuş və icra sənədləri üzrə icraata başlamaq haqqında qərar və bildirişlərin surəti rəsmi şəkildə ona verilmişdir. Lakin borclu “xxxx” MMC-nin rəhbəri Şəxs tərəfindən icra sənədləri üzrə borc məbləğlərindən hazırki tarixədək heç bir ödəniş edilməmişdir. Bununla da borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburu olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədi üzrə tələbləri müəyyən edilmiş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X16 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri vaxtı barədə lazımi qaydada məlumat verilmiş borclu “xxxx” MMC-nin rəhbəri Şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə borclu “xxxx” MMC-nin rəhbəri Şəxs iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən tələbkarlar X14, X18, X17, X19, X13 və X11 hər biri ayrı-ayrılıqda bildirdi ki, icra sənədləri borclu tərəfindən qərəzli olaraq icra edilmir. Bunu nəzərə alaraq “xxxx” MMC-nin rəhbəri Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, “xxxx” MMC-nin rəhbəri Şəxs yuxarıda qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-453/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4624/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2585/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2488/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1674/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3856/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7935/2017 nömrəli, xx.xx.2017-ci il tarixli, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-88/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1972/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin rəhbəri Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə borclunun icra sənədlərinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə “xxxx” MMC-nin rəhbəri Şəxs hərəkətlərini icra sənədlərinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, “xxxx” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-183/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-183/2021
21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver