Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1830/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndələri X1 və X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş 06.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında aparılan tikinti işləri zaman 3 (üç) ədəd kök üstə yaş halda olan ağaclar məhv edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib Şəxs MMC-nin nümayəndələri X1 və X3 hər biri ayrı-ayrılıqda bildirmişlər ki, tərtib olunmuş protokol əsassızdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1 -ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 avqust 2021-ci il tarixli 71116 nömrəli aktından görünür ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02.08.2021-ci il tarixli 090BD nömrəli sərəncamına əsasən Nərimanov rayonu Səməd Vurğun və Maqsud Əlizadə küçələrinin kəsişməsindəki tikinti ərazisində ağaçların məhv edilməsi ilə bağlı İdarəyə daxil olmuş məlumat tərəflərindən araşdırılaraq əraziyə baxış keçirilmişdir. Aparılan araşdırma zamanı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20.11.2018-ci il tarixli 614 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yaşayış binalarının tikintisi üçün Şəxs MMC-nə 0,8634 ha torpaq sahəsinin ayrıldığı və həmin ərazidə Şəxs MMC tərəfindən 1 ədəd çoxmərtəbəli yaşayış binasının tikinti işlərini başa çatdıralaraq sakinlərin istifadəsinə verildiyi və yeni yaşayış binasının tikintisinə hazırlıq işlərinin aparıldığı, lakin sözügedən binaların layihə sənədləri müvafiq olaraq ETSN-nin DEEA-yi ilə razılaşdırılmadığı məlum olmuşdur. Əraziyə baxış zamanı”Azinteroil” MMC-nə ayrılmış torpaq sahəsində Səməd Vurğun və Maqsud Əlizadə küçələrinin kəsişməsində tikinti aparılan ərazidə binanın özültəməl qazıntı işlərinin tamamlandığı, özülünə dəmir konstruksiyaları döşənərək beton məhlulu ilə hamarlandığından həmin tikinti sahəsində və ətraf ərazilərdə ağacların məhv edilməsi izləri müəyyən olunmadı. Lakin Geodeziya və Kartoqrafiya MMC tərəfindən ünvan 2 ünvanın 2019-2021-ci il kosmik görüntüləri müqayisə etdikdə sözügedən tikinti aparılan ərazidən Şəxs MMC tərəfindən 3 (üç) ədəd köküstə yaş halda olan ağacların götürüldüyü müəyyən edilmişdir. Həmin ağaclar kökündən çıxarıldığından diametrini və cinsini müəyyənləşdirmək mümkün olmamışdır. Bununlada Şəxs MMC tərəfindən “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun və AR-nın Nazirlər Kabinetinin 30.08.2016-cı il tarixli 321 nömrəli Qərarının tələbləri pozulduğu və nəticədə İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən inzibati xəta törədildiyi müəyyən edilmişdir. Araçdırmaya dair toplanmış sənədlər (2019-2021-ci ilin kosmik görüntüləri, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı) akta əlavə olunmuşdur. Akt iki nüsxədən ibarət tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin tərkibi şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə yaranır. Hazırki işin hallarından Şəxs MMC-nın əmkdaşları tərəfindən ağacların kəsilməsi və ya məhv edilməsi müəyyən olunmur. Bununla da, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-nə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, Şəxs MMC-nın əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də Şəxs MMC-nın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanılmış inzibati xəta iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1830/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1830/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver