Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1830/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, “PAŞA-K" Firması tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X3 “Şəxs Firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə 00100-01391/23 nömrəli, 31 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 02 may 2023-cü il tarixdə Bakı Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" Firmasının ünvan 2nvanında yerləşən anbarına daxil olmuş, müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda saxlanılmalı olan yüklərin istifadə olunduğu barədə əldə edilmiş əməliyyat məlumatına əsasən həmin anbara baxış keçirilmişdir. Baxış zamanı 5 (bes) gömrük bəyannaməsi üzrə (xx.xx.2023-cü il tarixli **********9575 sorğu nömrəli. xx.xx.2023-cü il tarixli **********6461 sorğu nömrəli, 13 04.2023-cü il tarixli **********1793 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4489 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********1463 sorğu nömrəli) müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləsdirilərək həmin anbarda saxlanılmalı olan mallardan ümumi gömrük dəyəri 212363,00 (iki yüz on iki min üç yüz altmış üç manat) manat təşkil edən dərman vasitələri və tibbi ləvazimatlar yükünün istifadə edilməsi və sözügedən anbarda mövcud olmaması faktı aşkarlanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs Firmasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs Firmasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 02 mav 2023-cü il tarixdə Bakı Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" Firmasının ünvan 2nvanında yerləşən anbarına daxil olmuş, müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda saxlanılmalı olan yüklərin istifadə olunduğu barədə əldə edilmiş əməliyyat məlumatına əsasən həmin anbara baxış keçirilmişdir. Baxış zamanı 5 (beş) gömrük bəyannaməsi üzrə (xx.xx.2023-cü il tarixli **********9575 sorğu nömrəli. xx.xx.2023-cü il tarixli **********6461 sorğu nömrəli, 13 04.2023-cü il tarixli **********1793 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4489 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********1463 sorğu nömrəli) müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləsdirilərək həmin anbarda saxlanılmalı olan mallardan ümumi gömrük dəyəri 212363,00 (iki yüz on iki min üç yüz altmış üç manat) manat təşkil edən dərman vasitələri və tibbi ləvazimatlar yükünün istifadə edilməsi və sözügedən anbarda mövcud olmaması faktı aşkarlanmışdır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, **********9575 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sözügedən anbarda ümumiyyətlə aşkar olunmamış, digər bəyannamələr üzrə isə malların bir hissəsi aşkar olunmamışdır. Aktın düzgünlüyü Bakı Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsinin əməkdaşı və “Paşa-K" Firmasının əməkdaşları tərəfindən təsdiq edilmişdir. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinin böyük inspektoru X2 və “Şəxs-nin nümayəndəsi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs Firması-nin X1 ünvanında yerləşən anbarına BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin 34/013/013758 nömrəli, xx.xx.2023-cü il tarixli raportunun icrası ilə əlaqədar olaraq idxalatçının anbarında baxış keçirilmiş və sexin bir otağında 200 kisə un olduğu müəyyən edilmişdir. Unun istehsalı xx.xx.2023-cü il olduğu kisədə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə boşaldılan unun istehsal tarixinin xx.xx.2023-cü il olduğu əlimizdə olan şəkillərlə sübut olunur. Sexdə olan 200 kisə unun da ticarət nişanı “Favorit” olması müəyyən edilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Firmasının nümayəndəsi X5 izahatında göstərmişdir ki, nümayəndəsi olduğu şirkət müxtəlif ölkələrdən dərman vasitələrini, tibbi ləvazimatları və gigiyenik vasitələri idxal edir, sonradan həmin malların daxili bazarda topdan və pərakəndə satışını həyata keçirir, "xxxx" Firması tərəfindən bir neçə bəyannamə üzrə mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru1 altında yerləşdirilmiş, həmin mallar qeyd edilən ünvan 3 ünvanında yerləşən anbarda saxlanılır, malların rəsmiləşdirilməsi həyata keçirildikdən sonra gömrük əməkdaşının iştirakı ilə həmin mallar anbardan çıxarılmış, həmin zaman rəsmiləşdirilmiş mallarla bərabər xx.xx.2023-cü il tarixli **********9575 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********6461 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********1793 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********4489 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********1463 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlancda olan malların bir hissəsi də səhvən anbardan çıxarılmışdır, belə ki, anbarın fəaliyyətinə anbardar nəzarət edir, həmin vaxt anbardar anbarda olmadığı üçün prosesə nəzarət edə bilməmiş, fəhlələr tərəfindən müvəqqəti saxlancda yerləşdirilən və həmin anbarda saxlanılmalı olan mallar da anbardan çıxarılmış, lakin gömrük təminatı tərəflərindən deyil, gömrük əməkdaşı tərəfindən açılmış, sonradan isə gömrük əməkdaşı tərəfindən yeni gömrük təminatı anbara vurulmuş, halhazırda da anbar gömrük təminatı altında saxlanılır, həmin mallar aidiyyəti sifarişlər üzrə pavlanılaraq satışı həyata keçirilmiş, sözügedən malların satışının həyata keçirilməsi barədə gömrük orqanına məlumat verilməmiş, belə ki, həmin mallar səhvən anbardan çıxarılmış, şirkət tərəfindən rəsmiləşdirilməsi həyata keçirilmiş mallarla səhv salınmışdır, gömrük qaydalarının pozulduğunu MMC olaraq etiraf edirlər və həmin malları tezliklə rəsmiləşdirmək niyyətindədirlər. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.15-ci maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar - bu Məcəllənin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallardır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. Həmin Məcəllənin 177.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir: 177.1.1. müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına; 177.1.2. malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə; 177.1.3. gömrük və ya müvəqqəti saxlanc anbarlarının təsisi ilə əlaqədar verilmiş lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən prosedur sahibi malların müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, gömrük nəzarəti altında olan mallarla qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi qadağan olunmaqla göstərilən hərəkətlərin edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi Şəxs Firması tərəfindən bu tələb pozulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Firması tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs Firmasının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Firmasının Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Firması Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə təqsirli bilinməli və sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 212363,00 (iki yüz on iki min üç yüz altmış üç) manat məbləğinin otuz faizi miqdarında, yəni 63.708,9 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1830/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1830/2023
20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver