Məhkəmə qərarları › İş №3(005)-1835/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1835/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1835/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs (tələbkar) X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-595/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4615/2017 saylı, xx.xx.2017-ci il tarixli Nərimanov Rayon Məhkəməsinin 2(005)-2281/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar borclu Şəxs icra məmurunun qanuni tələblərini icra edə bilmədiyini bildirmişdir. Bununla da, barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5795/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu Şəxs 45000 ABŞ dolları və 21600 manat məbləğində pul və 24,40 manat ödənilmiş dövlət rüsumu tələbkar X3 xeyrinə tutulmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir, icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclu tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4615/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 10041,36 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma borclu Şəxs mülkiyyətində olan “Kia Rio minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə edilmiş vəsait hesabına borclunun tələbkara olan borcu ödənilməli, satışdan götürülən vəsait borc məbləğindən artıq olduqda qalan pul vəsaiti borclu Şəxs qaytarılmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. İcraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclu tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2281/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 568 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. icra sənədi şöbənin icraatına xx.xx.2018-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4615/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclunun mülkiyyətində olan “Kia Rio minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində xx.xx.2017-ci il tarixdə axtarış elan edilmiş, lakin axtarış heç bir nəticə verməmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2281/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə qalıq borc 208 manat məbləğində borc borcludan tələb olunmuş, lakin borclu borcunu ödəməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5795/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə “Elektron İcra” informasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına “Kia Rio minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar olunmuş, həmin əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-958/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə həmin nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuş və qərardad icra olunması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilmişdir. Qeyd edilən icra sənədinin verilməsinə əsas olmuş qətnamənin qəbul edilməsindən öncə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianın təmin tədbiri qaydasında borclunun mülkiyyətində olan ünvan 2 ünvanında 1/9 hissə üzərinə ünvan 3 il tarixli qərardadı ilə həbs qoyulmuş, həmin qərardad əsas götürülməklə borclunun mülkiyyətində olan ünvan 2 ünvanında 1/9 hissənin qiymətləndirilməsi məqsədilə "xxxx" MMC-dən qiymətləndirici dəvət edilmiş, həmin əmlak 80000 manat məbləğində qiymətləndirilmiş, həmin qiymətlə açıq hərraca çıxarılmış, xx.xx.2017-ci il tarixli hərracın yekunları barədə protokola əsasən həmin əmlak borcun 80000 manat hissəsinin əvəzi olaraq tələbkar X3 balansına keçmiş, həmin əmlak söküldüyü üçün Azərbaycan Respublikası İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilən əmlakı X3 adına keçirməkdən imtina etmiş, Ş.Rüstəmova tərəfindən məhkəmələrə verilmiş iddialar rədd olunmuş, nəticədə hərracın yekunları barədə protokol öz əhəmiyyətini itirmiş və borc olduğu kimi qalmışdır. Borclunun adına başqa əmlak və ya gəlirlər aşkar edilməmişdir. Borclu xx.xx.2023-cü il tarixdə Şöbəyə çağırılmış, borclu Şöbəyə gəlmədiyi üçün barəsində xx.xx.2023-cü il tarixdə axtarış elan edilmiş, xx.xx.2023-cü il tarixdə borclu Şöbəyə təhvil verilmiş, ondan izahat alınmış, borclu barəsində olan məhkəmə qərarlarından X4 olan borcu qəbul etmədiyini, məhkəməyə təqdim olunmuş sənədin saxta sənəd olduğunu, məhkəmənin əsassız qərar çıxardığını, həmin sənədlə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırılma aparıldığını bildirmiş, "xxxx" ASOnə olan borcu ilə əlaqədar avtomobilin kreditlə alındığını və girov qoyulduğunu, ABŞ dollarının məzənnəsi qalxdıqdan sonra kreditini ödəyə bilmədiyini, bu səbəbdən avtomobili banka təhvil verdiyini, lakin əlində bununla bağlı sənədin olmadığını bildirmiş, "xxxx" MMC-nə olan borcdan 208 manat məbləğində qalıq borcunun olduğunu, hal-hazırda borcundan ödəniş edə bilmədiyini izahatında qeyd etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X5 protokola uyğun izahat verərək müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o məhkəmə qərarının icrasından boyun qaçırmır, maddi vəziyyəti yaxşı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Qısa müddət ərzində hissə-hissə, eləcə də evinin sənədləri hazırlanmaq üzrədir, evini satıb borcunu ödəmək niyyətindədir. Yekun olaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X6 bildirmişdir ki, o borcunu tam şəkildə ödənilməsini tələb edir. Məhkəmədə tədqiq edilmiş Apellyasiya Məhkəməsinin 2(103)-5795/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu Şəxs 45000 ABŞ dolları və 21600 manat məbləğində pul və 24,40 manat ödənilmiş dövlət rüsumu tələbkar X3 xeyrinə tutulmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir, icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclu tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2017-ci il tarixli qərardan görünür ki Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5795/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin Şəxsn tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4615/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 10041,36 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma borclu Şəxs mülkiyyətində olan “Kia Rio minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə edilmiş vəsait hesabına borclunun tələbkara olan borcu ödənilməli, satışdan götürülən vəsait borc məbləğindən artıq olduqda qalan pul vəsaiti borclu Şəxs qaytarılmalıdır. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki Nərimanov Rayon Məhkəməsinin 2(005)-4615/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin Şəxsn tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2281/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 568 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki Nərimanov Rayon Məhkəməsinin 2(005)-2281/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin Şəxsn tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Borclunun əmlakının axtarılması haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, borclu X1 məxsus “Kia Rio” minik markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin axtarış elan edilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməyərək borcunu ödəməmişdir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar