Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1836/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Protokol tərtib etmiş şəxs Bakı şəhər Baş Polis İdarəsinə X11 Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi X3, zərərçəkmiş şəxs – X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Sosial Xidmətlər Agentliyində mütəxəssis işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Baş Polis İdarəsinə X11 Bakı Metropolitenində Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol daxil olmuşdur. 08 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində metronun “N.Nərimanov” stansiyasında keçmiş həyat yoldaşı X1 təhqir etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinə X11 Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi X8 protokolun məzmununa uyğun çıxış edərək göstərmişdir ki, eyni hadisə bu ilin may ayında da baş vermişdir. İndi də eyni hal baş verir. Birinci dəfə şəxsə xəbərdarlıq etmişlər. İndi isə metronun “Nərimanov” stansiyasında xanımla mübahisə edib onu təhqir etmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, Roza Əsgərova onun keçmiş həyat yoldaşıdır. 2018-ci ildə boşanmışlar, 2 uşaqları var. Uşaqlarla onu görüşdürmədiyi üçün aralarında münaqişə vardır. Roza ona bildirmişdir ki, həyatında başqası var, yəni başqa kişi ilə görüşür. O isə bunu sübut edərək uşaqlarını Rozadan almaq istəyir. Etiraf edir ki, məqsədinə çatmaq üçün bu səbəbdən Rozanı daima güdmüşdür. Metroda Roza onu görmüş və aralarında mübahisə yaranmışdır. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd etdiklərinin nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında göstərmişdir ki, Şəxs daim, hər yerdə onu güdür. Onun bu davranışları üzündən heç bir yerdə işləyə bilmir. İş yerinə də yığıb onu təhqir etmişdir. Dəfələrlə görüb ki, onu hər yerdə izləyir. Arxasınca gələ-gələ onu təhqir edir. Onu ölümlə hədələyir. Keçən ay yenə də metroda qarşısını kəsib insanlar içində onunla mübahisə edib təhqir etmişdir. Sonuncu dəfə bu gün işə gedərkən metronun “Nərimanov” stansiyasında yenə onu insanların gözü qarşısında təhqir edərək işə getməyə qoymayacağını deyib hədələmişdir. Sonda zərərçəkmiş şəxs X9, Şəxs şikayətçi olduğunu və barəsində qanunla nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Bakı şəhər Baş Polis İdarəsinə X11 Bakı Metropolitenində Polis İdarəsinin rəisinə həmin İdarənin polis nəfəri, polis serjantı X5 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə metronun Nərimanov stansiyasında xidmətdə olduğu zaman təxminən saat 14:30 radələrində sonradan adı ona məlum olan xx.xx.1986-cı il təvəllüdlü X9 onlara yaxınlaşaraq bir nəfər şəxsin onun arxasınca gələrək onu söyüb təhqir edir. Həmin şəxs xx.xx.1980-ci il təvəllüdlü Şəxsdur. Hadisə barəsində X2 məlumat vermiş və həmin şəxsləri Növbətçi Hissəsəyə təhvil vermişdir. Bakı şəhər Baş Polis İdarəsinə X11 Bakı Metropolitenində Polis İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 132-5161/2023 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ev 125A, mənzil 25 ünvanında daimi qeydiyyatda olan və yaşayan X4 əvvəllər birgə nikahda olduğu Şəxs ilə xx.xx.2023-cü il tarixdə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında ailə münaqişəsi zəmnində aralarında yaranmış mübahisə zamanı saxlanılmış və barələrində polis idarəsində araşdırmalar aparılmşıdır. Müəyyən edilmişdir ki, vətəndaş X9 ilə keçmiş həyat yoldaşı Şəxs arasında yaranan mübahisə mütəmadi olaraq Nərimanov rayon 212 saylı tam orta məktəbin yaxınlığında baş verir. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə metronun “Nərimanov” stansiyasında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxslərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı Metropolitenindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən sərnişinlər qarşılıqlı nəzakətli olmalı, ictimai asayişə və bu Qaydaların tələblərinə riayət etməlidirlər. Göründüyü kimi, Şəxs xx.xx.2023-cü il tarixdə metronun “Nərimanov” stansiyasında ictimai qaydanın pozulması ilə müşayiət edilən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər törətmişdir. Bu hal inzibati xəta haqqında protokol, tərəflərin izahatı və iş üzrə bir-birini tamamlayan digər mötəbər sübutlarla təsdiq edilir. Məhkəmə, həmçinin nəzərə alır ki, zərərçəkmiş şəxsin hüquqlarını və ictimai qaydanı pozan anoloji hərəkətlər əvvəllər də Şəxs tərəfindən törədilmişdir və bu hal Bakı şəhər Baş Polis İdarəsinə X11 Bakı Metropolitenində Polis İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 132-5161/2023 saylı məktubla təsdiq olunur. Həmçinin, məhkəmə xüsusilə qeyd edir ki, hazırda ictimai yerdə - Bakı Metropoliteninin “Nərimanov” stansiyasında ictimai qaydanın və bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan hərəkət məhz Şəxs zərərçəkmiş şəxsi güdərək metroda onun qarşısını kəsməsi və onunla mübahisə etməyə başlaması olmuşdur. Tərəflərin də izahatlarında göstərdiyi kimi hazırkı halda ictimai qaydanın pozulmasının səbəbi Şəxs qeyd olunan qanunsuz hərəkətləri olmuşdur. Həmçinin, bu hərəkətlər yalnız zərərçəkmiş şəxs X4 qanunla qorunan subyektiv hüquqlarına xələl yetirməmiş, eyni zamanda ictimai mənafəlerə əhəmiyyətli zərər vuraraq ictimai qaydanın pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 08 iyun 2023-cü il tarixdən saat 18:25-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə X11 inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1836/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1836/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver