Məhkəmə qərarları › İş №3(005)-1837/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1837/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1837/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Cavanşir Mayılovun 02 iyun 2023-cü il tarixli qərarından və İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində İXM 327.8-ci maddəsinin və Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq Şəxs idarə etdiyi “Toyota Camriy” markalı ** RD *** DQN-lı avtomobillə X3 idarə etdiyi Toyota Camriy minik markalı ** CR *** DQN-lı avtomobilin qarşısına çıxdığından toqquşma baş vermiş Şəxs idarə etdiyi avtomobil K.Hüseyn küçəsindən Atatürk prospektinə hərəkət etmək üçün dayanmış X2 idarə etdiyi Toyota Prado markalı ** XU *** DQN-lı avtomobilə dəyərək dayanmışdır. Baş vermiş toqquşma nəticəsində X1 dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi, barəsində inzibati xəta üzrə icraat aparilan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2/6017 nömrəli, 23 fevral 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin tarixdə alkoqol sərxoşluğu vəziyyəti olmamışdır; Aparılan araşdırma zamanı X4 qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi özünə məxsus Toyota Camriy markalı ** CR *** DQN-lı avtomobillə Bakı şəhəri Nərimanov rayonu Atatük propektidə üzü Z.Bünyadov prospekti istiqamətinə saatda 60 km sürətlə sağdan iki və üçüncü zolaqlar arasında hərəkətdə olduğu zaman Kral Hüseyn küçəsinin kəsişməsində sonradan adı ona məlum olan Orxan Əkləskərovun idarə etdiyi Toyota Camrik markalı ** RD *** DQN-lı avtomobillə toqquşmuşdur. Bundan sonra isə Şəxs idarə etdiyi avtomobil K.Hüseyn küçəsindən Atatürk prospektinə hərəkət etmək üçün dayanbmış olan Toyota Prado markalı ** XU *** DQN-lı avtomobillə toqquşaraq dayanmışdır. Qeyd etmişdir ki, O. Ələskərov məcburi sola dönməli olduğu halda yol hərəkəti haqqında qanunun tələblərini kobud surətdə pozmaqla düzünə hərəkətdə olmuşdur. Toqquşma nəticəsində onun özü xəsarət aldığından KTM-nə müraciət etmişdir. Həmçinin qeyd etmişdir ki, onun idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Aparılan araşdırma zamanı Şəxs qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində özünə məxsus idarə etdiyi Toyota Camriy minik markalı **-RD-*** nömrə nişanlı avtomobilə Bakı şəhər Nərimanov rayonu Atatürk prospektində saatda 15 km sürətlə düzünə hərəkətdə olduğu zaman Atatürk prospekti ilə hərəkətdə olan Toyota Camriy minik markalı ** CR *** DQN-lı avtomobilin qarşı hissəsi ilə toqquşmuşdur. Belə ki, onun idarə etdiyi avtomobilin sağ arxa hissəsinə dəymiş və bundan sonra isə avtomobil qarşıda ək sistiqamətdən gələn Toyota Prado markalı ** XU *** DQN-lı avtomobilə dəyərək dayanmışdır. Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş AD 184696 nömrəli xx.xx.2016-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B, C kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin X8 xx.xx.2023-cü il tarixli 200 saylı ekspert rəyindən görünür ki, X3 məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- qapalı kəllə beyin travması, ağrı simptomu və bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan boyun əzələlərinin gərilməsi, alının tüksüz hissəsinin sol yarısının sıyrıqları-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə , sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Cavanşir Mayılovun 02 iyun 2023-cü -ci il tarixdə qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin İİ hissəsinə əsasən hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. Məhkəmə, işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar