Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1841/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Şikayət vermiş şəxs X4, Protokol tərtib etmiş orqanın nümayəndəsi X3 iştirakı ilə, X4 Bakı şəhəri Nərimanov rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 idarə etdiyi “Mercedes Benz E220 CDİ Minik” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. “Mercedes Benz E220 CDİ Minik" markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə hərəkətdə olan zaman Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin DYPİ-nin əməkdaşları onu saxlamışlar. Yol polis inspektoru guya yol hərəkət qaydasını pozduğunu, onu şöbəyə aparacağını bildirdi. X9 avtomobili idarə edib Nərimanov Rayon Polis İdarəsinin DYPİ-nə aparmışdır. Orada sənədlərinə baxış keçirdilər və onu təxminən yarımsaat sonra buraxdılar. X1 götürüb avtomobili ilə oradan ayrılmışdır. Sonra təxminən bir neçə saat sonra adını xatırlamadığı polis əməkdaşı ona zəng edib demişdir ki, “sən niyə 800 manat pulu tam verməmiş şöbədən ayrılmısan”. X9 200 manata gücünün çatmasını, onu verə bildiyini bildirmişdir. O, X7 telefonda hirsli şəkildə demişdir ki, gör sənin barəndə içkili olmağın barədə qərar yazıram ya yox. X9 bunun sözündən sonra dərhal gedib həmin günü həkim müayinəsindən keçmiş və içkili olmamağı barədə arayış almışdır. Sonradan isə ona heç bir məlumat gəlməmişdir. Lakin dünən DYPİ-də olan zaman barəmdə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarın olduğu bildirilmiş və ona qərarı dünən təqdim etmişlər. X9 bundan sonra bu gün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərar ona rəsmi qaydada təqdim olunmamış və həmin qərarın tərtib olunmasına əsas olmuş protokol ilə tanış olmamışdır. Həmin qərara əsasən X7 400 manat cərimə tətbiq edilməsi ilə razı deyildir. X9 barəsində qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarı qanunsuz hesab olunur. X9 TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarın qanunsuz hesab edilərək, ləğv olunması, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilərək, ləğv olunması, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib edən Bakı şəhəri Nərimanov rayon X12 Şöbəsinin nümayəndəsi X8 məhkəmə iclasında sənədlər təqdim edərək, X4 xx.xx.2024-cü il tarixdə spirtli içki qəbul etdiyini bildirmişdir. X9 tərəfindən inzibati xətanın törədilməsini, tərtib olunmuş inzibati protokol və inzibati qərarın əsaslı olduğunu bildirmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Nərimanov rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 400 manat məbləğində inzibati cərimə olunmuşdur. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli, qəbzdən görünür ki, X5 alkoqolun miqdarı 0,347 faiz olmuşdur. Qeyd olunan protokola X9 qeyd yazmışdır: mən X9 YPX tərəfindən test olundum, 0.342 pr tanış oldum, həkim müayinəsinə ehtiyac yoxdur, pivə qəbul etmişəm. “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, “Mercedes Benz E220 CDİ Minik" markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi öz hərəkəti ilə duracağa gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə şikayət verən şəxs X7 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 329.3 və 333.1-ci maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X4 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov rayon X12 Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə X4 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1841/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1841/2024
27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver