Məhkəmə qərarları › İş №3(005)-185/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-185/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-185/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, Şikayət vermiş şəxs - X6, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi X5 və X3 iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X6 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir və bu barədə MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsi tamamilə əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən “X11 İnstitutun”da yoxlama həyata keçirilmiş və heç bir əsası olmadan guya aşkar edilmiş pozuntuların əks olunduğu xx.xx.2023-cü il tarixli yoxlama aktı tərtib edilmişdir. Həmin aktda həqiqəti əks etdirməyən məsələlər vardır. “X11 İnstitutu” 2018-ci il tarixində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə keçmişdir. Həmin vaxtda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlama həyata keçirilmiş və ionlaşdırcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün rəy verilmişdir. Lakin, xx.xx.2023-cü il tarixli aktda ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün Xüsusi icazənin olmadığı qeyd olunmuşdur. 2023-cü ilin yanvar ayının 1-dən etibarən institut Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə keçmişdir. Odur ki, ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün Xüsusi icazənin alınması və müəssisənin radiolojigigiyenik pasportunun əldə edilməsi məsələləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tənzimlənir. xx.xx.2023-cü il tarixli aktda ionlaşdırıcı şüalanma mənbələri ilə işləyən fərdi dozimetrlərlə təchiz olunmadığı qeyd olunsa da, bu yanlışdır. Müəssisədə nəzərdə tutulan işçilər dozimetrlərlə təchiz olunmuşdur. Həmçinin aktın digər bəndində pasientlərin qorunması üçün vasitələrin olmadığı qeyd olunsa da, bu da həqiqəti əks etdirmir. O, şəxsən pasientlərin qorunması üçün istifadə edilən xüsusi geyimləri, həmçinin dozimetrləri əməkdaşlara təqdim etsə də, buna əhəmiyyət vermədən pozuntunun olduğunu qeyd etmişdirlər. Eyni zamanda tənzimləyici orqan ilə razılaşdırılmış radiasiya qəzalarnın qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması planının olmadığı yazılsa da, müəssisəmizin həmin planı mövcuddur. Göründüyü kimi yuxarıda qeyd etdiyi xüsusatların heç biri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən nəzərə alınmamış və barəsində xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilməyinə dair inzibati tənbeh qərarı çıxarılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən ona aid olmayan nöqsanlar aşkar edilsə də, o həmin nöqsanların aradan qaldırılması üçün heç bir vaxt verilmədən barəsində inzibati tənbeh haqqında qərar verilmişdir. Odur ki, ona əsassız olaraq yazılmış cərimənin silinməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən X9 şikayət ərizəsini müdafiə edərək bildirmişdir ki, müəssisədə sadəcə həkim kimi fəaliyyət göstərir və onun radiologiya üzrə təhlükəsizliyə cavabdeh şəxs kimi təyin edilməsi barədə Əmr xx.xx.2023-cü il tarixində imzalanmışdır. İonlaşdırıcı şüa mənbələri ilə fəaliyyət göstərməsi üçün müəssisənin xüsusi icazə almaması barədə məlumatı olmamışdır. Müəssisənin rəhbərliyi tərəfindən müəssisə fəaliyyətə başladığı zaman Fövqəladə Hallar Nazirliyi tərəfindən bütün yoxlamaların keçirildiyi və icazələrin verildiyi bildirilmişdir. Özünün heç bir sənədləşdirmədə iştirakının olmadığını qeyd etmişdir. Bundan başqa keçirilən yoxlamadan sonra müəssisənin rəhbərliyinə məlumat verdiyini və lisenziyanın alınması üçün müraciət olunduğu bildirilmişdir. Göstərilənlərin nəzərə alınmasını və müəssisənin fəaliyyəti ilə bağlı hər hansı bir icazənin alınmasının onun səlahiyyətinə aid olmadığını bildirmiş və cərimə növündə inzibati tənbeh tədbirinin təmin edilməsi haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi X8 qeyd olunan şikayətin əssasız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, qeyd olunan sahə üzrə yoxlamar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyininnin nümayəndəsi X7 çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş yoxlama zamanı müəssisədə ionlaşdırıcı şüalanma mənbələri ilə işləməyə icazə olmadığı aşkar edilmişdir. Buna görə də bu sahəyə məsul şəxs X9 olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və əsasında qərar qəbul edilmişdir. Qərar qanunvericiliyin tələblərinə uyğn tərtib olunduğundan şikayət təmin olunmamalıdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli yoxlama zamanı müəssisənin ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti üçün xüsusi icazə yoxdur və bununla da Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli 758 nömrəli Fərmanının 3cü bəndinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında qərardan görünür ki, X9 tərəfindən Azərbaycan Respublikası İXMnin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Fövləqadə Hallar Nazirliyinin Nüvə və X2 üzrə Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli, P-23/305 nömrəli yoxlama aktından görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş planlı yoxlama zamanı ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün Xüsusi icazə olmadığı və bununla əlaqədar ionlaşdırıcı şüalanma və radiasiya təhlükəsizliyi sahəsində təlimatların, planların, qaydaların olmaması, eləcə də pasiyentlərin və bu sahədə işləyən işçilərin qorunmasının təşkil olunmaması kimi pozuntular müəyyənləşdirilərək aktlaşdırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Elmi X16 İnstitutu” X17 xx.xx.2023-cü il tarixli, № k-628/1 nömrəli əmrindən görünür ki, həmin müəssisənin direktoru tərəfindən X4 diaqnostika şöbəsinin şüa diaqnostikası üzrə həkimi xx.xx.2023-cü il tarixdən Radiologiya üzrə təhlükəsizliyə cavabdeh şəxs təyin edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, “Elmi X16 İnstitutu” X19 ********** VÖEN ilə vergi orqanlarında qeydiyyatda olmaqla vergi ödəyicisidir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1998-ci il tarixli Fərmanının 3-cü bəndinə əsasən “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997-ci il tarixli Qanununun 10-cu maddəsində göstərilən ionlaşdırıcı mənbələrdən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 aprel tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - ərizəçilər) bu Qaydaların 1.1-ci bəndində göstərilən fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən “Xüsusi icazə” almaq üçün ərizəçi Fövqəladə Hallar Nazirliyinə 2-ci bənddə sadalanan zəruri məlumatları təqdim etməlidir. Həmçinin 2.1.5-ci hissədə radioaktiv maddələrin hasilatı, istehsal, emalı və həmin maddələrdən istifadə ilə əlaqədar iş yerlərinin, radioaktiv maddələrin, radioaktiv mənbəli avadanlıq və cihazların saxlanması üçün binalar, məntəqə və anbarların fiziki mühafizəsinin təşkil edilməsi haqqında arayış və bu sahədə cavabdeh olan şəxs (şəxslər) haqqında məlumatı da təqdim etməlidir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən Radiasiya təhlükəsizliyinin təmin olunmasında tələbləri yerinə yetirməyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki-hüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirir, onların effektivliyinin qiymətləndirilməsi (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) işini aparır. Məhkəmə qanunvericiliyin müddəalarına istinad edərək bildirir ki, X1nun əməlində inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, inzibati iş üzrə mübahisəsiz məqamlar ondan ibarətdir ki, "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları”nın göstərilən müddəasından aydın olur ki, “Xüsusi icazə” mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra ərizəçilər) Qaydaların tələblərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən verilir. Eyni zamanda xüsusi icazənin alınması ilə bağlı müraciət edilən zaman bu sahədə cavabdeh olan şəxs (şəxslər) haqqında məlumat da həmin quruma təqdim edilmədi idi. Həmçinin “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Qanununa əsasən radiasiya təhlükəsizliyinin təmin olunmasında tələbləri yerinə yetirməyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülkihüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar. Məhkəmə hesab edir ki, Fövləqadə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli, P-23/305 nömrəli aktı ilə “Elmi X16 İnstitutu” X17 xüsusi lisenziya olmadan fəaliyyət göstərməsini aşkar edərək, bu sahəyə məsul şəxs kimi yoxlamadan cəmi 10 gün əvvəl təyin edilmiş X9 barəsində inzibati tənbeh tədbiri tətbiq etməsi qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda Qaydaların tələblərindən aydın olur ki, xüsusi icazə almaq üçün ərizəçi müraciət etməlidir və ərizəçi - hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ola bilər. Bundan başqa “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan da aydın olur ki, “Elmi X16 İnstitutu” X19 vergi ödəyicisi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir və həmin müəssisədə yoxlama yalnız “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə reyestrdə qeydiyyata alındıqdan sonra mümkündür. Lakin yoxlayıcı orqan tərəfindən keçirilmiş yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların reyesrin”də qeydiyyata alınması barədə çıxarış məhkəməyə təqdim edilməmişdir. Bu da yoxlamanın qanunvericiliyin tələblərinə uyğun olmayaraq keçirilməsi nəticəsinə gəlməyə imkan yaratmışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğun olmadan tərtib edilmiş, X6 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunmalı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv olunmalı və inzibati inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 şikayəti təmin olunsun. X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar