Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-185/2025 12.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP ******* nömrəli, 09 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC ********.00 Rusiya rublu məbləğində vəsaiti 16 dekabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1850633.51 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Nəticədə Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Xəta 17 dekabr 2024cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2 iş materialları üzrə tərtib etdiyi protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 məhkəməyə müvafiq sənədləri təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda EMİS vasitəsi ilə məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Şəxs MMC metal məmulatlarının idxalı və topdan satışı fəaliyyəti ilə məşğuldur. xx.xx.2022-ci il tarixdə 031/1000-810059 saylı müqavilə və 94268 saylı spesifikasiyaya əsasən metal məmulatlarının alınması üçün ПАО «Северсталь» firmasına (Rusiya) "xxxx" ASC-dəki hesabından 21.976.767,00 RUBL avans ödəməsi edilmişdir. Sonrakı tarixlərdə cəmi 20.126.133,49 RUBL dəyərində mallar ölkəyə idxal edilmiş, 1.850.633,51 RUBL məbləğ ПАО «Северсталь»-ın balansında qalmışdır. Həmin 1.850.633,51 RUBL məbləğin ПАО «Северсталь»-ın balansında qalma səbəbi onun sanksiyaya düşməsi səbəbəindən olmuşdur. Həmçinin firma sanksiyada olduğu üçün ordan geri qaytarılan ödəməni onların banklar qəbul etmirlər və vəsait geri qayıdır. Eyni zamanda bildirir ki, ПАО «Северсталь» firması sanksiyaya düşəndən sonra ООО «Глобал Трейдинг Инновейшенс» firmasının aracılığı ilə Azərbaycan rezidenti firmalar ilə əməkdaşlığını davam etdirir. Həmçinin əməkdaşlığı da o firma üzərindən davam etdirirlər. Qalıq məbləğin ПАО «Северсталь» firmasından birbaşa qaytarıla bilməyəcəyinə əmin olandan sonra üç tərəfli razılaşma (MMC, ПАО «Северсталь» və ООО «Глобал Трейдинг Инновейшенс») bağlayaraq həmin məbləğin ООО «Глобал Трейдинг Инновейшенс»-in hesabına keçməsinə və ordan mal olaraq göndərilməsinə razılaşmışlar. Həmin qalıq vəsait **********0055 saylı Gömrük Bəyəmmanəsi ilə ölkəyə idxal edilib. İdxal zamanı məsələni Gömrük Orqanına izah etmişlər və 3 tərəfli razılaşmaları yük sənədlərinə əlavə etmişdir. Lakin təəssüf ki, ПАО «Северсталь»-dan qalıq məbləğ üçün ayrıca İnvoice olmadığı üçün həmin məbləği ayrı bəyənnamədə göstərmək mümkün olmadı. Lakin faktiki olaraq həmin qalıq məbləğ ölkəyə mal olaraq daxil olmuşdur. Bu barədə avansın bağlanması zamanı xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə məlumat vermişlər. Lakin onlar bunun onların səlahiyyəti daxilində olmadığını bildirdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-nin hesabından 16 dekabr 2022-ci il tarixdə 1850633.51 Rusiya rublu ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Şəxs MMC-nin 1850633.51 Rusiya rublu xarici valyutanı 16 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, 1850633.51 Rusiya rublu məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini təsdiq edən sənədləri banka təqdim etməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarmamışdır. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin etirazına münasibətdə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, malların alınması ilə bağlı ödəniş məhz Şəxs MMC tərəfindən edildiyindən, həmin malların ölkəyə idxal edilməməsinə görə məsuliyyəti də müəssisə daşıyır. Beləliklə, müəyyən olunur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın obyekti olmuş 1850633.51 Rusiya rublu valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında – 370126,702 Rusiya rublu məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-185/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-185/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver