Məhkəmə qərarları › İş №3(005)-1852/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1852/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1852/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X3, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X6 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Ə.Əliyev küçəsi 26 ünvanında yerləşən “Təkər satışı” dükanında nalayiq söyüşlər söymüş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X6 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 11:00 radələrində inzibati ərazidə iş yoldaşı İsmayıl İsmayılzadə ilə birlikdə xidmət apararkən Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən təkər satış mağazasına daxil olmuşlar. Orada işləyən 2 nəfər şəxsin tibbi maskadan istifadə etmədiklərini aşkar etmiş, buna görə də mağazanın sahibini çağırmışlar. Həmin şəxs 10 dəqiqə sonra mağazaya gəlmişdir. Mağazanın sahibinə işçilərinin tibbi maskadan istifadə etmədiklərinə görə özü və işçiləri barəsində inzibati xəta haqqında protokol tərtib edəcəklərini bildirdikdə o, buna məhəl qoymayaraq uca səslə qışqıraraq heç nə edə bilməyəcəklərini, heç kimə protokol tərtib edə bilməyəcəklərini bildirərək aqressiv hərəkətlər etmişdir. Tərəflərindən mağazanın sahibi Ramil adlı şəxs dəfələrlə intizama dəvət olunsa da, o, buna məhəl qoymamış, polisin ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Həmin vaxt ərazidə xidmət aparan PPX bölüyünün əməkdaşlarını çağırmışlar. İnzibati xəta haqqında protokol tərtib etmək üçün həmin şəxsləri polis şöbəsinə dəvət etdikdə, mağazanın sahibi Ramil adlı şəxs onlarla kobud surətdə rəftar edərək onlara müqavimət göstərmiş və polis əməkdaşlarını yenidən nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. Ramil adlı şəxs mağazanın içərisində yerləşən masanın üzərində olan stəkan və qənd qabını yerə çırparaq sındırmış və oradan qaçaraq çıxıb getmişdir. Sonradan Şəxs ilə onun qardaşı vasitəsi ilə əlaqə saxlanılmış və Ramil Eyvzaov saat 14:30 radələrində özü şöbəyə gəlmişdir. Baş vermiş hadisə barədə raportla şöbə rəhbərliyinə məlumat verilmişdir. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Sonda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, məhkəmə iclasında iştirakının təmin olunması məqsədi ilə Şəxs xx.xx.2020-ci il tarixdə azad edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Ə.Əliyev küçəsi 26 ünvanında yerləşən “Təkər satışı” dükanı ona məxsusdur. xx xxxxxxxx 2020-ci il tarixdə işçisi ona zəng edərək polis əməkdaşlarının mağazaya gəldiklərini bildirmiş və onu mağazaya çağırmışdır. Mağazaya yaxınlaşanda polis əməkdaşları iki şəxsin maska taxmadan mağazada xidmət göstərdiyini bildirmişdir. Həmin şəxslərdən biri onun işçisi olsa da, digər şəxsi tanımadığını bildirmişdir. Bu əsasla polis əməkdaşları ilə aralarında mübahisə yaranmış, polis əməkdaşları post-patrul xidmətini çağırmış və onu güclə bölməyə aparmaq istəmişlər. Lakin o, buna etiraz etmişdir. Buna vacib işinin olması səbəb olmuşdur. O, əsəbi olduğu üçün mağazada səs-küy salmış, qənd qabını yerə vurmuş və nalayiq sözlər işlətmişdir. Daha sonra isə öz işlərini görmək üçün mağazadan çıxıb getmişdir. Sonradan özü şöbəyə getmişdir. Əsəbi olduğundan polisin ünvanına nalayiq söyüşlər söysə də, hərəkətindən peşman deyil. Polis əməkdaşlarına müqavimət göstərmədiyi üçün barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon X7patrul xidməti bölüyünün polis nəfəri X2 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə Ə.Əliyev küçəsi 26 ünvanında xidmətdə olarkən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilərkən müqavimətlə rastlaşdıqlarına görə onları köməyə çağırmışlar. Onlar hadisə yerinə yaxınlaşan zaman Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları Ramil adlı şəxsi polis bölməsinə dəvət etdiklərini, lakin həmin şəxsin onlarla kobud surətdə rəftar edərək onlara müqavimət göstərdiyinin və polis əməkdaşlarını nalayiq küçə söyüşləri ilə təhqir etdiyinin şahidi olmuşlar. Ramil adlı şəxs mağazanın içərisində yerləşən masanın üzərində olan stəkan və qənd qabını yerə çırparaq sındırmış və oradan qaçaraq çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X1 izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 11:00 radələrində inzibati ərazidə iş yoldaşı X6 ilə birlikdə xidmət apararkən Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən təkər satış mağazasına daxil olmuş, orada işləyən 2 nəfər şəxsin tibbi maskadan istifadə etmədiklərini aşkar etmiş, buna görə də mağazanın sahibini çağırmışlar. Həmin şəxs 10 dəqiqə sonra mağazaya gəlmişdir. Mağazanın sahibinə işçilərinin tibbi maskadan istifadə etmədiklərinə görə özü və işçiləri barədə inzibati xəta haqqında protokol tərtib edəcəklərini bildirdikdə o, buna məhəl qoymayaraq uca səslə qışqırararaq heç nə edə bilməyəcəklərini, heç kimə protokol tərtib edə bilməyəcəklərini demişdir. Tərəflərindən mağazanın sahibi Ramil adlı şəxs dəfələrlə intizama dəvət olunsa da, o, buna məhəl qoymamış, polisin ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Həmin vaxt ərazidə xidmət aparan PPX bölüyünün əməkdaşlarını çağırmışlar. Onlar həmin şəxsləri polis şöbəsinə dəvət etdikdə, mağazanın sahibi olan, sonradan şəxsiyyəti müəyyən edilən Ramil onlarla kobud surətdə rəftar edərək onlara müqavimət göstərmiş və polisin ünvanına yenidən nalayiq küçə söyüşləri işlətmişdir. Ramil mağazanın içərisində yerləşən masanın üzərində olan stəkan və qənd qabını yerə çırparaq sındırmış və oradan çıxıb getmişdir. Sonradan Şəxs saat 14:30 radələrində özü şöbəyə gəlmişdir. Baş vermiş hadisə barədə raportla şöbə rəhbərliyinə məlumat verilmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X6 və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru İsmayıl İsmayılzadə tərəfindən 17-ci Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 11:00 radələrində inzibati ərazidə xidmət apararkən Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən təkər satış mağazasına iş yoldaşı İsmayıl İsmayılzadə ilə birlikdə daxil olmuşlar. Orada işləyən iki nəfər şəxslərin tibbi maskadan istifadə etmədiklərini aşkar etmişlər. Onlar təkər satışı mağazasının sahibini ora çağırmış və həmin şəxs 10 dəqiqə sonra mağazaya gəlmişdir. Onlar mağazanın sahibinə işçilərinin tibbi maskadan istifadə etmədiklərinə görə özünə və işçilərinə protokol tərtib edəcəklərini bildirdikdə o, buna məhəl qoymayaraq uca səslə qışqırararaq onlara heç nə edə bilməyəcəklərini, heç kimə protokol tərtib edə bilməyəcəklərini bildirərək aqressiv hərəkətlər etmişdir. Tərəflərindən mağazanın sahibi Ramil adlı şəxs dəfələrlə intizama dəvət olunsa da, o, buna məhəl qoymamış, polisin ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Həmin vaxt ərazidə xidmət aparan PPX-bölüyünün əməkdaşlarını çağırmışlar. Onlar və PPX-nin əməkdaşları tərəfindən həmin şəxsləri polis şöbəsinə dəvət etdikdə, mağazanın sahibi Ramil adlı şəxs onlarla kobud surətdə rəftar edərək onlara müqavimət göstərmiş və polis əməkdaşlarını yenidən nəlayiq küçə söyüşləri ilə təhqir etmişdir. Ramil adlı şəxs mağazanın içərisində yerləşən masanın üzərində olan stəkan və qənd qabını yerə çırparaq sındırmış və oradan qaçaraq çıxıb getmişdir. Sonradan Şəxs saat 14:30 radələrində özü könüllü şöbəyə gəlmişdir. Göstərilən şəxs barəisndə qanuni tədbir görülməsi xahiş olunmuşdur; “İnzibati qaydada tutma haqqında” AZA 004331 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 14:30-da inzibati qaydada tutulmuş, xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:45-də azad edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özü etiraf etməsə də, şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə Ə.Əliyev küçəsi 26 ünvanında polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməməsi, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaq kimi hərəkətlərə yol verilməməsi kimi izahatını inandırıcı hesab etmir və həmin izahatı məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru X6 şəxsin xx.xx.2020-ci il tarixdə azad edilməsini onun məhkəmə iclasında iştirakının təmin olunması ilə əlaqələndirmişdir. Məhkəmə nəzərə alır ki, Şəxs saxlanıldığı 17-ci Polis Şöbəsindən məhkəməyə gətirilməsi onun azad edilməsi anlamına gəlmir, yəni hazırda da onun azadlığı törətdiyi inzibati xətaya görə faktiki məhdudlaşdırılmışdır. Bununla da, məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən saat 14:30-dan hesablanmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, İXM-in 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir; 4-cü bəndinə əsasən bu qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir; 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri İXM-in 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 14:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 (üç) iş saatı üçün cəmi 18 (on səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar