Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1852/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Lənkəran rayonunun Seydəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 23 iyun 2021-ci il tarixli qərarından və 12 avqust 2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05.06.2021-ci il tarixdə saat 09 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Rio” minik markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Z.Bünyadov prospekti istiqamətindən üzü Ak.H.Əliyev küçəsi istiqamətində soldan ikinci zolaqla təxminən 40-50 km/saat sürətlə hərəkətdə olarkən qeyd olunan prospektin M.Araz küçəsi ilə kəsişməsində yerləşən yolayırıcısına çatmağına az qalmış məsafədə idarə etdiyi avtomobilin sağ yan güzgü hissəsi ilə ehtiyatsızlıqdan piyadalar X10 və X2 vurmuşdur. Nəticədə piyada X4 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında göstərdi ki, 05.06.2021-ci il tarixdə saat 09 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Rio” minik markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ilə Z.Bünyadov prospekti istiqamətindən üzü Ak.H.Əliyev küçəsi istiqamətində soldan ikinci zolaqla təxminən 40-50 km/saat sürətlə hərəkətdə olarkən qeyd olunan prospektin M.Araz küçəsi ilə kəsişməsində yerləşən yolayırıcısına çatmağına az qalmış məsafədə idarə etdiyi avtomobilin sağ yan güzgü hissəsi ilə ehtiyatsızlıqdan piyadalar X10 və X2 vurmuşdur. O, avtomobili yolun ortasında saxlayaraq piyadaları yolun sağ kənarına aparmışdır. Onun avtomobili digər avtomobillərə maneəçilik yaratdığın o, avtmobilinə əyləşmişdir. Bu zaman “Toyota Prius” markalı avtomobilin sahibi piyadaları xəstəxanaya aparmaq köməklik edəcəyini bildirmişdir. O, həmin avtomobilin arxası ilə hərəkət etmiş və xəstəxanaya yollanmışdır. Bu zaman svetoforun qırmızı işığı yanan zaman dayanmışdır. Bu səbəbdən də digər avtomobili gözdən itirmişdir. Ətrafda olan xəstəxanalara getmiş, lakin piyadaları tapa bilməmişdir. Törətdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05.06.2021-ci il tarixdə Nərimanov RPİ-nin X8 Cəfərov “Sağlamlıq Tibb Mərkəzi”nin yaxınlığında saat 09:45-də baş vermiş YHN-si zaman xəsarət alanların olması barədə məlumat vermişdir. Daxil olmuş məlumat xarakterli raport 05.06.2021-ci il tarixdə Nərimanov RPİ-nin “Cinayətlər barədə ərizə və məlumatların qeydiyyatı kitabında MK 2-N 5230 sıra sayı ilə qeydə alınaraq araşdırma aparılmasından ötrü təhqiqatçı Orxan Məmmədovun icraatına daxil olmuşdur; 2/15730 nömrəli, 05 iyun 2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən verilmiş BD 003088 nömrəli, 15 yanvar 2021-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B1, B, C1, C kateqoriyalı sürücüdür; 27 aprel 2021-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X11 mülkiyyətində olan “Kia Rio” minik markalı **- BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək və sair səlahiyyətləri 27 aprel 2022-ci il tarixədək Şəxs etibar etmişdir; AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Rio” minik markalı **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X6r; Təhqiqat araşdırması zamanı X7 izahat verərək bildirmişdir ki, 05.06.2021-ci il tarixdə saat 09 radələrində o, rəfiqəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən avtomobil yolunu piyada keçidindən keçərkən avtomobil sağ hissəsi ilə onları vurmuşdur. Hadisədən sonra sürücü onlara yaxınlaşsa da başqa sürücü avtomobil ilə onları həkim müayinəsi aparmışdır. Müayinələr zamanı ciddi bir xəsarət almadığı müəyyən edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X9 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 14 iyun 2021-ci il tarixli, 121-M saylı rəyindən görünür ki, X1 adına tərtib edilmiş tibbi sənədlərdə qeyd edilən xəsarətlər - burun sümüyünün yerdəyişməyən sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 05.06.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aiddir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin RM-483 nömrəli rədd materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1852/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1852/2021
31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver