Məhkəmə qərarları › İş №3(005)-1856/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1856/2022

04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1856/2022 04.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X2 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətiini nümayəndəsi- X9 iştirakı ilə, X7 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsinin müdiri X8 tərəfindən qəbul edilmiş 26 may 2022-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi X1 Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsinin müdiri X8 tərəfindən qəbul edilmiş 26 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək qərarın ləgvi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir . X3 şikayətində və məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinini, Abşeron ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən həmin inzibati xəta haqqında işə xx.xx.2022-ci il tarixdə saat 11:00-da Abşeron Rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 249 ünvanında yerləşən kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində keçirilən monitorinq zaman torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnən inzibati xətaya yol verildiyi müəyyən edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati protokol tərtib olunması və xx.xx.2022-ci il tarixdə saat 11:00-a kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron Ərazi şöbəsində baxılacağı və bununla bağlı sənədləri təqdim etməm qeyd olunmuşdur. Bildirişi xx.xx.2022-ci il tarixdə aldıqdan sonra həmin torpaq sahəsini başqa bir şəxsə 2014-cü il tarixdə alqı satqı əsasında X4 dair alqı-satqı aktın və hal hazırki torpağın mülkiyyətçisi X12 buna dair Daşınmaz Əmlakın Dövlət Reysteri tərəfindən xx.xx.2014-cü il tarixli çıxarışı təqdim etdikdən sonra, ünvanıma xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında MN. ******* saylı qərar göndərilmişdir. Hesab edir ki, qərar qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla ləğv olunmalıdır. Belə ki, ərərizəsinə yuxarıda qeyd olunan sənədləri əlavə edir bununla bağlı sübutları şikayətinə əlavə etmişdir. O, torpaq sahəsini vətəndaşa satarkən onun üzərində tikili olmamış və onun tərəfindən tikintinin edilməsi və ya torpağın təyinatı üzrə istifadəsi olmaması ilə əlaqədar o, mülkiyyətçi olmadığına görə inzibati tənbeh vermə haqqında qərar ona münasibətdə tərtib olunan bilməz. Qarşı tərəf protokol tərtib etmədən öncə evə baxış keçirməli və evdə yaşayan və ən əsas həmin yaşayış evi və torpaq sahəsinin kimə məxsus olmasına dair məlumat əldə etdikdən sonra protokol tərtib edə bilərdilər.Protokol tərtib olunarkən ona məlumat verilməli və rəsmi şəkildə ona təqdim olunmalı idi. Yaşadığı mənzilə bildiriş gəldikdən sonra, tərəfindən torpağın mülkiyyətində olmamasına və başqa şəxsə 8 il bundan öncə alqı satqı etməmə dair vo on əsası mülkiyyətçisi barədə çıxarışın verilməsinə baxmayaraq xx.xx.2022-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərarın göndərilməsi tərəfin işinə məsuliyyətsiz kimi yanaşması kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd edilən xüsusatlara əsasən hesab edir ki, barəsində tərtib edilmiş qərar qərəzlidir və qanunsuzdur. Hesab edir ki, bu hal qanunsuzdur və iddia edilən nöqsan ona münasibətdə deyil, torpağın üzərində yaşayış evi tikən mülkiyət hüququ olan və istifadəsində olan şəxs aşkar edilərək ona münasibətdə tərtib edilməli idi. Bu halda hesab edir ki, barəsində qəbul edilmiş qərar qərəzlidir, qanunsuzdur və məhkəmə tərəfindən ləğv edilməlidir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X14 məhkəmə iclasında izahat verərək, torpaq sahəsinin protokol tərtib edilən vaxta mülkiyyətçisinin X16 olduğu barədə məlumatlı olmadığını bildirdi. Əgər məlumatları olsaydı protokol həmin şəxs barəsində tərtib olunacaqdı. Məhkəmə iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X11 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsinin müdiri X8 tərəfindən qəbul edilmiş 26 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 3i ərazisində mülkiyyətində olan 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evi inşa etməklə torpaq sahəsinin münbit qatı korlanmışdır. Nəticədə İXM-in 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X11 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 244.2-ci maddəsinə əsasən torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə- fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,14 kv.m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq daşınmaz əmlakın dövlət reyestrində 85 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyat aparılmışdır; İş materiallarında olan X5 ilə alıcı- X16 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Satıcı ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,14 kv.m olan torpaq sahəsini Alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinin dəyəri 40000 manat müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,14 kv.m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2014-cü il tarixədək X7 mülkiyyətində olmuş, daha sonra xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında qeyd edilən torpaq sahəsi X10 mülkiyyətinə keçmişdir. Hazırkı inzibati material üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsinin müdiri X8 tərəfindən 26 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edildiyi zaman əmlakın mülkiyyətçisi X11 olmadığından, onun tərəfindən inzibati xəta törədilməsi halı mümkünsüz olduğundan, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsinin müdiri X8 tərəfindən qəbul edilmiş 26 may 2022-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Beləliklə məhkəmə hesab edir ki, X11 tərəfindən İXM-in 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmədiyindən X7 İXM-in 244.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsinin müdiri X8 tərəfindən qəbul edilmiş 26 may 2022-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Abşeron ərazi şöbəsinin müdiri X8 tərəfindən qəbul edilmiş 26 may 2022-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar