Məhkəmə qərarları › İş №3(005)-1856/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1856/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1856/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı Nəqiliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-ci tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət barədə X2 ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı Nəqiliyyat Agentliyitərəfindən qəbul edilmiş xx.xx.2019-ci tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və icrasına xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şikayət vermiş şəxs X3 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi **-RP-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə Bakı şəhəri ərazisində “Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozduğuma görə Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 346.1 -ci maddəsinə əsasən xx.xx.2019-ci tarixli, BNA seriyalı ******* saylı qərarla barəsində inzibati xəta haqqında cərimə tənbeh növü tətbiq edilmişdir. Hazırda, həmin inzibati cərimənin tətbiq edilməsindən beş ildən artıq müddət keçmişdir və bu cərimə üzrə heç bir icra tədbiri həyata keçirilməmişdir. Buna baxmayaraq, bu cərimə hələ də hüquqi bazalarda görünməkdə və onun hüquqlarını məhdudlaşdırmaqdadır. Qeyd edilənlərin nəzərə alınmasını və xx.xx.2019-ci tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 142.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizənin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Bakı Nəqiliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-ci tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləgv edilərək iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İş materiallarında olan sənədlərdən və xx.xx.2019-ci tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə vətəndaş X3 barəsində 20 (iyirmi) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Qərarın məzmunudan görünür ki, sürücü X3 xx.xx.2019-ci il tarixdə saat 09:41:29-da Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, Zabitlər parkının yanı “Mercedes Benz E220 CDİ” minik markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma qaydalarını pozmağa görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən- yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən -barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən- həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən- inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 146-cı maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddəti: 146.1-ci maddəsinə əsasən- Bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. 146.1-1-ci maddəsinə əsasən- İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. 146.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş müddətin axımı dayanır. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır. 146.3-cü maddəsinə əsasən bu Məcəllənin 142 - 144-cü maddələrinə uyğun olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına möhlət verildikdə və ya onun icrası dayandırıldıqda, qərarın icrası müddətinin axımı möhlət verilmə və ya dayandırılma müddəti bitənədək dayanır. 147-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə icraatın başa çatması inzibati tənbehin tətbiqi üzrə icraat tamamilə başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati tənbeh tətbiq etmə haqqında qərar, onun icrasını həyata keçirən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır. 148-ci maddəsinə əsasən - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və Azərbaycan Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq icra edilir. 346.1-ci maddəsinə əsasən Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə -iyirmi manat məbləğində cərimə edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 146.1-ci maddəsinə əsasən- Bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Belə olan halda X3 barədə xx.xx.2019-ci tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 11, 40, 43, 48-52, 118 və 145 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində xx.xx.2019-ci tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar