Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-186/2021 12.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlu, X1 Bakı şəhəri DYPİ-nin YPX baş inspektoru Zeynalov Əlövsət Mustafa oğlu tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsi haqqında şikayətini nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək Bakı şəhəri DYPİ-nin YPX baş inspektoru Zeynalov Əlövsət Mustafa oğlu tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, inzibati xəta Bakı şəhəri, Vunq Tau küçəsi, 6b ünvanında baş vermişdir və həmin ərazi Bakı şəhəri Nərimanov rayonunun ərazi yurisdiksiyasına daxil deyildir. Bundan başqa X2 şikayət ərizəsində özünün yaşayış ünvanı kimi ünvan 3 ünvanını göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx xxxxxx 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədəyalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət ərizəsində göstərilən inzibati xəta hadisəsi Bakı şəhəri Nərimanov rayonunun ərazisində törədilmədiyindən və X1 yaşayış yeri ünvan 3 ünvanı olduğundan X1 Bakı şəhəri DYPİ-nin YPX baş inspektoru Zeynalov Əlövsət Mustafa oğlu tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri DYPİ-nin YPX baş inspektoru Zeynalov Əlövsət Mustafa oğlu tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsi edilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılsın. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-186/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-186/2021
12.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver