Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1860/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin mühasibi X3 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.1, 491.3 və 492.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X1 Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1, 491.3 və 492.1-ci maddələri ilə 00100-01366/23 nömrəli, 30 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Bas Gömrük idarəsi Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsinə daxil olmuş 34/025/011897 nömrəli, xx.xx.2023-cü il tarixli raporta əsasən, Rusiya Federasiyasından AZ1078, Bakı səhəri Nərimanov Rayonu, X5, ev 125, mənzil 1 ünvanında qeydiyyatda olan Şəxs adına daxil olmuş **********2757 nömrəli, 28.04,2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yük həmin bəyannamə arxivləşdirilib gömrük nəzarəti tamamlanmadan H493AP50/AM458705 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin gömrük təminatı pozularaq nəqliyyat vasitəsindən "xxxx" MMC-in anbarına boşaldıldığı müəyyən edilmişdir. Araşdırma zamanı xx.xx.2023-cü il tarixdə yüklərə “PAK BAKERY" MMC-nin də nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı bəyannamədə qeyd olunan yüklərin tam olaraq yerində olduğu müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. İş üzrə aparılan araşdırma zamanı Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsində “PAK BAKERY" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə ilə səlahiyyətli nümayəndəsi X3 izahatı alınmış, izahatında qeyd olunan gömrük bəyannaməsi üzrə göstərilən 200 ədəd kisənin "xxxx" MMC-yə məxsus Bakı səhəri, X5 küçəsi ünvanında yerləşən anbarında toxunulmaz vəziyyətdə saxlanıldığını bildirmişdir. Daha sonra işin halları ilə bağlı “PAK BAKERY" MMC barəsində tərtib ediləcək protokolla tanış olmaq üçün şirkətin nümayəndəsi ilə təkrar ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılaraq dəvət edilsə də, o, protokolu iştirakı onun olmadan tərtib edilərək məhkəməyə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma ilə əlaqədar olaraq, "xxxx" MMC-nin adına idxal edilmiş və Bakı Baş Gömrük idarəsində **********2757 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 400 ədəd buğda unu kisəsindən 200 ədəd buğda unu kisəsi yüklərinin halhazırda "xxxx" MMC-nin Bakı səhəri, X5 küçəsi ünvanında yerləşən anbarında olubolmadığı, malların istifadə vəziyyəti, istifadə olunduğu müəyyən edildiyi halda konkret olaraq istifadə olunmuş malların adı, sayı, markalanma göstəriciləri barədə Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi məqsədi ilə aidiyyəti üzrə 34/013/013758 nömrəli, xx.xx.2023-cü il tarixli raportla müraciət edilmiş, həmin müraciətə cavab olaraq “Xocəsən” gömrük postundan daxil olmuş 34/025/014541 nömrəli xx.xx.2023-cü il tarixli raportda xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər "xxxx" MMC tərəfindən 31 bəyannamə üzrə ümumilikdə 12400 kisə "Favorit" ticarət nişanlı buğda unu rəsmiləşdirilərək sərbəst dövriyyəyə buraxıldığından hal-hazırda qeyd olunan ünvanda olan 200 ədəd 50 kq-lıq "Favorit" ticarət nişanlı un yükünün **********2757 nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş H493AP50/AM458705 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə gətirilmiş yüklə eyniləşdirilməsi və mallardan istifadə vəziyyəti barədə dəqiq məlumat verilməsi mümkün olmadığı qeyd olunsa da, həmin raporta əlavə edilmiş xx.xx.2023-cü il tarixli akt və səkillərə əsasən, "xxxx" MMC-nin Bakı şəhəri, X5 küçəsi ünvanında yerləşən anbara baxış zamanı orada müəyyən edilmiş 200 kisə unun istehsal tarixinin xx.xx.2023-cü il tarixli olduğu, xx.xx.2023-cü il tarixli aktda isə digər anbarda olan 200 kisə unun istehsal tarixinin isə xx.xx.2023-cü il tarixli olduğu müəyyən edilmişdir. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC-nin adına idxal edilmiş və Bakı Baş Gömrük idarəsində **********2757 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 400 ədəd buğda unu kisəsinin üzərində istehsal tarixinin xx.xx.2023-cü il olduğu qevd edilmişdir və həmin yüklər PB/1-44 nömrəli. xx.xx.2023-cü il tarixli invoys sənədi əsasında göndərilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə yüklərə təkrarən "PAK BAKERY” MMC-nin Bakı səhəri, X5 küçəsi ünvanında yerləşən digər anbarına baxış zaman tərtib edilmiş akt və səkillərə əsasən müəyyən edilmişdir ki, həmin anbara boşaldılmış 200 kisə unun istehsal tarixi xx.xx.2023-cü il olduğundan, həmin yüklərə dair invoys sənədi onun istehsalından əvvəl-xx.xx.2023-cü il tarixli olması mümkünsüzdür. Həmçinin sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, H493AP50/AM458705 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Şəxs ünvanına PB/1-44 nömrəli, xx.xx.2023-cü il tarixli invoys sənədi əsasında gələn 400 ədəd buğda unu kisəsinə dair verilmiş 26574-2017 nömrəli keyfiyyətə dair şəhadətnamədə də həmin şəhadətnamənin xx.xx.2023-cü il tarixli invoys sənədi əsasında gələn yüklərə dair verildiyi təsdiq edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək, dövlətin xeyrinə imtina olunanadək, mallar dövlət mülkiyyətinə keçirilənədək və ya mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək gömrük nəzarəti altında olurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddələrinə əsasən, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş sərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsi, daşınması, yüklənməsi, boşaldılması, bir yerdən başqa verə yüklənməsi, qablaşdırılması, qablaşdırma zədələrinin düzəldilməsi, yenidən qablaşdırılması və ya daşınma üçün qəbul edilməsi, həmin mallardan prob yə nümunələr götürülməsi, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və verlərin açılması, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsi, qəsdən məhv edilməsi, qırılması, zədələnməsi və ya itirilməsi inzibati xəta tərkibi yaradır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, təqsirli olduqlarını qəbul edirlər. Gömrük rəsmiləşdirilməsi zamanı 2 yeni avtomaşın rəsmiləşdirilib çıxarılıb. Səhvləri gömrüyün plombunun açıb boşaltmağa başlamaları olub. Odur ki, yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Xocasən” gömrük postunun rəisi X2 görünür ki, Rusiya Federasiyasından AZ1078, Bakı səhəri Nərimanov Rayonu, X5, ev 125, mənzil 1 ünvanında qeydiyyatda olan Şəxs adına daxil olmuş **********2757 nömrəli, 28.04,2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yük həmin bəyannamə arxivləşdirilib gömrük nəzarəti tamamlanmadan H493AP50/AM458705 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin gömrük təminatı pozularaq nəqliyyat vasitəsindən "xxxx" MMC-in anbarına boşaldılmışdır. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinin böyük inspektoru X7 və Şəxs MMC-nin nümayəndəsi X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs MMC-nin X5 ünvanında yerləşən anbarına BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin 34/013/013758 nömrəli, xx.xx.2023-cü il tarixli raportunun icrası ilə əlaqədar olaraq idxalatçının anbarında baxış keçirilmiş və sexin bir otağında 200 kisə un olduğu müəyyən edilmişdir. Unun istehsalı xx.xx.2023-cü il olduğu kisədə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə boşaldılan unun istehsal tarixinin xx.xx.2023-cü il olduğu əlimizdə olan şəkillərlə sübut olunur. Sexdə olan 200 kisə unun da ticarət nişanı “Favorit” olması müəyyən edilmişdir. Əməliyyat və Təhqiqat İdarəsinin rəisi Rauf Rüstəmovun Bakı Baş Gömrük İdarəsinin rəisi Yunis Əsgərliyə ünvanladığı Raportdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023cü il tarixli, PB/1-44 nömrəli invoys sənədi əsasında **********2757 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş dəyəri 5100 (beş min yüz) manat olan 200 ədəd buğda unu faktiki olaraq baxış zamanı Şəxs MMC-yə məxsus anbarda olmadığından onun əməlində Azərbaycan Respublikası İXM-nin 491.1, 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri mövcud olduğundan qanunamüvafiq qaydada tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.15-ci maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar - bu Məcəllənin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallardır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. Həmin Məcəllənin 177.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir: 177.1.1. müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına; 177.1.2. malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə; 177.1.3. gömrük və ya müvəqqəti saxlanc anbarlarının təsisi ilə əlaqədar verilmiş lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən prosedur sahibi malların müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, gömrük nəzarəti altında olan mallarla qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsi qadağan olunmaqla göstərilən hərəkətlərin edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi ŞəxsMMC tərəfindən bu tələb pozulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.1, 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1, 491.3 və 492.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında ŞəxsMMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 491.1, 491.3 və 492.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 491.1, 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1, 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və və İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla inzibati xətanın bilavasitə obyekti olmuş 5100 (beş min yüz) manat məbləğinin otuz faizi miqdarında, yəni 1530 (bir min beş yüz otuz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1860/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1860/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver