Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1861/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X4, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 06 iyun 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X6 Şəxs MMC tərəfindən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə əmək müqaviləsi Əmək Məcəlləsi nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, protokolda konkret tarixlərin göstərilməsinin səbəbi odur ki, onlarda olan fotoşəkillərin tarixi yalnız həmin tarixlərdə şəxsin işlərin görülməsinə cəlb edilməsini göstərir. Nərmin Qocayeva ümumilikdə 2020-ci ilin iyun ayından 2021-ci ilin aprel ayınadək, 2022-ci ilin mart ayından 2023-cü ilin fevral ayının 1-dək əmək müqaviləsi olmadan işlərə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X10 izahatında göstərdi ki, Şəxs MMC 2003-cü ildən fəaliyyət göstərir. Şirkət fəaliyyət göstərdiyi dövrdə bütün vergiləri və digər icbari ödənişləri nümunəvi sahibkarlıq subyekti kimi vaxtı vaxtında ödəyir. Bu günədək hər hansı bir dövlət orqanları ilə problem yaşanmamışdır. Fəaliyyəti dövründə xeyli sayda işçiləri olmuşdur və onlarında qanunvericiliyin tələblərinə müvafiq olaraq bütün sosial ödənişləri təmin olunmuş və hər biri ilə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmışdır. 2023-cü ilin may ayında əvvəllər yəni 2020ci ilin iyul ayından 2021-ci ilin aprel ayınadək müəssisədə təcrübə keçmiş və daha sonra 2023-cü ilin fevral ayından 2023-cü ilin may ayınadək tibb bacısı kimi işləmiş X2 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət məktubu ünvanlamışdır. Həmin şikayət məktubunda X7 göstərmişdir ki, guya 2022-ci ilin mart ayından 2023-cü ilin fevral ayınadək müəssisələrində əmək müqaviləsi olmadan işləmişdir. X11 Xidmətinin Bakı şəhər İdarəsi hər hansı obyektiv araşdırma aparmadan 06 iyun 2023-cü il tarixdə MN ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərmişdir. Aşağıdakı səbəblərdən hesab edirlər ki, X11 Xidmətinin Bakı şəhər İdarəsinin tərtib etdiyi protokol qanunsuzdur və başlanmış inzibati icraata xitam verilməlidir. X1 şikayətində göstərmişdir ki, o, guya 2022-ci ilin mart ayından 2023-cü ilin fevral ayınadək müəssisələrində əmək müqaviləsi bağlanmadan fəaliyyət göstərmişdir. Buna cavab olaraq demək istəyirlər ki, onların müəssisəsi tibb sahəsində artıq 20 ilə yaxındır ki, fəaliyyət göstərir və hər hansı bir tibb sahəsində fəaliyyət göstərən tibb bacısı, laborantın və ya digər işçinin əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işləməsi mümkün deyil. Hər an klinikada istənilən hadisə baş verə biləcəyini başa düşərək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı bir əməkdaşın işə buraxılması mümkün deyil. Bundan başqa, X11 Xidmətinin Bakı şəhər İdarəsi araşdırmanı obyektiv aparsaydı tam aydın olaraq görərdi ki, X8 2022-ci ildə Bakı şəhərində fəaliyyət göstərən digər tibb müəssisəsində işləmişdir. Bundan başqa xüsusi ilə vurğulamaq istəyirlər ki, müəssisədə 70 nəfərə yaxın işçi vardır, hansılarlaki əmək müqavilələri imzalanmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatdan keçirilmişdir. Qeyd edirlər ki, sözügedən həmin əməkdaşların müəssisədə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlədilməsinə heç bir lüzum yoxdur. Hesab etsələr ki, X3 göstərdiyi 2020-ci ilin mart ayından 2021-ci ilin aprel ayınadək müəssisədə təcrübə keçməsi əmək fəaliyyətinə uyğundur, o zaman, inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin tələblərinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi X11 Xidmətinin Bakı şəhər İdarəsinin tərtib etdiyi 06 iyun 2023-cü il tarixdə MN ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol iki ildən artıq bir vaxt keçəndən sonra tərtib edilmişdir. Qeyd edilən şəxs 2023-cü ilin yanvar ayında müəssisədə işləməmiş, fotoşəkillər isə ola bilsin əvvəlki dövrlərə aiddir. Qeyd edilənlərə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 06 iyun 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokolla başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X8 tərəfindən X11 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, ona son haqq hesabının verilməsi və əmək kitabçasının müvafiq qeydlər aparmaqla ona təhvil verilməsinə köməklik göstərilməsini xahiş edir. "xxxx" MMC tərəfindən verilmiş 13/K nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X8 həqiqətən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nin Stasionar şöbəsində tibb bacısı vəzifəsində çalışmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 16 ədəd fotoşəkil və 06 ədəd “whatsapp” yazışmalarının kağız daşıyıcıda surətləri məhkəmə tərəfindən tədqiq edildi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları ilə Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə nəticəyə gəlir ki, X8 həqiqətən də əvvəllər, yəni 2023-cü ilin fevral ayından 2023-cü ilin may ayınadək qeyd edilən MMC-də əmək müqaviləsi əsasında işlərin görülməsinə cəlb edilmişdir. Bu, işin mübahisəsiz halıdır. İkinci olaraq, məhkəmə, “N.Qocayevanın 2020-ci ilin iyun ayından 2021-ci ilin aprel ayınadək, 2022-ci ilin mart ayından 2023-cü ilin fevral ayının 1-dək əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi” barədə səlahiyyətli orqanın məhkəmə iclasında qeyd etdiyi xüsusatı araşdırmağı zəruri bilmir. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, N.Qocayeva xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Səlahiyyətli orqanın nümayəndəsi “inzibati xəta haqqında protokolda nə üçün yalnız konkret tarixlər göstərilmişdir?” sualına cavab olaraq, onlarda olan fotoşəkillərin yalnız həmin tarixlərdə şəxsin işlərə cəlb edildiyini sübut etdiyini bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparan orqan inzibati xəta haqqında protokolu yalnız müvafiq fotoşəkillərə əsaslanmaqla tərtib etmişdir. Çünki, səlahiyyətli orqanın nümayəndəsi də göstərmişdir ki, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023cü il tarixlər əslində fotoşəkillərin tarixidir. Buradan isə belə nəticə hasil olur ki, inzibati xəta haqqında səlahiyyətli orqan tərəfindən şəxsin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsini yalnız həmin fotoşəkillərlə əsaslandırır. Məhkəmə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 16 ədəd fotoşəkil və 06 ədəd “whatsapp” yazışmalarının kağız daşıyıcıda surətlərinin sübuti qüvvəsinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə, ilk növəbdə qeyd etməyi zəruri bilir ki, həmin fotoşəkillərin aşağı hissəsində qeyd edilən tarixlər 18 dekabr 2020-ci il - 9 yanvar 2023-cü il tarixədək müxtəlif dövləri əhatə edir. Həmin fotoşəkillərdən yalnız birində qeyd edilmiş tarix inzibati xəta haqqında protokolla üst-üstə düşür (09 yanvar 2023). Deməli, hazırki halda məhkəmə yalnız 01 ədəd xx.xx.2023-cü il tarixə aid olduğu qeyd edilən fotoşəkili tədqiq etməlidir. Məhkəmə, həmin fotoşəkili şəxsin təqsirini sübuta yetirən mötəbər sübutlar kimi qiymətləndirməyi mümkün hesab etmir. Belə ki, həmin fotoşəkilin mötəbərliyini şübhə altına alan kifayət qədər hallar mövcuddur. Belə ki, həmin fotoşəkilin real çəkilmə vaxtı, harada çəkilməsi, fotolarda əks olunan şəxslərin şəxsiyyəti qeyrimüəyyəndir. Əgər fotoşəkildə olan şəxsin N.Qocayeva olması şərti olaraq qəbul edilsə belə, fotoşəkilin aşağı hissəsində qeyd edilən tarixin həqiqətən onun real çəkilmə vaxtı olması, yəni N.Qocayevanın təcrübədə olduğu dövrə aid olması ehtimalı məhkəmədə qeyd edilən fotoşəklin mötəbərliyinə şübhə doğurur. Bu çatışmazlıqlar isə inzibati xəta haqqında iş üzrə icraat aparan orqan tərəfindən aradan qaldırılmamış, həmin fotoşəkillərin həqiqətən qeyd edilən tarixdə, qeyd edilən müəssisədə çəkildiyini təsdiq edən hər hansı sübutlar, o cümlədən şahidlər təqdim edilməmişdir. 06 ədəd “whatsapp” yazışmalarının kağız daşıyıcıda surətlərində isə 09 mart 2022-ci il tarixdən 16 fevral 2023-cü il tarixləri, o cümlədən inzibati xəta haqqında protokolda əks olunan xx.xx.2023, xx.xx.2023-cü il tarixləri əhatə edir. Həmçinin, məhkəmə qeyd edir ki, həmin yazışmaların həqiqətən kimlər arasında aparılması, yəni “+**********12” mobil nömrənin kimə məxsus olması kimi mühüm əhəmiyyət kəsb edən xüsusatlar məhkəmədə mötəbər sübutlarla təsdiq olunmur. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 06 iyun 2023-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 06 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1861/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1861/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver