Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1864/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Gültəkin Əsədova Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, xx xxxxxx 1988-ci ildə Ermənistanın Zəngibasar anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis baş leytenantı X12 tərəfindən qəbul edilmiş 22 aprel 2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə toplanmış material üzrə Şəxs barəsində İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti ərazi aidiyyəti üzrə polis orqanlarına göndərilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X18 tərəfindən MN seriyalı ******* nömrəli, 13 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qumar oyununda iştirak etmiş və qumar oynamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İbtidai araşdırma zamanı Şəxs ifadəsində bildirmişdir ki, 09 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Çınarlı” adlı restoranda onun ad günü yığıncağı olmuşdur. Ondan başqa həmin yığıncaqda X13, X4, X2, X19, X9, X14, X7, X20, X21 da iştirak etmişdir. Həmin ad günü yığıncağında qeyd edilənlərdən əlavə tanımadığı başqa şəxslər də olmuşdur. Onlar həmin yığıncaqda saat 19.00-dan gecə radələrinədək olmuşlar. Həmin yığıncaqda yeyib-içdikdən sonra qərara gəlmişlər ki, məclisdən sonra çay süfrəsi qurub qumar oynasınlar. Bunun üçün X5 müdiri olduğu Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 16 ünvanında yerləşən “Manhattan” kafesinə getmək qərarına gəlmişlər. Həmin kafenin sahibi Vüsal Məmmədov olmuşdur. Həmin kafedə Eltac və İzzət adlı ofisiantlar qumar oynayanlara xidmət göstərmişlər. Qumar oynamaq istəyən şəxslər Vüsala əvvəlcədən qumar oynamaq istədiklərini bildirmiş, Vüsal da onlara kabinet təşkil edərək qumar oynamaqlarına şərait yaratmışdır. Kafeyə daxil olarkən onları Mehdi adlı kafenin işçisi qarşılamışdır. Vüsal öz işçilərinə qumar oynayanlara yüksək səviyyədə xidmət göstərmələrinə dair tapşırıq vermişdir. Kafenin 1-ci kabineti həm böyük olduğu, həm də geniş stola malik olduğu üçün onlar həmin kabinetdə qumar oynamışlar. xx.xx.2024-cü il tarixdə təxminən gecə saatlarında o və dostları qumar oynayan zaman “Manhattan" kafesinə DİN-ir əməkdaşları daxil olaraq özlərini təqdim etmiş və qeyd olunan şəxsləri kafenin kabinetindç qumar oynadıqları zaman aşkar etmişlər. Qumar oynanılan masanın üzərində olan pul vəsaitləı və oyun kartları sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Baş tutmuş qumar oyunun kafenin müdiri Vüsal Məmmədov təşkil etmiş, ancaq həmin şəxsin onlarla birlikdə qumar oynadığı olmamışdır. Qumar oyununu kart vasitəsilə oynamışlar. Bundan əvvəl qeyd edilən kafedə qumar oynadığı olmamışdır. Qumar oyunu oynamaqda maddi marağı olmuş, pul vəsaiti qazanmaq istəmişdir İş materiallarında olan sənədlərdən görünür ki, 10 fevral 2024-cü il tarixdə saat 00.26-da Bakı şəhəri, Nərimnaov rayonu, X11 küçəsi, ev 16 ünvanında yerləşən “Manhattan” adlı kafeyə baxış keçirilərkən kafe müdiri X3 adı qeyd olunan kafedə qumar oyunlarının təşkil edilməsi ilə bağlı daxil olmuş məlumatın doğru olub-olmadığı sual edildikdə, o, təsdiqləyərək hazırda da həmin ünvanda olan 1-ci kabinetdə qumar oyunlarının keçirildiyini bildirmişdir. Həmin kabinetə daxil olarkən içəridə olan şəxslər - Şəxs, X9, X8, X22, X4, X7 özlərini təqdim edərək qumar oynadıqlarını bildirmişlər. Həmin şəxslərə kimin qulluq etməsi ilə bağlı sual verildikdə X15 və X1 ofisiant işlədiklərini və həmin şəxslərə qulluq etdiklərini bildirirlər. Qumar oynanılmasında istifadə olunan və quma oynanılan masanın üzərində olan 1 ədəd istifadə olunmuş kart dəsti, 1 ədəd istifadə olunmamı bağlı kart dəsti, 8 ədəd 100 dollarlıq, 10 ədəd 100 manatlıq, 8 ədəd 50 manatlıq, 8 ədəd 2 manatlıq, 7 ədəd 10 manatlıq, 9 ədəd 5 manatlıq, 16 ədəd 1 manatlıq pul əskinasları maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti ərazi aidiyyəti üzrə polis orqanlarına göndərilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2.-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə müəyyən edilmişdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə qumar oyununda iştirak etmiş və qumar oynamışdır. Hazırda isə inzibati material üzrə üzrə məhkəməyə MN ******* nömrəli, 13 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xətanın törədildiyi gündən 4 aydan çox müddət keçmişdir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik) törədilməsindən 03 ay müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxsnın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1864/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1864/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver