Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-187/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 20 iyun 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 20 iyun 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 150 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X5 inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 20 iyun 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati tənbeh vermə haqqında qərar X3 05.04.2018-ci il tarixində vəfat etdikdən sonra tərtib olunmuşdur. Göründüyü kimi, inzibati xətanın 4 əsas tərkib elementlərindən biri olan xəta subyekti düzgün müəyyən edilmədiyindən inzibati xəta haqqında protokol və protokol üzrə qəbul olunmuş qərarlar düzgün tərtib edilməmişdir. Həmçinin qərarlar vəfat etmiş şəxs barəsində tərtib edildiyindən düzgün ünvana göndərilməmiş və sonrakı çoxsaylı müraciətlərdən sonra qərarlar ona 15 oktyabr 2021-ci ildə təqdim olunmuşdur. Qərarların ləğv olunması üçün tərəfindən Nərimanov rayon Məhkəməsinə müraciət olunmuş və 25 oktyabr 2021-ci ildə məhkəmə tərəfindən şikayət baxılmamış saxlanaraq geri qaytarılmışdır. 26.11.2021-ci ildə qərarların ləğv olunması üçün tərəfindən Nərimanov rayon Məhkəməsinə yenidən müraciət olunmuşdir. Məhkəmə tərəfindən İXM-də bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin nəzərdə tutulmadığını əsas gətirilərək şikayəti və əlavə olunmuş materialları geri qaytarılması və hər qərar üzrə ayrıca şikayət olunması tövsiyyə edilməsi haqqında 30.11.2021 tarixli 3(005)-3304/2021 nömrəli qərardad qəbul edilmişdir. Həmin qərardaddan Bakı Apelyasiya məhkəməsinə şikayət olunmuş və 13 dekabr 2021-ci il tarixli qərarla birinci instanstansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Məhkəmənin tövsiyyəsini nəzərə alaraq 20.06.2020-ci il tarixli EQ3836272 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv olunması üçün məhkəməyə müraciət edir. Hesab edir ki, onun hüquqları kobud şəkildə pozulub və məhkəmə qaydasında həll olunmalıdır. Bildirir ki, anası - X3 05.04.2018-ci il tarixində vəfat etmiş və 2V-95 N-li 12.10.2018-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ona məxsus KİA Sportage markalı 90UO731 d.q.n. avtomobil ona və qardaşı Fərid Əhmədova miras qalmışdır. Yuxarıda göstərilən İnzibati tənbeh vermə haqqında qərar X3 vəfat etdikdən sonra tərtib olunmuşdur. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsində göstərilmişdir ki, məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hesab edir ki, inzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Son olaraq göstərilənləri nəzərə alıb barəsində qəbul edilmiş inzibati xəta haqqında tənbeh vermə qərarının ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 20 iyun 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 20 iyun 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat cərimə edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05.04.2018-ci il tarixində vəfat etmişdir. Qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 20 iyun 2020-ci il tarixli, MN ******* nömrəli qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən, şikayətçinin iştirakı təmin edilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində 20 iyun 2020-ci il tarixli, MN ******* nömrəli qərar onun 05.04.2018-ci il tarixində vəfat etməsindən sonra qəbul edilmiş, həmçinin X1 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X5 tərəfindən verilmiş şikayət təmin olunaraq, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 20 iyun 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 20 iyun 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-187/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-187/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver