Məhkəmə qərarları › İş №3(005)-1872/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1872/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1872/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə ilcas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət barədə X2 ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və icrasına xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şikayət vermiş şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi **-RP-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə Bakı şəhəri ərazisində “Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozduğuma görə Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən xx.xx.2020-ci tarixli, BNA seriyalı ******* nömrəli qərarla barəsində inzibati xəta haqqında cərimə tənbeh növü tətbiq edilmişdir. Hazırda, həmin inzibati cərimənin tətbiq edilməsindən beş ildən artıq müddət keçmişdir və bu cərimə üzrə heç bir icra tədbiri həyata keçirilməmişdir. Buna baxmayaraq, bu cərimə hələ də hüquqi bazalarda görünməkdə və onun hüquqlarını məhdudlaşdırmaqdadır. Qeyd edilənlərin nəzərə alınmasını və xx.xx.2020-ci tarixli, BNA seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edərək qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində tərtib edilmiş inzibati qərardan şikayət vermiş şəxs və qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı X2 İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci tarixli, BNA seriyalı ******* nömrəli inzibati qərar ləğv edilməli, başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 142.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. Həmin Məcəllənin 142.3-cü maddəsinə əsasən qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması barədə qərardad qəbul edilir. Qərardadın surəti, barəsində bu qərardad qəbul edilmiş fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə bu barədə müvafiq qeyd aparılmaqla verilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən bu məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Bundan əlavə Məcəllənin 146.1-1-ci bəndinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci tarixli, BNA seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20 (iyirmi) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. İXM-nin 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə qərarın icrasına xitam verir. İXM-nin 145.2-ci maddəsinə əsasən isə İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Odur ki, məhkəmə işin hallarını, habelə qanunvericiliyin tələblərini nəzərə alıb hesab edir ki, X2 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı qanuni qüvvəyə mindiyi gündən 5 (beş) ildən artıq müddətində icra edilmədiyindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 145-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə cərimə olunmasına dair Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci tarixli, BNA seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətin keçdiyini nəzərə alaraq həmin qərarın icrasına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar