Məhkəmə qərarları › İş №3(005)-1877/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1877/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1877/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tələbə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 19 avqust 2021-ci il tarixdə Səməd Vurğun küçəsində hərəkətdə olan zaman YPX əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin polis sahə inspektoru X4 izahatında göstərdi ki, 19.08.2021-ci il tarixində **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə Bakı şəhəri BPİ-nin DYP-nin YPX-nın inspektoru X2 xidmətdə olarkən bir nəfər şəxs Ak.Həsən Əliyev küçəsində manevr qaydasını pozaraq sola – S.Vurğun küçəsinə dönmüş və həmin küçədə bir neçə dəfə manevr qaydalarını pozaraq Y.V.Çəmənzəminli küçəsində 1.3 nişanlama xəttinin tələbini pozaraq hərəkətini davam etdirmişdir. Daha sonra Xan Şuşinski və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsində digər hərəkət iştirakçılarının hərəkətinə maneəçilik yaratmışdır. Sürücüyə nəqliyyat vasitəsini saxlamaq əmri verilsə də o, hərəkətini davam etdirmişdir. Patrul avtomobili vasitəsi ilə sürücü saxlanılmışdır. Daha sonra sürücünün Şəxs olduğu müəyyən edilmişdir. Həmin şəxs polis bölməsinə dəvət edilmişdir. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Sonda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, o, hadisə yerində olmamışdır, bu səbəbdən də hadisənin gedişatı barədə məlumatlı deyil. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsidir. 19.08.2021-ci il tarixdə saat idarə etdiyi mopedlə Səməd Vurğun küçəsində qoşa xətti tapdalamışdır. Daha sonra polis əməkdaşları xidməti maşınla onun mopedini saxlaması üçün önünə keçmişlər. O, avtomobili yolun kənarında saxlamışdır. Polis əməkdaşları ona polis bölməsinə getməli olduqlarını bildirmişlər. O, polis əməkdaşlarının xidməti avtomobilinə əyləşmiş, daha sonra Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə getmişdir. Polis əməkdaşlarına hər hansı müqavimət göstərməmiş, onların bütün tələblərinə tabe olmuşdur. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhər BPİ-nin Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X2 izahatında göstərdi ki, 19.08.2021-ci il tarixində **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə xidmətdə olarkən bir nəfər şəxs Ak.Həsən Əliyev küçəsində manevr qaydasını pozaraq sola – S.Vurğun küçəsinə dönmüş və həmin küçədə bir neçə dəfə manevr qaydalarını pozaraq Y.V.Çəmənzəminli küçəsində 1.3 nişanlama xəttinin tələbini pozaraq hərəkətini davam etdirmişdir. Daha sonra həmin şəxs Xan Şuşinski və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsində digər hərəkət iştirakçılarının hərəkətinə maneəçilik yaratmışdır. Sürücüyə “saxla” işarəsi verilsə də o, hərəkətini davam etdirmişdir. Patrul avtomobili vasitəsi ilə sürücü saxlanılmışdır. Sürücü saxlanıldıqdan sonra ondan şəxsiyyəti barədə soruşulmuş və sürücü özünü təqdim etmişdir. O, sürücüdən yol patrul xidmətinin avtomobilinə əyləşməyi tələb etmiş və sürücü də etiraz etmədən həmin avtomobilə əyləşmişdir. Daha sonra hadisə yerinə post-patrul xidmətinin əməkdaşları dəvət edilmiş və Şəxs tabesizlik göstərmədən sərbəst şəkildə onlarla birlikdə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə gəlmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri BPİ-nin DYP-nin YPX-nın inspektoru X2 tərəfindən rəhbərliyə ünvanlanmış 19 avqust 2021-ci il tarixli raportdan görünür ki, 19.08.2021-ci il tarixində **- YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə xidmətdə olarkən bir nəfər şəxs Ak.Həsən Əliyev küçəsində manevr qaydasını pozaraq sola - S.Vurğun küçəsinə dönmüş və həmin küçədə bir neçə dəfə manevr qaydalarını pozaraq Y.V.Çəmənzəminli küçəsində 1.3 nişanlama xəttinin tələbini pozaraq hərəkətini davam etdirmişdir. Daha sonra Xan Şuşinski və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsində digər hərəkət iştirakçılarının hərəkətinə maneəçilik yaratmışdır. Sürücüyə “saxla” işarəsi verilsə də o, hərəkətini davam etdirmişdir. Patrul avtomobili vasitəsi ilə sürücü saxlanılmışdır. Daha sonra sürücünün Şəxs olduğu müəyyən edilmişdir. Həmin şəxs Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət olunmuşdur. Qeyd olunanları nəzərə alaraq qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur; 19 avqust 2021-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur; Məhkəmə iclasında iş materiallarında olan “CD” diskdə olan video görüntülərə baxılmış və Şəxs bir neçə dəfə Bakı şəhəri ərazisində yol hərəkəti qaydalarını pozması müəyyən olunmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, işin hallarından və işdə iştirak edən şəxslərin izahatlarından aydın olur ki, Şəxs 19.08.2021-ci il tarixdə Bakı şəhəri ərazisində bir neçə dəfə idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmuşdur. Hadisənin bilavasitə şahidi olmuş Bakı şəhər BPİ-nin Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X2 məhkəmə icılasında verdiyi izahatında Şəxs idarə etdiyi nəqliyyat vasitəsini saxla tələbinə tabe olmamasını göstərmişdir. Həmçinin, X2 izahatında Şəxs idarə etdiyi nəqliyyat vasitəsini saxladıqdan sonra sonuncunun polis əməkdaşlarının bütün tələblərinə tabe olduğunu bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 və şahid qismində dindirilmiş şəxs X3 qəsdən tabe olmamağın Şəxs yalnız polis əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbini icra etməməsində özünü göstərdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi şəxsin İXM-in 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Belə ki, İXM-in 327.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə ayrıca məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, Şəxs 19.08.2021-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması üçün polis əməkdaşının tələbini yerinə yetirməməsi İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində İXM-in 535.1-ci maddəsinin tərkibi olmadığından Şəxs barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, Vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 4 (dörd) iş saatı üçün cəmi 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 19 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Vəkil tərəfindən Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatı üçün cəmi 24 (iyirmi dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar