Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-188/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X2 nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş X12i İdarəsi tərəfindən qəbul edilmiş 20.06.2020-ci il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6, Azərbaycan Respublikası DİN-in Baş X12i İdarəsi tərəfindən qəbul edilmiş 20.06.2020-ci il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən, 20.06.2020-ci il tarixli EQ3836817 nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərar digər qərarlarla yanaşı X4 05.04.2018-ci il tarixində vəfat etdikdən sonra tərtib olunmuşdur. Göründüyü kimi, inzibati xətanın 4 əsas tərkib elementlərindən biri olan xəta subyekti düzgün müəyyən edilmədiyindən inzibai xəta haqqında protokol və protokol üzrə qəbul olunmuş qərarlar düzgün tərtib edilməmişdir. Həmçinin qərarlar vəfat etmiş şəxs barəsində tərtib edildiyindən düzgün ünvana göndərilməmiş və sonrakı çoxsaylı müraciətlərindən sonra qərarlar ona 15 oktyabr 2021-ci ildə təqdim olunmuşdur. Qərarların ləğv olunması üçün tərəfindən Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuş və 25 oktyabr 2021-ci ildə məhkəmə tərəfindən şikayət baxılmamış saxlanaraq geri qaytarılmışdır. 26.11.2021-ci ildə qərarların ləğv olunması üçün tərəfindən Nərimanov Rayon Məhkəməsinə yenidən müraciət olunmuşdur. Məhkəmə tərəfindən İXM-də bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin nəzərdə tutulmadığı əsas gətirilərək şikayəti və əlavə olunmuş materialların geri qaytarılması və hər qərar üzrə ayrıca şikayət olunmasının tövsiyyə edilməsi haqqında 30.11.2021-ci il tarixli 3(005)-3304/2021 nömrəli qərardad qəbul edilmişdir. Həmin qərardaddan Bakı Apelyasiya Məhkəməsinə şikayət olunmuş və 13 dekabr 2021-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Məhkəmənin tövsiyyəsini nəzərə alaraq 20.06.2020-ci il tarixli EQ3836817 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması üçün məhkəməyə müraciət etmişdir. Düşünür ki, inzibati orqanın əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsinin maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Hesab etmişdir ki, onun hüquqları kobud şəkildə pozulub və məhkəmə qaydasında həll olunmalıdır. Aşağıdakı səbəbə görə qərar ləğv olunmalıdır. Bildirmək istəyir ki, anası-X4 05.04.2018-ci il tarixində vəfat etmiş və 2V-95 N-li 12.10.2018-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında ona məxsus “KİA Sportage” markalı **-UO-*** d.q.n. avtomobil ona və qardaşı Fərid Əhmədova miras qalmışdır. Yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında qərar X4 vəfat etdikdən sonra tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hesab edir ki, inzibati xəta haqqında protokol və işin digər materialları İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Bunun nəticəsi olaraq, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aparılmamışdır. Göründüyü kimi, inzibati xətanın 4 əsas tərkib elementlərindən biri olab xəta subyekti düzgün müəyyən edilmədiyindən inzibai xəta haqqında protokol və protokol üzrə qəbul olunmuş qərar düzgün tərtib edilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilən əsaslara görə X4 barəsində inzibati xətalar haqqında yuxarıda qeyd olunmuş Qərarlar qanuni hesab edilə bilməz, ona görə də həmin qərarlar və onlar əsasında verilmiş nəticələr ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 nümayəndəsi X7 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən verilmiş suala cavab olaraq X7 qeyd etmişdir ki, anası X4 05.04.2018-ci il tarixində vəfat etdikdən sonra “KİA Sportage” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil ona və qardaşı Cavid Əhmədova miras qaldığından, həmin avtomobil onlar tərəfindən idarə olunmuş və inzibati xəta hadisəsi də anasının vəfatından sonra törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-in Baş X12i İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxs X2 nümayəndəsi X3 çıxışını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş X12i İdarəsi tərəfindən qəbul edilmiş 20.06.2020-ci il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində barəsində 250 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq olunmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 939668 nömrəli, 07 aprel 2018-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 05 aprel 2018-ci ildə “insulindən asılı şəkərli diabet” diaqnozundan dünyasını dəyişmişdir. İş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” 10 oktyabr 2018-ci il tarixli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu X5 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 05.04.2018-ci il tarixdə ölmüş X1 vərəsələri X7 o, miras əmlakdan ½ hissədə pay və X6 o, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 10/10/2015 tarixli AC092731 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNAPC8117C7228016, mühərrikin nömrəsi G4KDBS165030 və buraxılış ili 2011 olan KİA SPORTAGE minik markalı **-UO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Məhkəmə şikayət verən şəxs X2 şikayətində istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu şikayətin dəlillərinə qiymət verilməsi baxımından kifayət edir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bundan əlavə şikayət ərizəsinin məzmunu və iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən olunmuşdur ki, X4 05.04.2018-ci il tarixdə dünyasını dəyişmiş, qanunvericiliyin tələblərinə əsasən onun əmlakı vərəsələri arasında payları ½ nisbətində bölüşdürülmüşdür. X1 vərəsələri olan X6 və X7 analarından miras qalmış avtomobili idarə edərkən dəfələrlə yol hərəkəti qaydalarını pozmaqla inzibati xətalar törətmişlər. Məhkəmə onu da xüsusilə diqqətə çatdırır ki, “KİA Sportage” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin 05.04.2018-ci il tarixdən sonra X6 və X7 tərəfindən idarə olunmasını işdə iştirak edən şəxs etiraf etmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, həmin şəxslər avtomobilin ölmüş analarının adına olmasından sui-istifadə edərək davamlı olaraq yol hərəkət qaydalarını pozmuş və həmin qayda pozuntularına görə nəzərdə tutulmuş cərimənin ödənilməsindən yayınmaq istəyirlər. Bununla da, məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN-in Baş X12i İdarəsi tərəfindən qəbul edilmiş 20.06.2020-ci il tarixli, EQ seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-188/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-188/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver