Məhkəmə qərarları › İş №3(005)-1886/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1886/2020

15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1886/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Barəsində inzibati xəta haqqında inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, İsmayıllı rayonunun Balik kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə barəsində tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi Dövlət X1 daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 06:22-də “FORD TRANSİT” minik markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində hərəkətdə olarkən sürücünün aşkar şəkildə avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında polis idarəsi tərəfindən onun barəsində tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Bakı şəhər X2 xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında protokol ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə barəsində inzibati icraat başlamışdır. xx.xx.2020-ci il tarixində ona məlum olmuşdur. Cərimənin tətbiq edilməsinə əsas ondan ibarət olmuşdur ki, xx.xx.2020-ci il tarixində saat 06:30 radələrində Bakı şəhəri, Ziya Bünyadov küçəsi ərazisində guya sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi olmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası Bakı şəhər X2 xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında protokolu qanunsuz tərtib edilmişdir. Onun idarə etdiyi **-JU-*** dövlət qeydiyyat nişanlı, ‘‘Ford Transit” yük markalı minik avtomobil ilə heç bir qayda pozuntusu baş verməməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixində saat 06:30 radələrində yol patrul xidmətinə məxsus 390 saylı yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Yol patrul xidmətinin əməkdaşları ona guya içkili olduğunu və həmin vaxt alkotester aparatından keçirilməsi üçün, yəni içkili olub-olmadığını müəyyən etmək üçün özlərində olan alkotester aparatına nəfəs vermək yolu ilə yoxlama keçirilməsi təklif olundu. Bu zaman o, alkotester aparatına nəfəs vermiş və 0.2% alkoqol aşkar olunmuşdur. Bu zaman o, bundan narazı olduğunu və alkotestin ondan öncə kim tərəfindən istifadə olunduğu və həmin alkotestin içində spirtli içkiyə dair qalıq qalmadığını bildirdikdə onlar tərəfindən test ancaq onlarda olan alkotestlə aparıla biləcəyini bildirdilər. Daha sonra ondan izahat alındı, o, isə izahatında bildirmişdir ki, bir neçə gün öncə enerji içki hesab olunan “GO” qəbul etmişdir. Etirazına baxmayaraq, yol patrul xidmətindəki əməkdaşlarda olan alkotest testi keçirildi və ona sözü gedən xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa sözü gedən **-JU-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” yük markalı minik avtomobil qanunsuz olaraq Azərbaycan Respublikası DYP-nin cərimə meydançasına yerləşdirilmişdir. Daha sonra o, keçirilmiş alkotestdən razılaşmadığından özü xx.xx.2020-ci il tarixində “Respublika Narkoloji Mərkəzi” tərəfindən “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” 2/14325 saylı aktına əsasən, yenidən tibbi müayinədən keçmişdir. Qeyd etdiyi tibbi müayinəyə görə ayıq hesab edilərək həmin aktı təhvil almışdır. Hesab edir ki, onun barəsində tərtib edilmiş ******* saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında protokol tamamilə əsassızdır. Bu səbəbdən də göstərilən halların nəzərə alınmaqla, işin tam, hərtərəfli və obyektiv qaydada araşdırılması və başlanılmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs spirtli içki qəbul etməsi aşkar şəkildə büruzə verdiyindən “ACE-Z” markalı İN-642074 nömrəli sərxoşluq vəziyyətini təyin edən texniki vasitədən istifadə edilmiş, müayinə nəticəsində Şəxs həkim müayinəsinə ehtiyac olmadığını, gecə saatlarında spirtli içki qəbul etdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirib, alkotestor aparatının göstəricisi ilə razı olduğunu, spirtli içki qəbul etdiyini səmimi etiraf etdiyini qeyd etmişdir. AE seriyalı 968874 saylı sürücülük vəsiqəsindən görünür ki, Şəxs adına xx.xx.2019cu il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, sənədin bitmə tarixi isə xx.xx.2029-cu ildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında və “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokollarla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 09:05-də “FORD TRANSİT” minik markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli hesab etməyərək, avtomobili sərxoş vəziyyətdə idarə etmədiyi ilə bağlı izahatına hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan izahatlar, o cümlədən protokolların məzmunu, habelə məhkəmə baxışının verilmiş izahatı qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və Şəxs məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə Şəxs bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs tərəfindən yol verilən inizbati xəta xx xxxxxx 2020-ci il tarixdə saat 06:22 radələrində baş vermişdir. Polis əməkdaşları tərəfindən o, alkotestor aparatının yoxlamasından keçmiş və onda sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Bu səbəblə vətəndaş daha sonra tibbi müayinə olunması məqsədi ilə həkim müayinəsinə dəvət edilmiş, lakin o, aparatın göstəricisi ilə razı olduğunu bildirmiş və həkim müayinəsindən keçməyə lüzum olmadığını protokola qeyd edərək öz imzası ilə təsdiq etmişdir. Digər tərəfdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə araşdırması zamanı izahatında hadisə baş verdiyi tarixdə özü şəxsən həkim müayinəsindən sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə getdiyini və əldə olunmuş protokola əsasən sərxoş olmadığını bildirmiş və bu barədə məhkəməyə təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2020-ci il tarixli, 2/14325 saylı aktda göstərilmişdir ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilməmişdir; Bununla bağlı məhkəmə qeyd edir ki, hazırda Şəxs mübahisələndirdiyi inzibati xəta hadisəsi xx.xx.2020-ci il tarixdə saat 06:22 radələrində baş verməsinə baxmayaraq Şəxs özünün tibbi müayinədən keçmə tarixi isə xx.xx.2020-ci il tarixə saat 17:00-a təsadüf edir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Ona görə məhkəmə Şəxs irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilə-rkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təq-si-ri-nin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasının aşağı həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar