Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-189/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul edilmiş 16 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul edilmiş 16 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Kindef’ MMC ilə X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 01/21 nömrəli “Əmək müqaviləsinə” əsasən, X10 “Kindef’ MMC-də baş mühasib vəzifəsinə işə götürülmüşdür. X11 xx.xx.2021-ci il tarixdən heç bir əsas olmadan (hər hansı sənəd təqdim etmədən), üzrsüz səbəbdən işə çıxmamış, cəmiyyətin nizam-intizam qaydalarını pozmuş, öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirə bilməmiş, cəmiyyətin işinə və adına xələl gətirmişdir. X7 yol verdiyi kobud pozuntular “Kindef’ MMCnin X8 Xidməti Bakı şəhər idarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, xx/xx-2021 nömrəli məktubunda geniş təsvir edilmişdir. Onun ailə vəziyyətini, yaş həddini, gələcək karyerasını nəzərə alaraq dəfələrlə xəbərdarlıq edilsə də, bu məsələyə son qoymamış, son nəticədə cəmiyyət daxilində xx.xx.2021-ci il tarixli inzibati akt tərtib edilmiş və “Kindef’ MMC-nin xx.xx.2021-ci il tarixli, 44-K nömrəli əmri ilə X7 cəmiyyətdə tutduğu baş mühasib vəzifəsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (cəmiyyətin direktoru tərəfindən) əsasən, xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. X10 ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin hər hansı tələbi pozulmamışdır. X8 öz qərarında yalnız qanunvericiliyin tələbinin pozulduğunu göstərmiş, lakin bu pozuntunun nədən ibarət olmasını qeyd etməmişdir. Halbuki öz qərarım əsaslandırmaq və sübuta yetirmək inzibati orqanın vəzifəsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində tərəflərdən birinin təşəbbüsünün əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəlləinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” adlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasım və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. X7 əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, Məcəllənin 72-ci maddəsində sadalanan hallara yol verməsi şikayətə əlavə etdiyimiz sübutlarla tam təsdiq olunur. Əmək Müqaviləsinin ləğv edilməsi tam əsaslıdır, qanunvericiliyə uyğun olaraq əsaslandırılmış və rəsmiləşdirilmişdir. Hesab edirik ki, X5 sözügedən inzibati xəta haqqında qərarı ləğv edilməlidir. Çünki qeyd edilən inzibati xəta bizim tərəfimizdən törədilməmişdir. Eyni zamanda, bildiririk ki, inzibati xətaya yol verilmiş olsaydı belə bu qədər kobud pozuntuya yol vermiş işçiyə görə 1.500 (bir min beş yüz) manat cərimə tətbiq edilməsi çox ağır tənbehdir və gələcəkdə belə pozuntuya yol verilməməsi barədə xəbərdarlıq edilməsi məqsədəmüvafiq olardı. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul edilmiş 16 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X6 "xxxx" MMC-də əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verildiyinə görə X3 Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Kommersiya qurumunun dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, **********844500 nömrəli çıxarışdan görünür ki, X4 hazırda "xxxx" MMC-nin nizamnamə kapitalında 100% paya sahibdir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “İnzibati akt”-dan görünür ki, cəmiyyətin baş mühasibi X7 01 aprel 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin baş direktoru X4 xx.xx.2021-ci il tarixli, N-44- K nömrəli əmrindən görünür ki, X7 cəmiyyətdə tutduğu Baş mühasib vəzifəsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 29 oktyabr 2021-ci il tarixdən xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, X10 ilə bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən 29 oktyabr 2021-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 192.6-cı maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən qəbul edilmiş 16 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-189/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-189/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver